USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İrəvana və onun havadarlarına sərt xəbərdarlıq

Bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq


https://img.baki-baku.az/news/2024/09/photo_14777.jpg

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində və ötənilki antiterror tədbirlərində qələbə çalsa da, Ermənistanda revanşist iddialar bitib-tükənmək bilmir. Özü də maraqlıdır ki, bu iddialar təkcə hakimiyyətə müxalifətdə olan hansısa siyasi qruplar tərəfindən deyil, son vaxtlar elə iqtidarın özü tərəfindən dilə gətirilir. Sonuncu dəfə Ermənistan xarici işlər nazirliyinin sentyabrın 19-da yaydığı bəyanatda bir il öncəki hadisələr “Dağlıq Qarabağa hücum” və “etnik təmizləmə” kimi qələmə verilib. 

Baş nazir Nikol Paşinyanın da “etnik təmizləmə”dən danışdığını görmək olar. Bütün bunlar Qərbdəki havadarları tərəfindən hərtərəfli dəstəklənən rəsmi İrəvanın bölgədə yeni müharibəyə hazırlaşmasının mümkünlüyündən xəbər verir. Aydın görünür ki, Ermənistan hakimiy­yəti hansısa “x” gününə ümid edir. Bu isə ordu quruculuğuna böyük diqqət yetirməyimizi, hərbi sənaye potensialımızın qüdrətinin artırıl­masını və sərhədlərimizin toxunulmazlığını gücləndirməyimizi zəruri edir.

Heç də təsadüfi deyil ki, Prezident İlham Əliyev sentyabrın 23-də Yeddinci çağırış Milli Məclisin ilk iclasında ölkəmizin qarşısın­da dayanan bəzi vəzifələr haqqında danışarkən qeyd olunan məsələlərə geniş yer ayırdı. Dövlətimizin başçısı hərbi gücümüzün artırılmasının bir nömrəli vəzifə olduğunu bildirdi: “Baxmayaraq ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı arxada qaldı, həm dünyada gedən proseslər, yeni münaqişə, müharibə ocaqlarının yaradılması və ətra­fımızda gərginliyin artması, eyni zamanda, Ermənistanda revanşizm meyilləri bizi bu sahəyə daim diqqət göstərməyə vadar edir. Hərbi gü­cümüz olmasa, biz heç bir müstəvidə – nə iqtisadi, nə siyasi müstəvidə uğur qazana bilmərik. Hesab edirəm ki, müstəqil Azərbaycanın tarixi, o cümlədən 30 illik işğal bunu əyani şəkildə göstərir”.

Ulu öndər Heydər Əliyev vaxtilə böyük müdriklik göstərərək “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” demişdir. Zaman böyük dövlət xadiminin necə haqlı olduğunu ortaya qoydu. Həqiqətən də əgər vaxtilə əsas ixrac neft boru kəməri haqqın­da müqavilə imzalanmasaydı, bunun nəti­cəsində ölkəmizə valyuta axınının daxil ol­ması təmin edilməsəydi, iqtisadiyyatımız inkişaf etdirilməsəydi, ordu quruculuğuna böyük diqqət yetirilməsəydi, hərbi imkanı­mız, gücümüz olmasaydı, heç vaxt torpaq­larımızı işğalçılardan azad edə bilməzdik. Torpaqlarımızın işğaldan azad olunması uzun illər ərzində yürüdülən düşünülmüş siyasətin məntiqi nəticəsidir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, indi dünyada nəinki siyasətlə məşğul olanlar, bütün insanlar görürlər ki, bey­nəlxalq hüquq anlayışının tamamilə sar­sılıb. İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil, “Kim güclüdür, o da haqlıdır” prinsipi üstünlük təşkil edir və artıq bəzi böyük dövlətlər bunu heç gizlət­mirlər. Bizim isə siyasətimiz, əslində, uzun illər ərzində bu istiqamətdə aparılırdı. İşğal dövründə, ilk növbədə, hərbi gücümüzün artırılması daim bizim əsas vəzifəmiz idi və hər il Milli Məclisdə dövlət büdcəmiz təsdiq olunanda artıq hər kəs görürdü ki, birinci xərclər hərbi xərclərdir. Bu gün də belə olmalıdır.

Bəli, Azərbaycan vətəndaşları bey­nəlxalq hüquq anlayışnın tamamilə sarsıl­dığının canlı şahidləridir. BMT Təhlükə­sizlik Şurasının Ermənistanın işğal etdiyi rayonlardan çıxması ilə bağlı 1993-cü ildə qəbul etdiyi 4 qətnamənin 27 il ərzində ka­ğız üzərində qalması bunun bariz nümunə­sidir. Halbuki biz TŞ-nin bəzi ölkələrlə bağ­lı qəbul etdiyi qətnamələrin üzərindən heç 24 saat keçməmiş, necə deyərlər, mürəkkə­bi qurumamış icra edildiyinin də şahidiyik. Dövlətimizin başçısı, haqlı olaraq qeyd etdi ki, əgər biz hərbi sahəyə diqqətimizi azaltsaq və oraya ayrılan vəsaiti lazımi səviyyədə təmin etməsək, gələcəkdə bizi problemlər gözləyə bilər.

Cənab İlham Əliyevin toxunduğu digər çox mühüm məsələ Ermənistanın yürütdü­yü ikitirəli siyasətlə bağlı oldu. Qeyd etdi ki, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bu, təkcə marginal siyasi ünsürlər deyil, eyni zamanda, bugünkü Ermənistan hakimiyyəti bu fikirlərlə və xülyalarla ya­şayırlar. Onlar İkinci Qarabağ müharibəsi­nin və antiterror əməliyyatının nəticələri ilə barışmaq istəmirlər. Üzdə bunu desələr də, onların işləri, siyasətləri, addımları tam əks mənzərə yaradır.

Hər bir məsələni doğru təsbit edən dövlətimizin başçısının bu fikirləri ciddi xəbərdarlıqdır. Prezidentin fikirləri Er­mənistan iqtidarının addımlarının rəsmi Bakı tərəfindən diqqətlə izlənildiyindən və təhlil edildiyindən xəbər verir. Bu isə o deməkdir ki, qələbədən sonra Azərbaycan­da arxayınlaşma hissi yaranmayıb. Əksinə, fəaliyyətimiz daha da intensivləşib.

Prezident İlham Əliyev onu da bildir­di ki, bu günə qədər heç bir funksional mahiyyət daşımayan ATƏT-in Minsk qru­punun formal olaraq saxlanması da məhz buna dəlalət edir. Doğrudan da Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupunun saxlanılmasına heç bir zərurət yoxdur. Çünki münaqişə tam və birdəfəlik həll olunub. Amma qrupun saxlanılması yalnız ölkəmizə qarşı ərazi iddialarını yeni müstəviyə daşımaq məqsədi güdə bilər.

“Bu gün Ermənistanın arxasında da­yanan ölkələr, onların fəaliyyəti, qəbul etdikləri qərarlar, qətnamələr, açıqlamalar – bütün bunlar onu göstərir ki, bizə qar­şı bu çirkin oyun hələ bitməyib” – deyən Prezident İlham Əliyev Qələbəmizi həzm edə bilməyən xarici dairələrin bizə qar­şı yeni planlar hazırladıqlarını qeyd etdi. Onun sözlərinə görə, media kampaniyası, qarayaxma, iftira, böhtan kampaniyaları da məhz bu mövzunu daim gündəlikdə saxla­mağa, nə vaxtsa Azərbaycan büdrəsə, zəif­ləsə, yenidən bizə qarşı çirkin hərəkətlərə başlamağa xidmət edir: “Azərbaycan iqti­darı bunu bilir, ictimaiyyət də bunu bilmə­lidir. Ona görə bizim arxayınlaşmağa heç cür haqqımız yoxdur”.

