USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Paşinyan və hayların konstitusiya “azarı”

Referendum erməni cəmiyyətini sağaldacaqmı?


https://img.baki-baku.az/news/2024/07/photo_13244.jpg

Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin yeni konstitusiyaya ehtiyacının olduğunu bildirib. Əslində, Nikolun bu barədə söz açması ilk dəfə deyil. O, əvvəllər də bu barədə danışmışdı. İndi onun nələri dilə gətirdiyinə diqqət yetirəcəyik. Nəzərə alaq ki, erməni baş nazir bu dəfə fikirlərini ölkəsinin konstitusiya günü ilə bağlı müraciətində deyib. Yəni, mövzunu tam zamanında qabardıb. 

Əvvəlcə onu bildirək ki, Ermənistan konstitusiyası “İstiqlaliyyət bəyannamə­si” adlanan sənədə istinad edir. Həmin sənəddə Azərbaycana və Türkiyəyə əra­zi iddiası yer alıb. Ölkəmiz məhz buna qarşıdır və məsələ heç də başqa dövlə­tin daxili işlərinə qarışmaq kontekstində qiymətləndirilə bilməz. Rəsmi Bakı, ilk növbədə, sülh üçün təminat istəyir. Ça­lışır ki, İrəvanın sülhə razılığı maksimum dərəcədə səmimi olsun. Yəni Ermənis­tanın barışa doğru can atdığı özünü real addımlarda göstərsin. Bu, həm də ölkə­nin gələcəkdə işğalçılıq niyyətinə düş­məyəcəyi sözünü verməsini nəzərdə tu­tur. Təbii ki, tam təminatdan söhbət gedə bilməz. Eləcə də erməni qövmünün öz sözünü tutacağı ağlabatan deyil. 

Əlbəttə, necə deyərlər, başı daş­dan-daşa dəymiş Ermənistan rəhbər­liyində təmsil olunanlar Azərbaycanın sülh yolundakı tələbini – konstitusiya dəyişikliyini geri çevirməyin mümkünsüz­lüyünü hər kəsdən daha yaxşı anlayırlar. Bu mənada Paşinyan liderdir. Ancaq in­diki halda o, dəyişiklik zərurətini bilava­sitə Bakının sülh şərtini yerinə yetirmək kontekstində təqdim etmir. Buna, müəy­yən mənada, təbii yanaşmaq lazımdır. Çünki Ermənistandakı revanşist-şovinist kəsimin Nikolu və komandasını Bakının qarşısında aciz qələmə verib xal qazan­mağa, iqtidarı gözdən salmağa çalışdığı məlumdur. 

Bəli, N.Paşinyan bildirir ki, hazırkı konstitusiya vətəndaşlar arasında cid­di sosial-psixoloji gərginlik yaradır. Sən demə, Ermənistan vətəndaşları ona ha­kim elitanın yaratdığı və həyata keçirdiyi sənəd kimi baxırlarmış. Göründüyü kimi, Nikol 44 günlük müharibədən sonra ölkə­sində yaranmış acınacaqlı duruma görə “sabiqləri” günahlandırdığı kimi, yenə də söhbəti onların ittihamı üzərində qurur. Demək istəyir ki, vaxtilə Sarkisyan-Koçar­yan rejimini ayaqda tutmuş konstitusiya xalqın iradəsinin məhsulu sayıla bilməz. 

Belə çıxır ki, xalq köhnə rejimi devir­diyi kimi, onun ana qanununu da sıradan çıxarmalıdır. Ancaq bu zaman suallar yaranır: Paşinyan hansı əsasda hakimiy­yətə gəlib? Məgər onun iqtidara yiyələn­məsi konstitusyon quruluşun şərtlərinə uyğun gerçəkləşməyibmi? Sualları açıq saxlayaq və görək Nikol fikrini əsaslan­dırmaq üçün daha hansı məqamları qa­bardıb. 

Erməni baş nazir yarımçıq bildiyi fəlsəfəni işə salaraq qeyd edib ki, əsas problem təkcə konstitusiyada yazılan­larda deyil, həm də sənədin necə qəbul edilməsindədir. Onun sözlərinə görə, Er­mənistana xalqın özününkü hesab edə­cəyi, insanların xalq–dövlət, dövlət–xalq münasibətləri haqqında fikirlərini əks et­dirən yeni konstitusiya lazımdır. Yenə də belə çıxa bilər ki, xalq anlamadığı kons­titusiyaya əsaslanaraq, Paşinyanın ha­kimiyyətə yiyələnməsinə şərait yaradıb. Olsun, bir söz demirik. Ancaq Paşinyanın vurğuladığı başqadır. 

