USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ədalətə inam hissini heç vaxt itirmədik

Azərbaycan Prezidenti Xankəndidən cəmiyyətin birliyi, inkişafı və gələcəyi üçün vacib elementin ünvanını göstərdi


https://img.baki-baku.az/news/2024/09/photo_14706.jpg

Hər zaman və hər yerdə ədalətin bərqərar olması, haqsızlıq üzərində zəfər çalması istənilən cəmiyyətin sabit inkişafının və gələcəyə inamın təntənəsidir. Haqq-ədalətə, bəşəri dəyərlərə sadiq siyasətçilərin hamısı, xüsusən, Şərq müdrikləri bu tezisdən kifayət qədər geniş istifadə ediblər. 

Bəs, ədalətsizliyin hökm sürdüyü müa­sir dünyamızda bu müqəddəs dəyəri qoru­yub saxlamaq, ona bütün müstəvilərdə ri­ayət etmək mümkündürmü? Mümkündür, amma bir şərtlə: Gərək ədalətin qalibiyyə­tinə inamını itirməyəsən. 

“İnam heç vaxt qırılmamalıdır. Əgər inam qırılsa, onda heç vaxt ədalət zəfər çala bilməz. Amma dünyada ədalət var. Prezident kimi müəyyən dövrlərdə mənim də ağlıma belə fikirlər gəlirdi ki, yəqin dünyada ədalət yoxdur. Amma bilirdim ki, bu ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən, o, göydən düşməz. Sən haqlısan, bütün dünya da sənin haqlı olduğunu etiraf edir, bilir, ancaq nəticə yoxdur. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas ol­malıdır”.

Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ Universitetinin müəllim və tələ­bə heyəti ilə görüşündə söylədiyi fikirlər bizi bu qeydləri qələmə almağa vadar etdi. Bəli, xalqımız gec-tez ədalətin zəfər ça­lacağına, torpaqlarımızın yağı işğalından azad olunacağına inamını heç vaxt itir­mədi. Qaçqınlığın, məcburi köçkünlüyün bütün məhrumiyyətlərinə mərdliklə sinə gərən soydaşlarımız vaqonlarda, çadırlar­da, yataqxanalarda yeni düşüncəli, ən əsası isə, yaralı Vətənini içdən sevən və onun azadlığı yolunda canından keçməyə hazır olan bir nəsil ərsəyə gətirdi. 

Sonra məlum olacaq ki, ata-anaları Qa­rabağda, özləri isə doğma yurddan uzaq­da doğulmuş, yurdsuzluq dərdini, nostalji havasını kitablardan, filmlərdən, sənədli xronikadan oxumuş, görmüş gənclərin Vətən sevgisi, doğma torpaqlarına mütləq qayıdacağına inamı nə qədər böyük imiş. Elə bizi böyük qələbəyə aparan da məhz bu inam oldu. Bəli, qələbəyə inam nəsil­dən-nəsilə ötürülmüşdü və bu inam Birinci Qarabağ müharibəsindən sonra dünyaya gələn, orduda xidmət yaşına çatan, işğalçı­nın üzərinə yeriməyə əmr gözləyən gəncli­yin qəlbində birə-beş artmışdı. 

Vətənpərvərlik ruhunda böyüyən bu nəsil atalarının qisasını yağı düşməndən alacağına inanırdı. Bunun üçün hamı silaha sarılmağa hazır, dövlət isə tələb olunan bü­tün zəruri şərtləri yerinə yetirmişdi. Düş­mən bizə başqa yol buraxmamışdı. Ədaləti döyüş meydanında bərpa etməli idik. 

Amma biz yenə də düşmənə münaqişə­nin dinc yolla həllini təklif edirdik. Azər­baycan dövlətinin başçısı bütün beynəlxalq tədbirlərdə, dünyanın aparıcı siyasətçiləri­nin qarşısında Ermənistanı işğalda saxladı­ğı torpaqlarımızı sülh yolu ilə tərk etməyə, beynəlxalq təşkilatları, hayların arxasında duran “gücləri” isə ədalətli olmağa çağırır­dı. Əlbəttə, bunun qarşılığında müşahidə etdiyimiz lal sükut, ikiüzlü yanaşmalar, “başımızın altına yastıq qoymağa” hesab­lanmış riyakar bəyanatlar ədalətə inam his­sini zəiflətməli idi. 

Yaşadığımız regionda və dünyada ədalətdən əsər-əlamət görmədiyini deyən Prezident İlham Əliyevin bu sözləri həm də bədxahlarımıza ünvanlanıb: “Əlbəttə ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsiz­liklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Bu, önəmli­dir. Amma bizim xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir”.

Artıq yolumuz bəlli, hədəflərimiz ay­dındır. Milli dövlətçilik arzusuna XX əsrin əvvəllərində çatmış, amma onu tez itirmiş, əsrin sonlarında isə o əvəzsiz neməti ikin­ci dəfə əldə edəndə əvvəlki taleyi bir daha yaşamamaq barədə düşünməli olduq. Bu, həm də bir tale yazısı idi. İndi bunu tam cəsarətlə deyə bilərik ki, əgər ümummilli lider Heydər Əliyev xalqın tələb və çağı­rışı ilə siyasi hakimiyyətə qayıtmasaydı, dövlət müstəqilliyimiz, şübhəsiz, əldən ge­dəcəkdi. Düşünürük ki, o təlatümlü günlər­də vətəndaş həmrəyliyinə nail olan böyük dühanın əsas istinad nöqtəsi canından çox sevdiyi xalqına böyük inamı idi. 

“Şuşanın düşməndən azad olunması heç yuxumuza da gəlməzdi”. Bu sözləri qarabağlı, şuşalı dostlarımızdan dəfələr­lə eşitmişdik. Amma onlar da qəlblərinin dərinliyində bunun mütləq baş verəcəyinə, Şuşaya qayıdacaqlarına inanırdılar. 

Burada bir məqamı qeyd etməyimiz vacibdir. Cənubi Qafqazda sülhün təmi­natçısı rolunda çıxış edən, sabitləşdirici missiyanı yerinə yetirən qardaş Türkiyə Azərbaycana mənəvi həmrəylik nümayiş etdirərək təcavüzkar Ermənistanın hava­darlarına sərt və tutarlı mesajlar göndərdi. 30 il səbir, dözümlülük nümayiş etdirən Azərbaycan xalqı artıq düşməni yerində oturtmaq, onun təcavüzkar niyyətlərinə son qoymaq üçün hər cür imkanlara, üs­tünlüyə malik idi. Ədalətin zəfər çalacağı gün uzaqda deyildi.

“Tarixi ədalət bərpa olundu. Ötən illə­rin ən önəmli hadisəsi ərazi bütövlüyümü­zün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbay­can öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaq­larımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu”. 

Üç il bundan əvvəl bu sözləri deyən Prezident İlham Əliyev müharibə başla­narkən xalqımızın və dünya ictimaiyyəti­nin diqqətinə bu mesajı vermişdi: “Tarixi ədalət bərpa olunmalıdır!” İndi bunu bütün dünya bilməli və qəbul etməli idi. Bundan ötrü, yəni, dünyanın həqiqəti görməsi, er­məni vəhşiliyinə şahid olması üçün elə mü­haribənin gedişində bütün təbliğat rıçaqla­rı işə salındı. Bakıda akkreditə olunmuş xarici ölkə səfirlərinin erməni terrorunun nəticələrini görmələri üçün Gəncə və Bər­dəyə səfərləri təşkil edildi. İşğaldan azad olunmuş, amma dağıdılmış, tarmar edilmiş ərazilərə beynəlxalq müşahidəçilər, xarici qonaqlar aparıldı. Azərbaycanın bu savaş­la ədaləti bərpa etdiyi beynəlxalq aləmin diqqətinə fakt və sübutlarla çatdırıldı. 

Prezident İlham Əliyev müharibənin gedişində 30-dan artıq müsahibəni ona görə verirdi ki, 30 il lal-kar olmuş dünya əsl gerçəyi görsün və eşitsin. Həm də bun­dan sonra Ermənistana heç bir mənəvi-si­yasi dəstək göstərilməsin. Çünki onun tə­cavüzkar və terrorçu dövlət olduğunu hamı bilməlidir. 

Bəli, biz tarixi ədaləti yalançı sülh danışıqları masasında deyil, hərb meyda­nında dişimiz – dırnağımızla bərpa etdik. Bununla da Azərbaycan düşmənin “Böyük Ermənistan” xülyalarını tarixin arxivinə göndərdi. Ədalət yerini tutdu! 

Cənab Prezidentin dediyi kimi, bu gün Azərbaycan bütün dünyaya, işğaldan, hətta, müstəmləkəçilikdən əziyyət çəkən xalqlara əyani şəkildə göstərdi ki, ədalətin gec-tez qalib gələcəyinə inamla yaşamaq lazımdır. 

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

İmran BƏDİRXANLI