USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Saxta və gurultulu alqışlar

Vaşinqton bununla Moskva ilə özünün fərqini göstərməyə çalışır


https://img.baki-baku.az/news/2024/09/photo_14511.jpg?v=MjAyNC0wOS0xNiAxMDoyMjo0Nw==

“Blinken Azərbaycanla Ermənistan arasında danışıqlardakı irəliləyişi alqışlayır”. Bu barədə ABŞ Dövlət katibi Antoni Blinkenlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu günlərdə baş tutmuş telefon danışı­ğını şərh edən Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında deyilir.

Artıq xeyli müddətdir ki, Vaşinqtonun Ermənistanla Azərbaycan arasında mü­nasibətlərin normallaşması, sülh danışıq­larının müsbət sonluğa çatması ilə bağlı açıqlamaları “alqışlardan” o tərəfə keçmir. Ağ Ev xarici diplomatiya idarəsinin timsa­lında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı danışıqlarda əldə etdiyi irəliləyişi alqışla­maqla, xüsusilə sərhədlərin delimitasiya­sının tənzimlənməsi haqqında əsasnaməyə dair razılaşmaların vacibliyini önə çək­məklə kifayətlənir.

Elə Dövlət Departamenti sözçüsü M.Millerin jurnalistlər üçün keçirdiyi həftəlik ənənəvi brifinqlərdə bölgə ilə bağlı söylədikləri “Cənubi Qafqazda da­vamlı və layiqli sülhün bərqərar olmasının vacibliyini təsdiqləyirik” məzmunlu açıq­lamalardan uzağa getmir. Oxuculara xatır­ladaq ki, daha əvvəl Ermənistan hökuməti­nin yaydığı məlumata görə, A.Blinken və N.Paşinyan ikitərəfli gündəliyi və Ermə­nistan–Azərbaycan sülh prosesini müza­kirə ediblər. 

Dövlət katibi ilə baş nazir gündəlikdə­ki hansı mövzuları, sülh prosesini ləngidən hansı məsələləri müzakirə ediblər? Onlar Cənubi Qafqazda sülhün bərqərar olma­sı istiqamətində irəliləyişə nail olmaqdan ötrü konkret nədən danışıblar? Ümumiy­yətlə, bu telefon danışıqlarının mövzusu doğrudanmı bölgənin sülh gündəliyidir, yoxsa tamamilə başqa, bundan tam fərqli motivlərdir? 

“ABŞ Dövlət Departamentinin Azər­baycanla Ermənistan arasındakı münasi­bətlərin normallaşdırılması ilə bağlı danı­şıqlarda əldə etdiyi irəliləyişi, o cümlədən sərhədlərin delimitasiyasının tənzimlən­məsi haqqında Əsasnaməyə dair razılaş­maları alqışlayan yazılı bəyanat yayması­nın iki səbəbi var”.

Mövzu ilə bağlı “XQ”yə açıqlamasını bu fikirlərlə başlayan “Atlas” Araşdırma­lar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu ABŞ Dövlət katibi An­toni Blinkenlə Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutmuş telefon da­nışığının bəzi təfərrüatlarını şərh edərkən deyib. Politoloq bu qənaətdədir ki, belə bir açıqlama yaymaqla Vaşinqton sülhün dəstəkçisi kimi, Moskva ilə aralarındakı fərqi nümayiş etdirməyə çalışıb: “Birinci­si, Vaşinqton bununla bir daha onu göstə­rib ki, Azərbaycanla Ermənistan arasında “tet-a-tet” dialoqu, vasitəçi olmadan sülh danışıqlarında əldə edilən razılaşmaları dəstəkləyir. İkincisi, Vaşinqton belə bir açıqlama yaymaqla problemin həllinə Kremldən fərqli yanaşdığını göstərməyə çalışıb. Misal üçün, Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanla Ermənistan ara­sında əldə edilən razılaşmaları birmənalı dəstəkləyən bəyanat yoxdur. Kremlin eşit­diyimiz yeganə mesajı ondan ibarətdir ki, bu işin içində biz də olmalıyıq. Son vaxtlar Vaşinqtondan oxşar iddiaları eşitmirik”.

Məsələnin maraqlı tərəfi həm də odur ki, Dövlət Departamentinin mətbuat xid­mətinin rəhbəri Metyu Millerin ABŞ Döv­lət katibi Antoni Blinkenlə Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığından yazılı açıqlaması ha­disənin üstündən bir neçə gün keçəndən sonra yayılıb. Ağ Ev Administrasiyası əv­vəllər bu “praktikadan” istifadə etmirdi. 

Yəni, buradan belə bir məntiqi nəticə hasil olur ki, Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması məsələ­si artıq Vaşinqton üçün arxa plana keçib. Seçkiqabağı “qızdırma” vəziyyətində olan ABŞ siyasi isteblişmentinin indiki məqam­da Cənubi Qafqazda sülh kimi “xırda məsələlərə” diqqət ayırmağa vaxtı yoxdur. Bu səbəbdən Metyu Millerin “gurultulu alqışlarla” müşayiət olunan açıqlamaları­nın yazıldığı “sınıq valı” təkrar fırlatmaq­la saxta təəssübkeşliyi nümayiş etdirmək daha məqbul variant sayılır. 

Azərbaycan xalqı Birləşmiş Ştatların demokratiya və ədalət barədə bəyan etdik­ləri tezislərin mifdən savayı heç nə olmadı­ğını 1992-ci ildə müstəqilliyini yeni bərpa edən, sivil inkişaf yolunu tutan və işğala məruz qalmış dövlətimizə qarşı “Azadlığı müdafiə aktı”na 907-ci əlavəni qəbul edən­də görüb. O zaman ABŞ-nin ermənipərəst sanksiyalarına öz torpağımızda Xocalı soyqırımını törədən təcavüzkar və cinayət­kar Ermənistan deyil, Azərbaycan məruz qalmışdı. Ötən 32 ildə doğrudanmı heç nə dəyişməyib? 

İmran BƏDİRXANLI




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

İmran BƏDİRXANLI