USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Samvel “dərd”ini narkotiklə dağıdır?


https://img.baki-baku.az/news/2024/07/photo_13227.jpg

Bu ermənilərdən nə desəniz gözləmək olar. Onların rahat və təminatlı yaşayış üçün dünyanın istənilən nöqtəsini özlərinə vətən seçmələrindən tutmuş, pul qazanmaq üçün ağlagılməz üsullara əl atmalarına qədər hər şeyə getdikləri indi təkcə bizə deyil, bütün dünyaya bəllidir. Paxıllıq, yalan və ikiüzlülük, xəyanət və mərdiməzarlıq, çörəyi dizinin üstündə olmaq bunların boyuna biçilmiş etnik natamamlıq kompleksləridir. Və bu mərəzlərdən qurtulmaq bir ayın, üç ilin, on ilin də məsələsi deyil. Bu məqamda genetika elmi deyir ki, qanın yoluxucu viruslardan təmizlənməsi üçün azı iki nəsil dəyişməlidir. Yəni bunların murdarlanmış qanı bəlkə yüz ildən sonra mənfi test verə, ya verməyə... 

Deyəsən, Qarabağdakı separatçı rejimin sonuncu “qəhrəmanlarından” sayılan Samvel Şahramanyan da özünə yeni və asan qazanc mənbəyi tapıb. Xankəndidən İrəvana qaçan, özünü bu­raxmış separatçıların liderinin burada başına gəlməyən oyun qalmayıb. Ermə­nistan Daxili İşlər Nazirliyi əvvəlcə ona paytaxtın küçələrində eskortla hərəkət etməyi yasaqladı. Keçən ay Ermənistan DİN-in xüsusi təyinatlıları S.Şahraman­yanın qulluğunda duran xidməti avto­mobilini evakuatora yükləyib naməlum istiqamətə aparıblar. Doğrudur, həmin vaxt “dqr”in qaçqın liderinin avtomo­bilinin müsadirə olunmasının səbəbi açıqlanmamışdı. Hətta bununla bağlı istintaq komitəsi Şahramanyana heç bir yazılı arayış, yaxud məhkəmə qəra­rı təqdim etmədi. Sadəcə olaraq, onun nəzərinə çatdırıblar ki, avtomobili hansı­sa cinayət işi araşdırılması çərçivəsində müayinədən keçirilmək üçün götürülüb. 

Nəhayət, Hayastan istintaq komitə­si müsadirə ilə bağlı qaranlıq qalmış məsələyə aydınlıq gətirib. Hökumətin rəsmi qurumu Şahramanyanın nəzərinə çatdırıb ki, onun avtomobili narkotik­lərin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət işinin təhqiqatı çərçivəsində müsadirə edilib. Bu məlumatı istintaq komitəsinə istinadla “Sputnik Armenia” yayıb.

Hələ biz bu ilin fevralında Samvel Şahramanyanın mühafizəçisi Aşot Da­nielyanın Ermənistan hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı faktını az qala unutmuşduq. O zaman iki gün “kpz”də saxlanılandan sonra sərbəst buraxılan Danielyan narkotik vasitələri saxlamaqda və satmaqda şübhəli şəxs qismində dindirilmişdi.

Göründüyü kimi, Samvelin özü­nün və ətrafının başı qeylü-qaldadır. Xankəndidə müvəqqəti “xoşbəxt çağ­larını” yaşayan, Qarabağın erməni sa­kinlərindən qəsdən gizlədilmiş hər cür ərzaqla təmin edilən Şahramanyan indi düşdüyü miskin durumdan çıxış yolu­nu, deyəsən, narkotikaya qurşanmaqda görüb. Əgər belə deyilsə, onda kinoloq onun xidməti maşınından uyuşdurucu­nun izlərini necə tapıb? Deməli, fakt və sübutlar ona dəlalət edir ki, Qarabağ separatçılarının iradəsi zəif sonuncu li­deri düşdüyü bəladan canını qurtarmaq, “dərdini” unutmaq üçün narkotikaya qur­şanıb. 

İ.HƏSƏNQALA




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

İmran BƏDİRXANLI