USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Türkiyəli parlamentari: Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtmasına, çoxtərəfli dialoqu bərpa etməyə çalışmalıyıq


https://img.baki-baku.az/news/2024/10/photo_14959.jpg

Avropa Şurası Parlament Assambleyası iki əsas risklə üz-üzədir. Bunlardan birincisi özünü kontinentallıqla məhdudlaşdırmaq, ikincisi isə onun üzv dövlətləri arasında bərabər münasibətə hörmət etməməkdir. Avropa Şurasının təsis Nizamnaməsində nəzərdə tutulduğu kimi, bu təsisat üzvlər arasında daha sıx birlik əldə etmək məqsədilə yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri türkiyəli parlamentari Zeynep Yıldız AŞPA-nın payız sessiyası çərçivəsində keçirilən cari debatlarda çıxışı zamanı söyləyib.

“Qarabağ Ermənistan işğalı altında olanda burada Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin tərkib hissəsi olduğunu bəyan edən çoxsaylı çıxışlar edilirdi. Nə üçün bu gün Avropa Şurasının üzv dövləti Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən və məcburi köçkünlərini 30 ildən sonra doğma yurdlarına qaytarmaqla bağlı tədbirlər gördüləndə eyni mövqedən çıxışlar olmur? Qəbul etməliyik ki, yanaşmada fərqlilik var”, - deyən Z. Yıldız bildirib ki, üzv dövlətlərə ikili standartlarla yanaşmaq AŞPA-nın nüfuzunu azaldır və onu bir daha kontinental çərçivədə məhdudlaşdırır. Parlamentari vurğulayıb ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətləri təsdiqlənərək onun AŞPA-ya qayıtması müzakirə olunmalıdır. Azərbaycan nümayəndə heyəti olmadan bu ölkəyə qarşı müxtəlif fikirlər səsləndirilir ki, bu da dialoq prinsipinin pozulmasıdır və bu, ədalətli deyil.

“Bu vəziyyət onu göstərir ki, biz qurumumuzun təməlini təşkil edən rasional yanaşmalardan uzaqlaşırıq. Azərbaycan nümayəndə heyətinin üzvlərinin burada olmadıqları, fikirlərini bölüşə bilmədkləri vaxtda burada Azərbaycanla bağlı məsələlərin müzakirəsi üzv dövlətlərin demokratik səviyyəsinin yüksəlməsinə töhfə verməyəcək.

Azərbaycan nümayəndə heyətinin olmadığı bu zalda bu ölkəyə qarşı mənfi fikirlər söyləməkdənsə, onun Avropa Şurası Parlament Assambleyasına qayıtmasına, demokratik və çoxtərəfli dialoq vasitəsini bərpa etməyə çalışmalıyıq”, - deyə türkiyəli parlamentari bildirib. Qeyd edilib ki, Avropa Şurası Parlament Assambleyasının münaqişələr yaratmaq deyil, onları həll etmək funksiyası var və Azərbaycanı sıxışdırmaq əvəzinə, AŞPA-nın plüralist tərkibini qoruyub saxlamaq zəruridir.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Daxili siyasət