USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan Ombudsmanından Ermənistana çağırış - qeyri-qanuni əməllərdən çəkinin


https://img.baki-baku.az/news/2020/12/photo_2266.jpg

Ombudsman Səbinə Əliyeva Xocavənddə bir hərbi qulluqçumuzun şəhid olması, bir əsgərimizin isə yaralanması ilə bağlı müraciət yayıb.

Ombudsman Aparatından APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə 27 dekabr 2020-ci il tarixində Xocavənd rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan Ordusunun bölmələrinə hücum edib, nəticədə bir hərbi qulluqçumuz şəhid olub, bir əsgərimiz isə yaralanıb: "İnsan hüquqlarına mühüm təhlükə yaradan bu hadisəni beynəlxalq hüququn norma və prinsiplərinin, beynəlxalq humanitar hüquq normalarının, o cümlədən Cenevrə Konvensiyalarının bir daha kobud şəkildə pozulması faktı kimi qiymətləndirir və sərt şəkildə pisləyirik. Eyni zamanda Ermənistan tərəfini Azərbaycan Respublikasının Prezidentinin, Ermənistan Respublikasının baş nazirinin və Rusiya Federasiyasının Prezidentinin 2020-ci ilin 10 noyabr tarixində imzaladıqları birgə Bəyanata əməl etməyə və insan hüquqlarının pozulmasına səbəb olan belə qeyri-qanuni əməllərdən çəkinməyə çağırırıq".




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət