USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

2020-ci ilin əsas hadisələri - XRONOLOGİYA


https://img.baki-baku.az/news/2020/12/photo_2271.jpg?v=MjAyMC0xMi0yOSAxMzoxNjo1NA==

Yola saldığımız 2020-ci il müstəqil Azərbaycanın tarixinə şanlı səhifə kimi yazıldı. Müdrik Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ işğaldan azad edildi, xalqımızın 30 illik yurd həsrətinə son qoyuldu. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb.

2020-ci ildə dünya koronavirus bəlası ilə üzləşdi. İlk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edən Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal müstəvidə fəal rol oynadı.

AZƏRTAC ilin bu və ya digər mühüm hadisələri barədə informasiyaları xronoloji ardıcıllıqla təqdim edir.

21 yanvar. Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşündə Dünya İqtisadi Forumunun ölkəmizdə afilə edilmiş regional mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalandı. 

9 fevral. Azərbaycanda Milli Məclisə seçkilər keçirildi. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə apardı.

18 mart. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı oldu.

19 mart. Prezident İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzaladı. Fərmana əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı.

2 aprel. Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsinə start verildi. Layihənin məqsədi Təhsil Nazirliyi tərəfindən yayımlanan teledərslərin interaktivliyini təmin etmək və ümumilikdə məsafədən tədris imkanlarını genişləndirməkdir.

Türk Şurasının fövqəladə Zirvə görüşü keçirildi

10 aprel. Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunan fövqəladə Zirvə görüşü keçirildi.

4 may. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi.

7 may. Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin açılışında iştirak etdilər.

19 may. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzi istifadəyə verildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzin açılışında iştirak etdilər. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi dövlət sosial xidmətlərin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendidir.

12 iyul. Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutdular. Azərbaycan Ordusu tərəfindən görülən adekvat tədbirlər nəticəsində düşmən itki verərək geri oturduldu.

10 avqust. “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimi keçirildi. Prezident İlham Əliyev mərasimdə iştirak etdi.

23 sentyabr. Bakı, Gəncə və Qəbələ UNESCO-nun həyatboyu təhsil sahəsində aparıcı qurumu olan Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəyə üzv seçildi. Qlobal Şəbəkənin üzvləri sırasında Azərbaycan şəhərləri ilk dəfə yer aldı.

27 sentyabr. Ermənistan silahlı qüvvələri bütün cəbhəboyu genişmiqyaslı təxribat törətdi. Düşmənin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək bu barədə məlumat verdi. Hərbi əməliyyatların ilk günü Murovdağ və Ağdərə istiqamətlərində strateji yüksəkliklər və bir sıra kəndlər işğaldan azad olundu.

28 sentyabr. BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə onunla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş keçirildi.

4 oktyabr. Cəbrayıl şəhəri və rayonun bir neçə kəndi işğaldan azad olundu. Prezident, Ali Baş Komandan İlham Əliyev bu münasibətlə xalqa müraciət etdi.

9 oktyabr. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir neçə kəndi işğaldan azad olundu. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etdi.

11 oktyabr. Ermənistan silahlı qüvvələri Gəncə şəhərini ballistik raketlə atəşə tutdu.

Baş Prokurorluğun məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində 10 nəfər həlak oldu, 35-dən çox şəxs yaralandı, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəydi.

17 oktyabr. Ermənistan silahlı qüvvələri Gəncə şəhərini ikinci dəfə ballistik raketlə atəşə tutdu.

Baş Prokurorluğun məlumatına görə, düşmənin Gəncəyə xain hücumu nəticəsində 13 nəfər həlak oldu, 48-dən çox şəxs xəsarət aldı, çoxsaylı mülki infrastruktur obyektinə, nəqliyyat vasitələrinə küllü miqdarda ziyan dəydi.

17 oktyabr. Füzuli şəhəri və rayonun bir neçə yaşayış məntəqəsi işğalçılardan azad olundu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı xalqa müraciət etdi.

18 oktyabr. Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar.

20 oktyabr. Zəngilan şəhəri və rayonun 6 kəndi, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndi işğaldan azad olundu. Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə xalqa müraciət etdi.

25 oktyabr. Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etdi. Həmin gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirildi.

28 oktyabr. Ermənistan silahlı qüvvələri Bərdə şəhərini "Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutdu.

Baş Prokurorluğun məlumatına əsasən, raket zərbələri nəticəsində 21 dinc sakin həlak oldu, 70-dən çox şəxs isə bədən xəsarəti aldı. Çoxsaylı mülki infrastruktur obyektinə, evlərə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəydi.

8 noyabr. Qarabağın tacı, döyünən ürəyi Şuşa şəhəri işğaldan azad olundu.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdilər. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət etdi.

9 noyabr. Ermənistanın işğalı altındakı daha 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik işğaldan azad olundu. Ümumiyyətlə, Vətən müharibəsinin 44 günü ərzində - sentyabrın 27-dən noyabrın 9-dək rəşadətli Azərbaycan Ordusu 5 şəhəri, 4 qəsəbəni və 286 kəndi işğaldan azad etdi.

10 noyabr. Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti Dağlıq Qarabağ münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar.

16 noyabr. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində oldular. Prezident İlham Əliyev Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilişi ilə bağlı göstəriş verdi.

20 noyabr. Üçtərəfli bəyanata uyğun olaraq, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Həmin gün Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil oldu və Ağdam şəhərinə dövlət bayrağımız sancıldı. Bununla bağlı Prezident İlham Əliyev xalqa müraciət etdi.

23 noyabr. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində oldular. Dövlətimizin başçısı Ağdam məscidinin qarşısında çıxış etdi.

25 noyabr. Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Həmin gün Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil oldu. Bu münasibətlə Prezident İlham Əliyev xalqa müraciət etdi.

1 dekabr. Laçın rayonu Azərbaycana təhvil verildi. Həmin gün Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil oldu və rayonda Azərbaycanın dövlət bayrağı qaldırıldı. Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət etdi.

Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

3 dekabr. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Nyu-Yorkda BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində videoformatda Xüsusi Sessiyası keçirildi. Prezident İlham Əliyev sessiyada çıxış etdi.

10 dekabr. Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Zəfər paradında iştirak etdilər.

23 dekabr. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında oldular. Müzəffər Ali Baş Komandan Ermənistanın qanunsuz məskunlaşma apardığı Qubadlının Xanlıq kəndində hərbçilərlə görüşdü, Qubadlıda və Zəngilanda Azərbaycan bayrağını ucaltdı.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Daxili siyasət