USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qərbi Azərbaycan İcması Niderlandın xarici işlər nazirinin iddiasını pisləyib


https://img.baki-baku.az/news/2024/09/photo_14788.jpg

Niderlandın xarici işlər nazirinin ermənilərin Azərbaycanın Qarabağ bölgəsini guya məcburən tərk etməsinə dair iddiasını pisləyirik. Hamıya məlumdur ki, ermənilər Azərbaycan hökumətinin reinteqrasiya və vətəndaşlıq təklifini qəbul etməkdən imtina edərək, öz iradələri ilə Qarabağ bölgəsini tərk etmişlər.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

Qeyd olunub ki, bundan başqa, bu kimi məsələlərdə ancaq etnik ermənilərə istinad etmək, Qərbi Azərbaycandan zorla qovulmuş azərbaycanlıları gözardı etmək etnik və dini əsasda ayrı-seçkilikdir.

“Niderlandın Azərbaycana qarşı sistematik olaraq əsassız iddialarla çıxış etməsi qəbuledilməzdir. Niderland Azərbaycana böhtan atmaq əvəzinə, Boner, Sint Eustatius, Saba, Aruba, Kurasao və Sint Maarten kimi dəniz ərazilərində dekolonizasiya öhdəliklərini BMT Nizamnaməsinə uyğun olaraq yerinə yetirməli və orada yerli əhalinin hüquqlarını pozmağa son qoymalıdır.

Dekolonizasiyanı həyata keçirməkdən imtina edərək yerli əhalinin hüquqlarını pozan Niderlandın insan hüquqları və humanitar məsələlər barədə danışmağa mənəvi haqqı yoxdur.

Biz Niderlanddan Azərbaycana qarşı böhtan kampaniyasını dayandırmağı və Qərbi azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıtmaq hüquqlarına hörmətlə yanaşmağı tələb edirik”, - deyə İcmanın bəyanatında vurğulanıb.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Daxili siyasət