USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Milli Məclisə seçkilərlə əlaqədar “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlanıb


https://img.baki-baku.az/news/2024/07/photo_13511.jpg

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası Daxili İşlər Nazirliyi ilə birgə “Polis əməkdaşları üçün yaddaş kitabçası” hazırlayıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən bildirilib ki, qurumlararası əməkdaşlıq çərçivəsində gerçəkləşdirilən layihə Milli Məclisə seçkilərdə polis əməkdaşlarının xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsi və məlumatlılığının artırılmasına hədəflənib.

Nəşrdə Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi dövründə, seçkiqabağı təşviqat mərhələsində, səsvermə günü, habelə rəsmi seçki sənədlərinin daşınması və mühafizə olunması proseslərində polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələri, xidməti vəzifələrinə uyğun həyata keçirəcəyi tədbirlər ətraflı izah olunub.

Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli sənədlər əsasında tərtib olunan kitabça polis əməkdaşlarının istifadəsi üçün nəzərdə tutulub.

“Polis əməkdaşları üçün yaddaş kitabçası” Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində (www.msk.gov.az) də yerləşdirilib.




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Daxili siyasət