USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ceyhun Bayramov Qətərin yeni səfirini qəbul edib


https://img.baki-baku.az/news/2024/09/photo_14440.jpg

Sentyabrın 12-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətərin ölkəmizdəki yeni səfiri Məhəmməd Həməd Səad əl-Haciri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən bildirilib ki, nazir Ceyhun Bayramov səfir Məhəmməd Həməd Səad əl-Hacirini təyinatı münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan ilə Qətər arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, gələcək planlar, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

İki ölkə arasında siyasi, iqtisadi-ticari, təhsil, humanitar və digər sahələr üzrə uğurlu əməkdaşlığın mövcudluğu məmnunluqla qeyd edilib. Yaxın günlərdə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olacağı diqqətə çatdırılıb.

Mövcud əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində bir sıra mexanizmlər, o cümlədən siyasi məsləhətləşmələr, habelə Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə iqtisadi, ticarət və texniki komissiyanın fəaliyyət imkanlarından istifadənin əhəmiyyəti qeyd olunub.

İkitərəfli əməkdaşlıq ilə yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı fəaliyyətin təqdirəlayiq olduğu, xüsusilə Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində əməkdaşlıq üçün yeni imkanların yarandığı diqqətə çatdırılıb.

Söhbət zamanı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə keçmiş münaqişəyə son qoyulmasından, postmünaqişə dövründə bölgədə aparılan yenidənqurma işlərindən, habelə Ermənistanla münasibətlərin normallaşması prosesindən ətraflı bəhs olunub.

Səfir Məhəmməd Həməd Səad əl-Haciri fəaliyyəti müddətində Azərbaycan ilə Qətər arasında mövcud əməkdaşlığın inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Redaktorun seçimi

Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Daxili siyasət