USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan diaspor təşkilatları Niderland hökumətinin qərəzli mövqeyi ilə bağlı bəyanatlar yayıblar


https://img.baki-baku.az/news/2024/09/photo_14667.jpg

Niderland Krallığındakı Azərbaycan diaspor təşkilatları Hiderland hökumətinin Azərbaycanla bağlı qərəzli mövqeyini tənqid edən bəyanatlar yayıb.

Bəyanatların mətnində bildirilir ki, 3 sentyabr tarixində Niderland Krallığının hökuməti tərəfindən hazırkı səlahiyyət müddəti üçün planlarını özündə əks etdirən proqram ictimaiyyətə təqdim olunub. Bu proqramın artmaqda olan münaqişələri əhatə edən “Beynəlxalq təhlükəsizlik” bölməsində Azərbaycan ərazilərinin azad edilməsi “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi qeyd olunub.

Niderland Krallığındakı Azərbaycan diaspor təşkilatları bununla bağlı etirazlarını bildiriblər. Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurası, “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyi, Hollanda Azərbaycan Türk Kültür Dərnəyi, Benelüks Azərbaycanlıları Konqresi, Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu, Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyəti Niderland hökumətinin qərəzli mövqeyi barədə bəyanat yayıblar.

Bəyanatda Azərbaycanın öz torpaqlarını azad etməsinin “Dağlıq Qarabağın ələ keçirilməsi” kimi göstərilməsinin qəbuledilməz olduğu və Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün atdığı addımları tamamilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həyata keçirdiyi vurğulanıb.

Bununla yanaşı, Qarabağ bölgəsinin qondarma “Dağlıq Qarabağ” kimi adlandırılması qətiyyətlə rədd edilib. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati və ya coğrafi vahid olmadığı, habelə hər bir dövlət və təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycan Respublikasının müvafiq orqanları tərəfindən standartlaşdırılmış və BMT-nin Coğrafi Adlar üzrə Ekspertlər Qrupu çərçivəsində qəbul edilmiş coğrafi adlara istinadının vacibliyi diqqətə çatdırılıb.

Bəyanatın sonunda diaspor təşkilatları Niderland hökumətini obyektiv və balanslı yanaşmaya və Azərbaycanla münasibətlərə mənfi təsir edə biləcək bəyanatlardan çəkinməyə çağırıb.

XQ

 




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Daxili siyasət