USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dünya heç vaxt Ermənistanda “kəsişməyəcək”

İrəvanda “dəyərli tərəfdaş” statusunda qarşılanan USAID-nin rəhbəri yenə anti-Azərbaycan fəaliyyətindən əl çəkmir


https://img.baki-baku.az/news/2024/07/photo_13308.jpg

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri, anti-Azərbaycan mövqeyi ilə ad çıxarmış Samanta Pauer Ermənistana növbəti səfərə gəlib. “Erməni soyqırımı” gününü özünün doğum günü elan edən və Ermənistanda “dəyərli tərəfdaş” fəxri statusu qazanan Samanta Pauer dünən İrəvanda Ermə­nistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryanla görüşüb. “Tərəfdaşlar” öz aralarında “dünyanın kəsişməsi” layihəsinin həyata keçirilməsi perspektiv­lərini gözdən keçiriblər. Erməni mediasının yaydığı xəbərlərdə o da qeyd olunur ki, həmsöhbətlər “Azərbaycanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəti­cəsində yaranmış humanitar vəziyyət” barədə fikir mübadiləsi aparmış, Qriqor­yan “fəxri qonağa” hökumətin “Dağlıq Qarabağdan” olan məcburi köçkünlərə yardım üzrə fəaliyyət proqramını təqdim edib. Bundan başqa, tərəflər Ermənis­tan baş nazirinin ideyası olan “dünyanın kəsişməsi” layihəsinə xüsusi olaraq toxunub, onun həyata keçirilməsi imkanlarını müzakirə ediblər. 

Oxuculara xatırladaq ki, bu, nis­bətən qısa müddət ərzində Samanta Pauerin İrəvana ikinci səfəridir. Onun keçən ilin sentyabrında Ermənistana səfəri də təxribat xarakterli bəyanatları ilə yadda qalıb. O zaman xanım Pauer Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “beynəlxalq müşahidə missiyasının yaradılması” təşəbbüsü ilə çıxış etmişdi. USAID sədri İrəvanda keçirdiyi mətbuat konfransında bildir­mişdi ki, ABŞ 2020-ci ildən indiyədək Ermənistana 24 milyon dollardan çox humanitar yardım göstərib. Qurumun hesablamalarına görə isə Vaşinqton Ermənistanın dövlət büdcəsini, ümumi­likdə, 3,3 milyard dollar artırıb. 

Samanta Pauerin İrəvana 10 ay əvvəlki səfəri təkcə humanitar yardım hesabatı ilə məhdudlaşmayıb. O, er­məniləri “ABŞ Azərbaycan Ordusunun sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi “hərbi əməliyyata” adekvat ca­vab vermək imkanını nəzərdən keçirir” kimi təxribat xarakterli bəyanatla ruhlan­dırması ilə də yadda qalmışdı. Həmçinin Pauer həmin səfəri zamanı USAID-nin “Qarabağdan olan məcburi miqrantlara” dəstək verəcəyi ilə bağlı pafoslu bəya­natlar da səsləndirmişdi. 

Bu kontekstdə qeyd etməyi vacib sayırıq ki, beynəlxalq agentliyin Qara­bağ ermənilərinə ictimaiyyətin gözündə “məcburi miqrant” statusu təqdim etmək istəyindən qaynaqlanan bu məsələdə həddindən artıq canfəşanlığı heç də tə­sadüfi deyil. Çünki 2023-cü ilin noyabrın­da USAID-nin Ermənistan ofisi ABŞ-nin “Qarabağ hadisələrindən zərər çəkən­lərə” 4,1 milyon dollardan çox əlavə humanitar yardım ayırdığını elan etdi. Xanım Pauer 2024-cü ilin aprelin 5-də Brüsseldə “üçlər”in həmin məşhur “zirvə görüşü”ndə baş nazir Nikol Paşinyana Ermənistanda həyata keçirilən “institu­sional islahatlara davamlı dəstəyini” və “Ermənistan hökumətinin güclənməsinə dair proqramlarına müntəzəm şəkildə yardım etməyə” hazır olduğunu bildirib. 

* * * 

Erməni mediası yazır ki, Samanta Pauerin İrəvana budəfəki səfəri “USAID-nin islahat gündəmini və Paşinyan hö­kumətinin ölkənin humanitar dayanıqlı­ğını gücləndirmək səylərini dəstəkləmək məqsədi daşıyır. Yeri gəlmişkən, onu da qeyd edək ki, Pauer artıq USAID tərə­findən maliyyələşdirilən Ermənistanın “Artsaxın dadı” fast-fud obyektinə də baş çəkib və hətta burada “ənənəvi Artsax yeməyi” hazırlamaqla kulinariya sənəti­nin “möcüzəsini” nümayiş etdirməyə nail olub.

Buradaca maraqlı siyasi məqamı xa­tırlatmağımız yerinə düşər. 2023-cü ilin sentyabrında Ermənistanda olarkən Qa­rabağın erməni icmasının nümayəndələ­ri ilə görüşməsi, amma ondan əvvəl Ba­kıya səfəri zamanı azərbaycanlı qaçqın və məcburi köçkünlərlə görüşməkdən imtina etməsi USAID rəhbərinin hələ də anti-Azərbaycan siyasətindən əl çəkmə­diyinin göstəricisidir. 

Samanta Pauerin Qarabağdakı se­paratçı xunta rejiminin keçmiş “dövlət naziri” Ruben Vardanyanla sıx əlaqədə olduğu, “fırıldaqçı milyarderin” təsisçisi və sponsoru olduğu “Avrora” mükafatı komitəsinin üzvü seçilməsi yerli ekspert­lərin diqqətindən yayınmayıb. 

