USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İsveçrə Parlamentində “erməni sorğusu”


https://img.baki-baku.az/news/2024/09/photo_14681.jpg

İsveçrə deyəndə, ilk növbədə, göz önünə yaşıl­lıqlara bürünmüş dərələr, təpələr, göz oxşayan çəmənliklər və insanın ruhunu sakitləşdirən mavi göllər gəlir. İsveçrədən danışanda xoşbəxt cəmiyyət, yüksək sosial rifah səviyyəsi və insanlar arasında səmimi bir ortamı xatırlayırsan. Hər yerdə olduğu kimi, orada da dövlət, ədalətə söykənən qanunlar və ictimai marağın mərkəzində dayanan insan haqları var. 

İsveçrə Avropa İttifaqına daxil olmasa da, beynəlxalq si­yasətini Avropa ailəsinin üzvü olan bir dövlət kimi aparır. Si­yasət olan yerdə isə istəsən də, istəməsən də əvvəl-axır bir əx­laqsızlıqla üzləşəcəksən. 

Belə əxlaqsız bir addım bu həftə İsveçrə parlamentində atılıb. Parlamentdən hökümətə daxil olmuş bir müraciətdə İs­veçrə dövlətinin tezliklə Azər­baycanda keçiriləcək COP29 konfransına münasibəti sorğu­lanıb. Amma elə şəkildə sorğu­lanıb ki, bu müraciətin mətni­nin ermənilər tərəfindən yazılıb hazırlanması və erməni lobbi­sindən alınan yüksək qonorar müqabilində ortaya çıxarılması qətiyyən şübhə doğurmur. 

Sorğu müəllifləri öz mü­raciətlərinə keçən ilin bu günündə “... Azərbaycanın Dağlıq Qarabağa hücumu və min illərlə orada yaşayan er­məni əhalini etnik təmizləməyə məruz qoyması” ilə başlayır. Daha sonra, guya, Qarabağda yaşamış ermənilərin 10 ay ər­zində mühasirədə saxlanması, onların ərzaqdan, tibbi xidmət­dən və dərman preparatlarından məhrum edilməsi, onlara fiziki və psixoloji təzyiq göstərilməsi və hətta Qarabağı tərk etdikləri cəmi 1 sutka ərzində çoxsaylı hamilə qadınların öz uşaqla­rını itirməsi haqqında saxta iddialar irəli sürülür. İsveçrəli deputatlar Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuro­ru, hazırda isə yüksək məbləğ­də rüşvət müqabilində erməni lobbisinə nökərçilik etməyə gi­rişmiş Luis Moreno Okampoya istinad edərək bütün bunların Azərbaycan tərəfindən törə­dilmiş “etnik təmizləmə və ya soyqırımı” olduğunu iddia edir­lər. Sorğuya öz imzasını atmış 16 parlament üzvü həmin əra­zilərdə, guya, ermənilərə məx­sus olmuş tarixi-mədəni irsin məhv edildiyini və eləcə də 23 erməninin hələ də Azərbaycan tərəfində girov saxlanıldığını iddia edir. 

Lakin bu müraciətdə 30 illik işğal müddətində 1 milyona yaxın azərbaycanlı­nın ölümdən xilas olmaq üçün qaçqın düşməsindən, minlərlə azərbaycanlının qətlə yetiril­məsindən, onların insan hüquq­larından və eləcə də bu, 23 “yazıq” erməninin hansı qanlı cinayətlər törətdiyindən qətiy­yən söz açılmır. Əksinə, “...Azərbaycana qarşı sanksiyalar tətbiq etmək əvəzinə BMT-nin 29-cu İqlim Dəyişikliyi Konf­ransının bu ölkədə keçirilmə­sindən” məyusluğunu bildirən erməni lobbiçiləri İsveçrə Fe­deral hökümətindən aşağıdakı suallara cavab verilməsini tələb edirlər: 

1. İsveçrə Dağlıq Qarabağ ermənilərinin öz ata-baba yer­lərinə qayıtmaq və öz müqəd­dəratını təyin etmək hüququnu tanıyırmı?

2. COP29 konfransında iş­tirak edəcək İsveçrə nümayən­də heyətinin Bakıda olarkən etnik təmizləmə və ermənilə­rin qayıtmaq hüququ ilə bağlı məsələ qaldırmaq niyyəti var­mı? 

Əlbəttə, belə bir sor­ğunun mətni ilə tanış olanda İsveçrə haqqındakı bü­tün xoş təsəvvürlər dərhal yoxa çıxır. İstər-istəməz sual yaranır: çox güman ki, heç vaxt Azər­baycanda olmamış və əminəm ki, hətta “Dağlıq Qarabağ” ad­landırdıqları ərazini xəritədə belə göstərə bilməyən İsveçrəli deputatları müstəqil və suveren bir dövlətə qarşı iftiralarla dolu bir sorğunu öz hökümətinə ün­vanlamağa vadar edən nədir? 

Uzun illər ərzində Avropa­nın ayrı-ayrı ölkələrinin par­lamentlərində və hətta Avropa Parlamentinin özündə dəfələrlə qarşılaşdığımız bu kimi ha­disələrin təhlili göstərir ki, bu yalnız üç halda baş verir. Bi­rincisi, Avropanın erməni lob­bi təşkilatlarından alınan külli miqdarda rüşvət müqabilində. Belələrinin sayı kifayət qədər çoxdur. Son illərdə Avropa Parlamentində aşkarlanan və hətta parlamentin vitse-prezi­denti səviyyəsində baş vermiş korrupsiya hallarını xatırlamaq kifayətdir. 

İkincisi, deputatın ailə üzv­lərindən biri və əsasən də ar­vadı və ya gəlini erməni əsilli olduqda; məsələn, ABŞ kon-qresmeni Robert Menendes və ya Lüksemburq deputatı Frank Engel hallarında olduğu kimi. 

Üçüncüsü isə həmin ölkə­nin hökümətindən parlamentə Azərbaycan Respublikasına qarşı belə bir qərəzli sifa­riş daxil olduqda; məsələn, Fransada Emanuel Makronun vaxtaşırı ölkə parlamentinə göndərdiyi ağılsız “Qətnamə” sifarişləri kimi.

Bütün hallarda heç bir fak­ta əsaslanmayan iftira və böh­tanlarla dolu bir sorğunu orada irəli sürülən iddiaları araşdır­madan və onun saxta olub-ol­madığına məhəl qoymadan və hətta bu iddiaların saxta oldu­ğunu bildikləri halda hazır və­ziyyətdə əllərinə verilmiş sorğu mətnini hökümətə ünvanlayan deputatları yalnız əxlaqsız ad­landırmaq olar. Beləsinə başqa ad qoymaq çox çətindir.

Əminəm ki, İsveçrə seçi­ciləri bu deputatların federal parlamentə üzv seçilməsinə səs verəndə onların qarşısnda er­məni lobbizminə xidmət etmək kimi bir vəzifə qoymayıblar. Hər halda onlar öz deputatla­rından məhz öz vətəndaşları­nın maraqlarının qorunmasını istəyə bilərdilər. Lakin görünür ki, Avropa erməni təşkilatları­nın təklif etdiyi qonorar o qədər cəlbedici olub ki, bu deputatlar ondan imtina etməyə özlərində güc tapa bilməyiblər. 

Bizim üçünsə bu gün daha maraqlı olan məsələ İsveçrə Federal hö­kümətinin bu sorğuya verəcəyi cavabdır. Bəllidir ki, İsveçrə ilə Azərbaycan arasında hər iki ölkənin milli maraqlarını qane edən səmimi və işgüzar əməkdaşlıq mühiti mövcuddur. Belə bir vəziyyətdə əsas sual budur ki, COP29 konfransında iştirak etmək üçün ölkəmizə gələcək İsveçrə nümayəndə heyəti erməni lobbisinə muzd­lu nökərçilik edən əxlaqsız bir deputatın tələbini nəzərə alacaq yoxsa bütün dünyaya məlum olan Qarabağ həqiqətlərinə istinad edərək Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verəcək? Əlbəttə, bu, onların seçimi olacaq. Bizim isə gözləntimiz ondan ibarət­dir ki, İsveçrə hökümətinin bu bədnam sorğuya cavab mət­nində və eləcə də İsveçrə nü­mayəndə heyətinin COP29 çər­çivəsindəki davranışlarında biz İsveçrənin prinsipial və ədalətli yanaşmasının şahidi olacağıq. Əks təqdirdə, Azərbaycan döv­lətinin də öz siyasətini mövcud reallıqlara uyğunlaşdırması qa­çılmaz olacaq.

Cavanşir FEYZİYEV,
Milli Məclisin deputatı




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Daxili siyasət