USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Zəfər sevincimizin zirvəsi - Milli Məclisin vitse-spikerindən qələbə paradına münasibət


https://img.baki-baku.az/news/2020/12/photo_2079.png

Azərbaycan paytaxtının baş meydanında keçirilən Zəfər paradını canlı izləyənlərin sıralarında Milli Məclisin deputatları da var idi. Milli Məclis sədrinin müavini, professor Fəzail İbrahimli "Baki-Baku.az"a açıqlamasında Qarabağ savaşında xalqımızın tarixi qələbəsi şərəfinə təşkil olunan möhtəşəm hərbi keçidin şahidi olmasını həyatının ən xoşbəxt hadisələrindən biri hesab etdiyini bildirdi:

 

- Artıq 1 aydır ki, özümüzü Haqq savaşında qalib gəlmiş millətin övladları sayırıq. Dünyada başını dik tutmağı bacaran bir millətin nümayəndəsi və millət vəkili kimi mən də mərkəzi meydanımızın ziyarətçilər tribunasındayam. Düşünürəm ki, çoxminillik tariximizin Vətən müharibəmizdə qazanıldığımız bu Zəfərdən uca qələbəsi olmayıb.102 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti dövlətçiliyimizi bərpa etmişdi. Amma bu şanlı hadisə uğursuz bir sonluqla bitmişdi. Düzdür, bizim üçün o dönəmdən bir dövlət, paytaxt, milli rəmzlər də qalmışdı. 70 il sonra dövlət müstəqilliyimiz bərpa etdiksə də, düşmən qüvvələrin təhriki və himayədarlığı ilə Ermənistanın qonşuluq haqqına xəyanət edərək Qarabağın dağlıq hissəsini işğal etməsi bizə misilsiz ağrı-acılar yaşatdı.

Artıq 1 aydır ki, 30 illik faciələr və milli məyusluq epoxası bitib. Azərbaycan öz müzəffər lideri İlham Əliyevin rəhbərliyi ilə ilə işğal olunmuş ərazilərimizi düşməndən təmizlədi, ərazi bütövlüyünü bərpa etdi.  Bu gün keçirilən Zəfər paradı bu tarixi təntənənin ən uca məqamıdır. Ali Baş Komandan İlham Əliyev fateh obrazında, Azərbaycanın güvən yeri olan Türkiyə Prezidenti Ərdoğan ən yaxın dost və qardaş timsalında birgə qələbə paradını qəbul edirlər. Türk dünyasının bu iki nüfuzlu liderinin qoşa dayanması dünyadakı dostlarınızı svindirir, düşmənlərimizi məyus edir.

Xalqımız bu gün çox sevinc içindədir. Bu gün bizim milli qürur günümüzdür. Tariximizin ən şərəfli səhifələrindən birinin təntənəsini qeyd edirik. Bu hərbi parad isə Azərbaycan dövlətinin döyüş gücünü və müdafiə imkanlarının dünya miqyasında nümayiş etdirən, düşmənlərə öz həddini  bilməsi mesajı çatdıran ciddi təqdimatdır. Bu zəfər zirvəsinə gəlib çıxmağımız çətin və ağır olub. Şükürlər olsun ki, artıq qələbə paradını izləmək bizə nəsib oldu.

Bu paradı izləyə-izləyə Qarabağ savaşı qalibləri olan əsgər və zabitlərimizi də alqışlayırıq. Bu möhtəşəm zəfəri qazandıqlarına, xalqımızı 30 ilin ən böyük bəlasından xilas etdiklərinə görə onlara minnətdarlğımızı çatdırırıq. Ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda həlak olan şəhidlərimizə hədsiz rəhmət diləyirik. Müalicə alan yaralı döyüşçülərimizin tez və tamamilə sağalmasını arzu edirik.

Biz bu zəfərə görə müzəffər ordumuza borcluyuq. Silahlı Qüvvələrimiz bu qələbəni ölkə başçısının dəmir iradəsi, qətiyyəti və xalqımızın birliyi sayəsində qazandı. Tanrı xalqımızı, birliyimizi, bütövlüyümüzü  qorusun!  Zəfərimizə qapı açan həqiqət var olsun: “Qarabağ Azərbaycandır!”.

Hazırladı: Tahir AYDINOĞLU




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət