USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk


https://img.baki-baku.az/news/2024/09/photo_14282.jpg

Biz Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk. Ötən dövr ərzində Azərbaycan-Braziliya əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli əsasda genişlənməsi bizi sevindirir.

AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya bu ölkənin Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

“Bu il Bakıda təşkil ediləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası zamanı Braziliya ilə birgə sıx əməkdaşlıq edəcəyimizə inanıram. Qlobal istiləşməni 1,5 C° səviyyəsində saxlamaq məqsədilə Üçlük mexanizmi çərçivəsində ölkəniz və Birləşmiş Ərəb Əmirlikləri ilə apardığımız birgə fəaliyyəti yüksək qiymətləndirirəm.

Fürsətdən istifadə edərək G20 Sammitinin keçirilməsində ölkənizə uğurlar arzulayıram”, - deyə dövlətimizin başçısı bildirib.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Daxili siyasət