Ermənistan baş naziri yaxşı bilir ki, xalq “ekslərə” nifrət bəsləyir. Ona görə də konstitusiya dəyişikliyinə zərurəti həmin nifrət havasının notlarına kökləmək yolu­nu tutur. Əslində, ən optimal variant elə budur. Ancaq hər bir halda Nikol müqa­vimət də formalaşdırmalıdır və formalaş­dırır. Bir növ, qabaqdangəlmişlik edir və deyir ki, yeni konstitusiya məsələsi tez-tez spekulyasiya predmetinə çevrilir. Heç şübhəsiz, o, müxaliflərin dəyişikliyi Azər­baycanın istəyi kimi göstərmək niyyətinə qarşı müqavimət yaradır və vurğulayır ki, ölkədə institusional, psixoloji və fiziki sa­bitliyin möhkəmləndirilməsi istiqamətində işi davam etdirmək lazımdır. 

Göründüyü kimi, N.Paşinyan möv­zunu geniş götürür. Onun “institusional, psixoloji və fiziki sabitliyin möhkəmləndi­rilməsi istiqamətində iş” məntiqi bundan irəli gəlir. 

Məsələ barədə onu deyək ki, erməni cəmiyyəti mahiyyətcə xəstə durumdadır. Xəstəliyin ən böyük simptomu isə ərazi iddiasında olmaqdır. Bu iddianın nəticə­sidir ki, hazırda erməni toplumu, bir növ, aqoniya vəziyyətindədir. Mövcud durum reallıqların dərkini çətinləşdirir, müvafiq olaraq şovinist və revanşist ideyaların vüsət alması üçün münbit zəmin forma­laşdırır. 

Deməli, erməni cəmiyyəti köhnə ste­reotiplərdən qurtulmalıdır. Bunun üçün isə ortaya əzm və iradə qoyulmalıdır. Nəzərə alsaq ki, yeni konstitusiya referendum yolu ilə qəbul olunacaq, cəmiyyət bu suala cavab verməlidir: Qonşularımızla normal yaşamaq istəyirik, yoxsa yox? 

Suala məntiqi və düzgün cavabın ve­rilməsindən Ermənistanın bir dövlət kimi gələcəkdə var olub-olmayacağı asılıdır. Görünür, elə buna görədir ki, Paşinyan daha bir məntiqi - “real Ermənistan” xalqının maraqları”nı qabardır, dolayısı ilə başından yuxarı hoppanmağın düz­gün olmadığına dair mesaj verir. Nəzərə alaq ki, Nikol əvvəllər də belə mesajlar verib. Məsələn, ölkənin ictimai televiziya­sının efirinə çıxış edərkən, gedilən yolda qəzəbli öküzlərin mövcudluğu səbəbin­dən nənəsinin tikdiyi qırmızı paltarı çıxar­mağın zəruriliyini əsaslandırıb. 

Deyə bilmərik ki, Paşinyan sırf kons­titusiya dəyişikliyi məsələsində nənəsi ilə bağlı nələrdənsə söz açacaq ya yox, ancaq onun yeni əsas qanun təşəbbüsü­nü pozitiv qiymətləndirmək mümkündür. Ancaq, necə deyərlər, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Son illər Nikolun konstitusiya dəyişikliyi avazı yaxşı gəlir, amma ortada nəticə yoxdur. Vaxtilə Qa­rabağ məsələsində də belə idi. Paşinyan Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü və suverenliyini tanıdı­ğını bəyan edirdi, ancaq bölgədə ermə­ni silahlıları qalırdı. O silahlılar ərazidən ölkəmizin gerçəkləşdirdiyi lokal xarakterli antiterror tədbirləri ilə çıxarıldı. Yəni güc yolu ilə uzaqlaşdırıldılar. 

Erməni xəstəliyindən söz düşmüş­kən, deyək ki, bu xəstəlik daşıyıcılarının qəbul etdikləri yalnız bir yol var – güc yolu.

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

Əvəz RÜSTƏMOV