USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qoyun dərisi geyinmiş “goreşənlər”

Ermənistanın davakar “sülhməramlı”ları


https://img.baki-baku.az/news/2024/07/photo_13286.jpg?v=MjAyNC0wNy0xMCAxMDo0MToxOA==

Mən bir ekspertlə bu məsələ ilə bağ­lı söhbət edərkən dedim ki, məntiqlə da­nışsaq, onlar ya “sülhməramlı qüvvələr” ifadəsinin mənasını başa düşmürlər, ya da hərbi əməkdaşlıq etmək istədikləri ölkələr­də qrant naminə kimisə aldatmağa çalı­şırlar. Ekspertin münasibəti daha maraqlı oldu: “Ermənistanda indiyədək beynəlxalq hüquqa, diplomatiyaya, ən azı məntiqə əsaslanan hansı addım atılıb ki, sülhmə­ramlı qüvvələr məsələsini də həmin çərçi­vəyə tətbiq edə bilsinlər?”

Söhbət ondan gedir ki, mətbuatın yay­dığı məlumata görə iyulun 15-dən 24-dək Ermənistanda “EAGLE PARTNER 2024” adlı hərbi təlim keçiriləcək. Sən demə, bü­tün dünyanın işğalçı dövlət kimi tanıdığı, Xocalı soyqırımını törətmiş, Azərbaycan ərazisinin 20 faizini otuz il ərzində vəhşicə­sinə viranəyə çevirmiş xunta tipli dövlətin quldur xislətli hərbçiləri haradasa, kimlər arasındasa barışa nail olmaq üçün sülh­məramlı missiyanı yerinə yetirə bilərmiş. Bu, son dərəcə absurddur. 

Xatırladaq ki, sülhməramlı qüvvələr deyəndə hamının yadına düşən ilk məqam 1948-ci ildə yaradılmış, Birləşmiş Millət­lər Təşkilatının dünyanın müxtəlif qaynar nöqtələrində baş verən münaqişələrin qabağını almaq və ya qısamüddətli həll yolunu tapmaq üçün formalaşdırılmış hərbi-silahlı qüvvələr olur. Doğrudur, son­radan BMT Nizamnaməsinə əməl etmək istəməyən siyasi güc mərkəzlərinin hərə­si öz sülhməramlı qüvvələrini formalaşdı­rıb. Amma onlar dünyada söz sahibi olan həqiqi güc mərkəzləridir. Ermənistanı hə­min dövlətlərin hansı biri ilə müqayisə et­mək olar? 

Təkrar edirəm, həmin qüvvələr “mü­naqişənin qarşısını almaq üçün” yaradıl­mışdı. Ermənistan isə Fransanın dəstəyi, Emmanuel Makronun cidd-cəhdi ilə böl­gədə yeni münaqişə yaratmaqdan ötrü əlindən gələni edir. Bu ölkənin konstitusi­yasında az qala bütün qonşularına ərazi iddiaları var. İstənilən ərazi iddiasının isə potensial münaqişə mənbəyi olduğunu anlamayan yoxdur. Yəni münaqişə yarat­maqdan ötrü “burnunun ucu göynəyən” Ermənistan hansısa münaqişənin qarşısı­nı almaq üçün sülhməramlı qismində fəa­liyyət göstərəcək. Ağlasığmazdır. 

Ermənistan Müdafiə Nazirliyinin yay­dığı məlumata görə, adı çəkilən təlimlər­də bu işğalçı ölkənin silahlı qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Av­ropa və Afrikadakı quru qüvvələrinin və Kanzas milli qvardiyasının hərbçiləri iştirak edəcəklər. Utanmadan yazırlar ki, təlim sülhməramlı tapşırıqlar zamanı münaqişə tərəfləri arasında sabitləşdirmə əməliyyat­larını əhatə edir.

Bir soruşan da yoxdur ki, kimi aldadır­sınız? Əvvəla, qaniçən ordu ( indi daha onda orduluqdan əsər-əlamət qalmayıb) haradasa qan tökülməsinin qarşısını alma­ğa çalışarmı? Təbii ki, yox. İkinci, BMT ya­radılanda, daha doğrusu, həmin təşkilatın sülhməramlı qüvvələri formalaşdırılanda o qüvvələrin İkinci dünya müharibəsində qalib gəlmiş ölkələrin nizami hərbçilərin­dən təşkil edilməsi müəyyənləşdirilmişdi. Ermənistan ordusu isə hələ kapitulyasiya sənədinə qol çəkmiş və ümumi hərbçilərin 25 faizinin fərarilik etdiyi silahlı qüvvələr damğası altında fəaliyyət göstərir. Burada hansı nizami ordudan söhbət gedə bilər? 

Yəni xoruzun quyruğu hamının gözü­nün qabağındadır. Uzaq-uzaq ölkələrdən gələn qoca-qoltuq missionerlər Azərbay­canın möhtəşəm qələbəsini həzm edə bilməyən siyasi dairələrin diktəsi ilə Ermə­nistanda min bir oyundan çıxırlar. Məqsəd bu işğalçı ölkədə hansısa təlim keçirmək yox, sadəcə olaraq, Ermənistanın ayağa qalxmasına kömək etmək, Azərbaycana hədə-qorxu gəlməkdir. 

Elə ona görə də Prezident İlham Əliyev son nitqlərindən birində xatırladıb ki, bu gün Azərbaycan xalqı bir yumruq kimi bir­ləşib: “Əlbəttə, bizə qarşı bundan sonra da ideoloji təxribatlar nəinki istisna deyil, bun­lar qaçılmazdır və biz bunu, demək olar ki, gündəlik həyatda görürük. Bizim işimizə kölgə salmaq, bizi diskriminasiyaya uğ­ratmaq, Azərbaycan haqqında əsassız və yalançı, mənfi imic yaratmaq – biz bütün bunları gündəlik həyatda görürük, Azər­baycan xalqı görür və bundan hiddətlənir”.

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

İttifaq MİRZƏBƏYLİ