Onu da qeyd edək ki, USAID özünün təqribən 27 milyard dollarlıq büdcəsi ilə dünyanın ən böyük yardım təşkilatı he­sab olunur. Təkcə son iki il ərzində bu beynəlxalq yardım təşkilatının büdcəsin­dən “müxtəlif ölkələrdə vətəndaş cəmiy­yəti quruculuğunu dəstəkləmək üçün” 9 milyard dollar vəsait ayrılıb. Amma bu zaman ABŞ MKİ ilə sıx əməkdaşlıq­da olan USAID-nin “demokratik inkişa­fı dəstəkləmək” şüari altında Afrikanın və Yaxın Şərqin müxtəlif ölkələrindəki müxalif qüvvələri dəstəkləmək üçün xü­susi donor fondları və yardım mexanizm­ləri yaradılıb. Həmin fondların şübhəli QHT-lərə qrantları hansı yollarla çatdır­ması isə hazırda araşdırılır. 

* * * 

İlkin missiyası qanuni hakimiyyətlərə, xüsusən də Cənubi Qafqaz ölkələrinə qarşı cəmiyyətdə etiraz əhval-ruhiyyə­si formalaşdırmaq olan USAID-nin ötən ilin oktyabrında Gürcüstanda baş vermiş siyasi qalmaqalla birbaşa əlaqəsinin ol­duğu deyilir. Təsdiqlənməmiş məlumata görə, USAID bu ölkədə dövlət çevrili­şinə cəhd etmək istəyərkən yaxalanıb. Gürcüstan xüsusi xidmət orqanlarının sentyabrın 26-29-da Tbilisidə təlim ma­teriallarının bir hissəsini dərc etdiyi bu agentlik vasitəsilə çevrilişin hazırlan­masına dair məlumatlar mediaya da sız­mışdı. Həmin məlumatlarda USAID-nin keçirdiyi təlimlərdə müxalif yönlü ictimai fəallara hakimiyyət və hüquq-mühafizə orqanları ilə qarşıdurmanın törədilməsi yolları öyrədilirmiş. 

USAID Azərbaycanda da pozuculuq, təxribatçı fəaliyyəti ilə diqqət çəkməyi “bacarıb”. İntəhası, Azərbaycan xalqının gözaçıqlığı, hakimiyyətin sayıqlığı sayə­sində bu üzdəniraq təşkilatın planları alt-üst oldu, vətəndaş cəmiyyəti üzərin­dən manipulyasiyalar etmək niyyətləri­nin qarşısı qətiyyətlə alındı. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev keçən ilin noyabrında USAID-nin rəhbəri Samanta Pauerin avantürist bəyanatları­nı və hərəkətlərini şərh edərək, “X” sosi­al şəbəkəsində bunları yazmışdı: “Artıq maskalar yırtılıb! Bundan sonra USAID-nin Azərbaycanda fəaliyyət göstərməsi üçün yer yoxdur!”. 

Beləliklə, USAID-nin Azərbaycana qarşı “itilədiyi” dişləri tamalilə qırılıb. Yəqin, xanım Pauer həm də bu “diplo­matik uğursuzluğuna” görə özünün an­ti-Azərbaycan mövqeyindən geri durmaq barədə düşünmür. Məhz bu səbəbdən İrəvan USAID rəhbərini arzuedilən qo­naq və “dəyərli tərəfdaş” kimi qarşılayır. Vaşinqtonun yaratdığı və maliyyələşdir­diyi bu strukturun casusluq fəaliyyətini yaymaq baxımından Ermənistan USAID üçün “etibarlı dayağa” çevrilib. Bu təşki­latın İrəvanın qərbyönümlü meyilləri fo­nunda Ermənistandakı aktiv fəaliyyətinin regional dövlətlərin maraqlarına qarşı yönəlməsi artıq heç kəsdə şübhə doğur­mur.

Daha bir vacib məqam USAID-nin Qarabağ erməniləri məsələsini gündəm­də saxlamağa çalışmaqla, Ermənistan ictimai rəyi üzərində manipulyasiya et­məklə Bakı və İrəvan arasında ümidlərin artdığı sülh prosesini pozmağa çalış­masıdır. Bəs, Ermənistan USAID-nin bu “ayı xidmətindən” faydalanırmı? Müsbət cavabdan məhrum sual həm də ondan xəbər verir ki, İrəvan ABŞ-nin bu müstə­vidəki oyununda yalnız “maşa”, “siyasi marionet” kimi qibtəolunmaz statusa ma­ilk ola bilər. Bundan öz faydasını güdən Birləşmiş Ştatlar fürsətdən maksimum yararlanaraq, regionda çeşidli maraq­larını müdafiə etməyi hədəfləyir. Onun nə Ermənistanda demokratik dəyərlərin inkişafı, nə də onu qlobal enerji layihələ­rinə qoşmaq qayğısı var. 

Əgər İrəvan isteblişmenti Şərqdən Qərbə uzanacaq və Azərbaycandan keçəcək nəqliyyat dəhlizlərinin Ermə­nistanda “kəsişəcəyinə” ümid edirsə, bu gedişatla onun ideyası elə kağız üzərin­də qalacaq. Yəni sülh sazişinə Bakının əlavə etdiyi şərtləri yerinə yetirməyincə Ermənistan heç vaxt “dünyanın kəsişdi­yi” nöqtəyə çevrilməyəcək. 

İ.HƏSƏNQALA




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

İmran BƏDİRXANLI