USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənilərin təhlükəli oyunları

Azərbaycan istənilən ssenariyə hazırdır


https://img.baki-baku.az/news/2024/09/photo_14775.jpg

Ötən nömrələrimizdə Qərbdə, ilk növbədə ABŞ-də “Qarabağ məsələsi­nin “diriltmə” prosesinə başlanılma­sı barədə məlumat vermişdik. Bunu sentyabrın 19-da ABŞ Konqresində Tom Lantos İnsan Haqları Komissiya­sında “Dağlıq Qarabağın süqutundan sonra Azərbaycanda insan haqları” mövzunda keçirilən dinləmələr də təs­diqləyir. Dinləmələrdə sabiq separatçı rejimin nümayəndələri, xüsusən də “artsax respublikasının ombudsma­nı” kimi təqdim edilən Geqam Ste­panyan da iştirak edib. ABŞ, Fransa və erməniləri siyasi alətə çevirmək istəyən digər ölkələr belə hesab edir­lər ki, “Qarabağ məsələsində” Er­mənistanı dəstəkləməklə bir tərəfdən Bakıya təzyiq göstərə biləcəklər, digər tərəfdən isə Cənubi Qafqaz bölgəsində mövcudluğunu gücləndirəcəklər. 

Ermənilərin çox qucaq dəyişdikləri­ni rahatlıqla deyə bilərik. Bunu əminliklə deməyə tarixi faktlar da əsas verir. Ermə­nilərin dönük xislətindən geniş danışmağa ehtiyac duymuruq, bununla bağlı kifayət qədər faktlar, məlumatlar var. Ona görə də, iki əsrdən çox ruslara qulluq etmiş er­mənilər indi də Qərbin qucağına atılırlar. Xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın humanist və postmüha­ribə sindromundan əziyyət çəkən bir xalqın hökumətinə göstərdiyi anlayışlı siyasətdən sui-istifadə edən ermənilər Qərbdə macəra axtarırlar. Rusiya–Ukrayna müharibəsindən sonra geosiyasi vəziyyətin yaratdığı gərgin­liyin fonunda Qərbin Cənubi Qafqaz regio­nunda güclənməyə çalışması tendensiyasını fürsət kimi qiymətləndirən İrəvandakı qüv­vələr valı dəyişməyə çalışırlar. 

Buna görədir ki, Ermənistan bu yaxın­larda müxtəlif platformalarda və müxtəlif səviyyələrdə bəyan etdi ki, hətta ixtisar edil­miş formada da olsa, hansısa sülh müqavilə­sini imzalamağa hazırdır. Xüsusilə də sent­yabrın 10-da “İrəvan dialoqları” Beynəlxalq Forumunun açılışında Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycana sülh müqa­viləsinin artıq razılaşdırılmış mətnini imza­lamağa dəvət edildiyini bildirərək, sənəddə 13 bəndin və preambulanın tam razılaşdırıl­dığını, üç bəndin isə qismən razılaşdırıldı­ğını bildirmişdi: “Sülhün və münasibətlə­rin bərqərar olması ilə bağlı razılaşdırılmış mətni ən qısa zamanda imzalamağa hazır olduğumu təsdiqləmək istəyirəm. Biz artıq razılaşdırılanları götürməyi, imzalamağı, əsas sənədə sahib olmağı və sonra qalan məsələlərin müzakirəsini davam etdirməyi təklif edirik”.

Ermənistan xarici işlər nazirliyinin rəhbəri Ararat Mirzoyan da rəhbərinin de­diklərini təkrarlayır. Fransanın Avropa və xarici işlər naziri Stefan Sejourne ilə birgə keçirilən mətbuat konfransında bildirmişdi ki, Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa hazırdır: “Biz ra­zılaşdırılmış mətni tez bir zamanda imza­lamağa hazırıq”. 

Maraqlıdır, İrəvanı belə tələsməyə hansı amillər vadar edir? Axı may ayında elə Paşinyan da, Mirzoyan da tam başqa mövqe sərgiləyirdilər. Paşinyan jurnalist­lərlə görüşündə qeyd etmişdi ki, müqa­vilənin imzalanması üçün oradakı bütün prinsiplər razılaşdırılmalıdır. Hələ 2023-cü ildə Ermənistan təhlükəsizlik şurasının ka­tibi Armen Qriqoryan “Azatutyun” radio­sunun sualına cavab olaraq bildirmişdi ki, “danışıqlarda belə bir yanaşma var: Əgər hər şey razılaşdırılmayıbsa, deməli, hələ heç nə razılaşdırılmayıb”. İndi nə oldu ki, İrəvan yarımçıq sülh müqaviləsini imzala­mağa razılaşır?

