USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumu keçirilir


https://img.baki-baku.az/news/2024/09/photo_14498.jpg

Almaniyanın Bonn şəhərində Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumu baş tutub.

AZƏRTAC xəbər verir ki, forum Almaniya Azərbaycanlıları Alyansının, Almaniyada Azərbaycanlı Həkimlər Forumunun təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir. Tədbirə Almaniyanın 81 şəhərindən 200 həkim, tibbin müxtəlif sahələrində fəaliyyət göstərən ekspertlər qatılıblar.

Almaniyada Azərbaycanlı Həkimlər Forumu İdarə Heyətinin sədri Elvin Hüseynovun moderatorluğu ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Prezident İlham Əliyevin Qarabağda qazanılan Qələbə ilə bağlı fikirlərinin əks olunduğu videoçarx, həmçinin həkimlərin I və II Forumlarından bəhs edən videoçarx nümayiş olunub.

Azərbaycan dövlətinin diaspor siyasəti, ölkə Prezidentinin tövsiyələri əsasında həyata keçirilən layihələr barədə danışan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov belə forumların diasporun birliyinə ciddi təsir etdiyini deyib.

Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri Nuran Abdullayev çıxışında gələcəkdə forumun bütün dünyada yaşayan azərbaycanlı həkimləri əhatə edəcəyinin proqnozunu verib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri Bahadur Rzayev təmsil etdiyi qurumun fəaliyyətindən danışıb, forumun Almaniyadakı həkimlərlə daha sıx əlaqələr qurulmasındakı rolunu yüksək qiymətləndirib.

Forum müxtəlif mövzularda elmi müzakirələr və panel iclaslarla davam edir.

 

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Bonn 




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət