USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ATƏT çərçivəsində Qərbi Azərbaycanla əlaqədar yan tədbir keçirilib


https://img.baki-baku.az/news/2024/10/photo_14981.jpg

Oktyabrın 2-də Polşada ATƏT-in 2024-cü il Varşava İnsan Ölçüsü Konfransı çərçivəsində “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin təmsilçisi Nədimə Rəhimli və İqtisadi və Sosial İnkişaf Mərkəzinin nümayəndəsi Fuad Kərimli yan tədbir keçiriblər.

Yan tədbir “İqlim dəyişmələri və qaçqınların sağlamlığı” mövzusuna həsr edilib və dünyada qaçqın və məcburi köçkünlərin vəziyyəti, iqlim dəyişmələrinin onların həyatına sosial, iqtisadi təsirləri müzakirə edilib. Dünyada məcburi köçkünlərin üzləşdiyi problemlər, xüsusilə Qərbi Azərbaycandan deportasiya edilmiş şəxslərin öz ata-baba yurdlarına qayıtmaq hüququnun bərpa edilməsinin vacibliyi geniş müzakirə olunub. Bildirilib ki, Ermənistandan zorla deportasiya edilmiş azərbaycanlıların bir hissəsi köç zamanı yeni iqlim mühitinə uyğunlaşa bilməyib, həyatlarını itiriblər.

Yan tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilib.

Toplantıda Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, Avstriya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və agentliyin əməkdaşları iştirak ediblər. Təqdimatdan sonra baş tutan müzakirələrdə Malta, Avstriya, Polşa, Qazaxıstan, Özbəkistan, Sudan, Ukrayna, Macarıstan, Gürcüstan və Türkiyə kimi ölkələrdən vətəndaş cəmiyyəti nümayəndələri fikirlərini bildiriblər.

Yan tədbir çərçivəsində Azərbaycanın iqlim dəyişmələri ilə mübarizədə atdığı addımlar da yüksək qiymətləndirilib, COP29-dan gözləntilər, inklüzivliyin əhəmiyyəti vurğulanıb.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Daxili siyasət