USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Tərtər qəhrəmandır, qəhrəmanlar yetirən Qəhrəmandır!


https://img.baki-baku.az/news/2020/10/photo_1443.jpg

Çar Rusiyası ilə düz 20 il mücadilə edən Şeyx Şamilə həsr olunan “Şeyx Şamil və müridizm” əsərində böyük şərqşünas Dərbəndli Mirzə Kazım bəy deyirdi: “Şeyx Şamil Qəhrəmandır! Qəhrəmanlar yetirən Qəhqəmandır!” Bu müqəddəs düşüncədən çıxış edərək deyə bilərik: 28 ildir üstünə od ələnən Qəhrəmanlar yetirən Tərtər qəhrəman Şəhərdir!

Böyük İpək Yolu boyunda, Doğu ilə Batının karvan yolu boyunda binə tutan, Borsunlu kurqanları ilə Odlar Yurdu Azərbaycanın əski çağ mədəniyyətinə ayna olan, Qıpçaq çölünün yovşan ətrini, “Divani - lüğəti - türk”üdə adı çəkilən, “gözəl səsli qumru quşu” əzəmətini özündə yaşadan, strateji əhəmiyyətinə görə Çar Rusiyası Gəncəni işğal edərkən Yelizavetpol quberniyasının, Cavanşir qəzasının paytaxtına çevrilən Tərtər 28 ildir Qeyrət Qalamız – Vüqarımız, düşmənə Dağımızdır! Nadir şahın dönəmində Dərbəndə sərdarlıq edən Sur- sur tayfasının təməlində dayanan Tərtərlilərin qəhrəmalıq tarixi Sibir çöllərindən, Uraldakı Tərtərobadan, Bulqarıstanda hökmdarlıq (1323-cü ildə) etmiş, Təbriz, Gəncə, Şuşa, Dərbənd qalasında tarix yaratmış, Şimali Qafqazda at oynatmış, qıpçaqlara bağlıdır. Bir gündə üstünə 3 mindən çox mərmi yağan, evi- eşiyi, yurd- yuvası dağılan, qocaları, körpələri torpağını tərk etməyən, cavanları, qəbirqazanı, dua tutanı, dünyasını dəyişənini son mənzilə yola salanı ilə şəhid olan Tərtərlilər birinci Qarabağ savaşında olduğu kimi bu gün də sinələrini erməni daşnaklarına sipər edir, öldü var döndü yoxdur, deyir.

Çar Rusiyası ilə düz 20 il mücadilə edən Şeyx Şamilə həsr olunan “Şeyx Şamil və müridizm” əsərində böyük şərqşünas Dərbəndli Mirzə Kazım bəy deyirdi: “Şeyx Şamil Qəhrəmandır! Qəhrəmanlar yetirən Qəhqəmandır!” Bu müqəddəs düşüncədən çıxış edərək deyə bilərik: 28 ildir üstünə od ələnən Qəhrəmanlar yetirən Tərtər qəhrəman Şəhərdir!

“Biz birlikdə güclüyük!”, “Qarabağ Azərbaycandır!” nidası ilə tarix yaradan Ali Baş Komandanımız, Qüdrətli Ordumuz yağının bağrını yarmaqla erməni qəsbkarlarına, onların havadarlarına göz dağı verməkdədir!

50 milyondan çox Azərbaycanlının, TURANın, Türk dünyasının, müsəlman Şərqinin ədalətli insanlarının qəlbi indi Qarabağda döyünür. Sentyabrın 27-dən isə bir şəhər, Qəhrəmanlar yetirən qəhrəman Tərtər hər saniyə oda, atəşə qalanır.

Qanın, qəvi düşmənin məkrli niyyətinin, insanlığa zidd hərəkətinin, mənəviyyatdan uzaq xislətinin mənzərəsi qəlbi dağlayır. Osmanlının, Qazi Mustafa Kamal Paşanın üzərinə səlib yürüşü olanda o, “Yurdda sülh, cahanda sülh!” dedi. 28 illik qətliama, soyqrıma son qoymaq istəyən Prezident, Ali Baş Komandan İlham Əliyev Qarabağın işğaldan azad edilməsi, regionda sülhün, dünyada ədalətin bərqərar olması üçün “Bayrağımız bütün işğal olunmuş torpaqlarımızda dalğalanacaqdır.” söylədi. Məmləkətimiz ayaqda, Millətimiz səngərdə, qəhrəman Tərtərimiz canı ilə cəngi- cidadır!

Yaddaşımızın Şanlı Urfa, Kahraman Maraş, Qaziantepli ucalığı var. 1941- 45 – ci illərdə yarım milyondan çox qəhrəman oğlu, qızı, Bakı nefti ilə faşizmin dizini yerə gətirən Bakının adı qəhrəman şəhərlər sırasında yer almadı!

Bu il faşizm üzərində qələbənin 75 illiyidi. Bu il Azərbaycan üçün erməni faşizmi üzərində qələbə ili olacaq. Bayrağımız Şuşa qalasında dalğalanacaq! Xocalının qisası yerdə qalmayacaq! Heç nə unudulmayacaq, heç nə yaddan çıxmayacaq!

“Qarabağ Azərbaycandır!” nidası ilə polkovnik – komissar Əziz Əliyevin nəvəsi, Ulu öndər Heydər Əliyevin varisi, Ali Baş Komandan əzəməti ilə bütün məqamlarda ədaləti yerinə qoyan, düşmənin bağrını oyan Prezident cənab İlham Əliyev gün gələcək Qəhrəmanlar yetirən Qəhrəman Tərtəri QƏHRƏMAN şəhər elan edəcək!

Təbriz qeyrətimiz, Gəncə məhəbbətimiz, Bakı mərhəmətimiz, Şamaxı əzəmətimiz, Dərbənd qeyrətimiz, İrəvan ürəyimiz, Şuşa göz bəbəyimiz, Tərtər cəngi- cida meydanında, Şuşaya gedən yolda Səngərimiz, Sipərimizdi! Qəhrəmalar yetirən qəhrəman şəhərimizdi! Tanrı onu qorusun!   

Düşmən ağır artilleriyadan istifadə etməklə sentyabrın 27-dən bu günədək Tərtərə 13 minə yaxın mərmi atıb. Nəticədə 113 ev tamamilə dağılıb. 600-dən çox yaşayış evinə ciddi ziyan dəyib. Zərər dəyən çoxmənzilli yaşayış binalarının sayı isə 64-dür.

19 sosial, 18 istehsal obyektinə mərmi atılıb. 40 ticarət obyekti isə dağıdılıb. Düşmənin atdığı mərmilər nəticəsində 18 inzibati binaya ciddi ziyan dəyib.

Şərəf Cəlilli




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Şərəf Cəlilli