Azərbaycan Ordusu hazırda dünyanın ən yaxşı 50 ordusu sırasındadır. Bu fakt hərb üzrə aparıcı beynəlxalq araşdırma mərkəzləri tərəfindən dəfələrlə təsdiqlənib. 44 günlük Vətən müharibəsindən ötən dövr ərzində Azərbaycan öz hərbi gücünü böyük dərəcədə artırıb. Yeni silahlı birləşmələrin yaradılması, Xüsusi Təyinatlı Qüvvələrin sayının bir neçə dəfə artırılması, həmçinin Komando qüvvələrinin yaradılması bunun mühüm göstəricilərindəndir. Xüsusi Təyi­natlı Qüvvələr mənsubları ölkə daxilində və xaricdə ən çətin hərbi təlimləri icra edir­lər. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir. Ermənistan və onun arxasında duran istənilən ölkə bilmə­lidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq.

Ehtiyatda olan polkovnik Şair Ra­maldanov “XQ”-yə açıqlamasında bil­dirdi ki, Prezident İlham Əliyevin Milli Məclisdəki proqram xarakterli çıxışında Azərbaycan dövlətinin prioritet istiqamət­ləri göstərilib. Onun sözlərinə görə, döv­lətimizin başçısı çox mühüm və mənalı fikirlər səsləndirdi. Qeyd etdi ki, orduda çox böyük islahatlar, təkmilləşdirmə işləri aparılır: “Regionda və dünyada gedən pro­seslər Azərbaycanın güclü olmasını tələb edir. Ölkəmizi gözü götürməyən, suveren və heç kimdən asılı olmayan ölkə kimi qə­bul etmək istəməyən qüvvələrin mövcud­luğu bizim müdafiə xərclərini gələcəkdə də artırmağımızı zəruri edir”.

Ordu quruculuğu istiqamətində çox böyük işlər aparıldığını vurğulayan Ş.Ra­maldanov Vətən müharibəsindən sonra Xüsusi Təyinatlı Qüvvələrin say tərkibi­nin bir neçə dəfə artırıldığını, yeni silahlı birləşmələrin, o cümlədən Komando qüv­vələrinin yaradıldığını və onların sayının ildən-ilə artacağını qeyd etdi: “Ordumuzun şəxsi heyəti müasir silahlarla silahlanır. Paralel olaraq hərbi sənaye kompleksi də inkişaf etdirilir. Hərbi sənaye kompleksi­nin inkişafı isə ilk növbədə dövlətini gücü­nün, iqtisadi qüdrətinin göstəricisidir. Di­gər tərəfdən isə Azərbaycan bu məsələdə də müstəqil olur. Yəni biz silah-sursat alışı məsələsində də müstəqil dövlətə çevrilirik. Birinci Qarabağ müharibəsi zamanı ölkə­miz silah-sursat alışı məsələsində çox cid­di çətinliklərlə üzləşmişdi. İkinci Qarabağ müharibəsində də hərbi sənaye kompleksi­miz inkişaf etmiş və tələb olunan silah-sur­satın müəyyən hissəsini daxili istehsal he­sabına qarşılamışdıq”.

Müsahibimiz qeyd etdi ki, müharibə­dən 4 il ötməsinə baxmayaraq, Ermənistan sülh və dövlətlərarası sazişin imzalanma­sından yayınır, prosesi uzadır: “Reallıqda sülh müqaviləsi hələ də bağlanmayıb və biz müharibə şəraitindəyik. Belə olan təq­dirdə Ermənistan sürətlə silahlanır. Silah­lanma ilə paralel olaraq revanşist niyyətli qüvvələr baş qaldrmağa başlayıblar. Onla­ra müəyyən vədlər verən dairələr var. ABŞ və Avropa öz maraqlarını təmin etmək üçün Ermənistanı sülh müqaviləsi imzala­maqdan yayındıran əsas qüvvədir”.

Ş.Ramaldanov onu da bildirdi ki, Pre­zident İlham Əliyevin niqtində bir əminlik də var idi. Onun sözlərinə görə, dövlət baş­çımızın nitqində Azərbaycanın özünü bü­tün xarici təzyiq və təsirlərdən qoruduğu­na və gələcəkdə də qoruyacağına əminlik duyulurdu. Bu əminlik isə Prezident İlham Əliyevin böyük idarəçilik qabiliyyətinə, li­derlik xüsusiyyətinə, eləcə də Azərbaycan xalqının dövlət başçımıza möhkəm dəstə­yinə və onun ətrafında sıx birləşməsinə əsaslanır.

Səxavət HƏMİD




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Səxavət HƏMİD