Məsələ ondadır ki, ermənilərin əsas məqsədi razılaşdırılmamış məqamların qaldığı ixtisar edilmiş sülh müqaviləsi ilə Azərbaycanın əl-qolunu bağlamaqdır. Er­mənistan rəhbərliyinin ideyasına görə, o, bu natamam sazişi imzaladıqdan dərhal sonra Qərb nəzarətçilərinin dəstəyi ilə öz planının aktiv mərhələsinə keçmək istəyir­di. Yəni bir daha bütün platformalarda bey­nəlxalq strukturların və ya ayrı-ayrı Qərb dövlətlərinin (məsələn, ABŞ və Fransanın) iştirakı ilə Qarabağ ermənilərinin, onların təhlükəsizliyini təmin edən bədnam təmi­natların qaytarılması ilə bağlı məsələləri aktuallaşdırmağı planlaşdırırdı. 

Təbii ki, Azərbaycan qısa zamanda İrəvanın və onun havadarlarının planı­nı anladı və qabaqlayıcı addım atdı. Bakı açıq şəkildə bəyan etdi ki, Ermənistan ha­kimiyyətinin razılaşdırılmamış müddəala­rı istisna olmaqla, sülh sazişi layihəsinin imzalanması təklifini qəbuledilməz hesab edir. Eyni zamanda, o da birmənalı olaraq vurğulandı ki, Ermənistan layihənin mət­nindən uyğun olmayan müddəaları çıxar­maqla sülh sazişinin imzalanmasına çağı­rış edir və bununla da mövcud problemləri növbəti mərhələyə saxlamağa çalışır. An­caq Azərbaycan dəfələrlə bildirib ki, belə müqaviləni imzalamayacaq. Bununla bağlı Prezident İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisi­nin ilk iclasındakı çıxışında vurğuladı ki, razılaşdırılmamış müddəaların sülh müqa­viləsindən çıxarılması primitiv və qeyri-a­dekvat addımdır: “Mətndən çıxarılmış, yəni, onların istəyi ilə çıxarılması nəzərdə tutulan müddəalar vacibdir. Onlarsız sülh müqaviləsi natamam olacaq”.

Azərbaycanın mövqeyi reallıqlara adekvatdır. Yəni Bakı istəyir ki, iki ölkə arasında münasibətlərin gələcəyinə gizli minalar qoyulmasın. Ancaq Ermənista­nın konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları qalır və belə olan halda İrəvan Azərbaycanın ərazi bütövlüyünü sənəd­lə necə tanıya bilər? Ermənistan və onun müttəfiqləri sülh müqaviləsinin yarımçıq variantı ilə Azərbaycanın əl-qolunu bağla­maq planının baş tutmadığını başa düşdük­dən sonra “B” planına keçdilər və “ixtisar olunmuş müqavilə” imzalandıqdan sonra əvvəllər səsləndirməyi planlaşdırdıqları məsələləri açıq şəkildə qaldırmağa başla­yıblar. Xüsusən də mövqeyini sərtləşdirən İrəvan Qərbin dəstəyindən ilhamlana­raq getdikcə daha çox “Dağlıq Qarabağ” və “etnik təmizləmə”dən danışır, qisas haqqında getdikcə daha ciddi düşünür. 

Vaşinqtonun İrəvanla hərbi təlimlər ke­çirməsi və bununla da Ermənistan silahlı qüvvələrinin səviyyəsinin yüksəldilməsi bəhanəsi ilə ABŞ-nin Ermənistanla strateji tərəfdaşlığının güclənməsi regionda yeni hərbi münaqişə ehtimalını xeyli artırır. Eyni sözləri Fransa barədə də demək olar. Məsuliyyətsiz bəyanatları və addımları ilə Paris sülhə yox, geosiyasi maraqlarını tə­min etmək üçün erməni kartından istifadə etməyə çalışır. Bölgədə sülhün əldə olun­masına kömək etmək istəyinin açıqlanma­sına baxmayaraq, Vaşinqton və Fransa fak­tiki olaraq Ermənistanı Azərbaycanla yeni müharibəyə hazırlayırlar. Aydındır ki, bu ölkələr və digərləri Azərbaycanın müstəqil şəkildə öz ərazi bütövlüyünü və suverenli­yini bərpa etməsi ilə barışmaq istəmirlər. Bu səbəbdən də Qərbdə Azərbaycan əley­hinə geniş kampaniya başladılıb.

Ancaq ermənilər sadə bir reallığı unu­durlar- keçmişindən dərs götürməyənin axırı fəlakətli olur. Osmanlı dövlətinin ağır günlərində Qərb ölkələrinin əlində alətə çevrildiklərinə görə hansı fəlakətlər­lə üzləşdiyini bütün dünya bilir. İndi də ermənilər alət olmağa razılaşırlar. Qərbin təhlükəli planının bir hissəsi olmağa həvəs göstərirlər. Amma bu təhlükəli oyunlar Er­mənistana çox baha başa gələ bilər. Azər­baycan rəhbərliyi xəbərdarlıq edir. Prezi­dent İlham Əliyev parlamentdəki çıxışında Bakının sülh gündəminin əsas prioritetləri­ni bir daha diqqətə çatdırdı. Azərbaycanın real təklifləri ilə razılaşmaq və ya onlardan imtina etmək artıq Ermənistanın öz işidir. Bakı istənilən ssenariyə hazırdır.

S.ELAY




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Daxili siyasət