USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

BMT Cenevrə Ofisinin rəhbəri Azərbaycana səfər edib


https://img.baki-baku.az/news/2024/07/photo_13215.jpg

BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru Tatyana Valovaya ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Heydər Əliyev Fondu ilə BMT arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, COP29 çərçivəsində iki qurumun birgə fəaliyyətinə dair layihələr müzakirə edilib.

Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un dünyada ekoloji problemlərin həlli baxımından uğurlu nəticələr verəcəyinə, bu tədbirin bəşəriyyət üçün yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə həmrəyliyi gücləndirmək, planetimizin gələcəyi üçün müsbət nəticələr əldə etmək istiqamətində növbəti addım olacağına əminlik ifadə olunub.

Qonaq daha sonra Heydər Əliyev Mərkəzində nümayiş etdirilən sərgilərlə tanış olub.




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

Daxili siyasət