USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Freedom House”un açıq qərəzi

Təşkilat hesabatını erməni mənbələrə istinadla hazırladığını etiraf edir


https://img.baki-baku.az/news/2024/07/photo_13187.jpg?v=MjAyNC0wNy0wNCAwOTo1NDowMA==

“Freedom House” Qarabağ mövzusu üzrə yeni hesabat ha­zırlayıb. “Dağlıq Qarabağda niyə ermənilər yoxdur?” başlığı ilə təq­dim edilən hesabat iyulun 1-də ictimailəşdirilib. Ənənəsinə sadiq qalaraq, təşkilat bu hesabatını da erməni lobbisinin tezislərinə uy­ğunlaşdırıb, qondarma faktlara is­tinad etməklə Azərbaycanın adını ləkələməyə çalışıb. 

Amma ənənəvi metodologiya və te­zislər əsasında hazırlanmasına baxma­yaraq, indiki hesabatda bəzi “yeniliklər” edilib. Həmin “yeniliklərin” motivini araş­dırmaqla, hesabatın mahiyyətini açmaq mümkündür. 

Diqqət çəkən budur ki, “Freedom House” bu hesabatını qeyri-ənənəvi təq­vimdə yayıb. Faktdır ki, təşkilat öz hesa­batlarını adətən, hər ilin başlanğıcında–yanvar ayı ilə aprel aralığında dərc edir. “Dünyada azadlıqlar” adı ilə yayımlanan hesabatlarında əvvəlki ildə qeydə alınmış proseslərin şərhini verir, özünün qiymət­ləndirməsini təqdim edir. Bir qayda ola­raq, Azərbaycan və Qarabağ mövzusuna da həmin hesabatların tərkibində yer ve­rir. İndiki hesabat isə əlahiddə hazırlanıb. Təşkilatın açıqlamasında da qeyd olunub ki, “Dağlıq Qarabağda niyə ermənilər yoxdur?” hesabatı məxsusi hazırlanıb, “Special report” kateqoriyası üzrə təqdim olunub (https://freedomhouse.org/report/special-report/2024/why-are-there-no-ar­menians-nagorno-karabakh). Hansı zə­rurət vadar edib ki, “Freedom House” indiki məqamda Qarabağ mövzusunda xüsusi hesabat yayımlayıb? 

Diqqət çəkən ikinci nüans budur ki, bu hesabatda qondarma faktlara limitsiz dərəcədə istinad olunub. “Freedom Hou­se” iddia edir ki, guya Azərbaycan Silahlı Qüvvələri 2023-cü il sentyabrın 19-da Qarabağın ermənilər məskunlaşan əra­zilərində hərbi əməliyyatlar keçirərkən, 229 nəfər həlak olub: “Bunlardan 34 nəfəri mülki şəxs olmaqla, 5 nəfəri uşaq­dır”. Təşkilat bununla kifayətlənməyərək, daha da irəli gedir və bildirir ki, guya əməliyyatlar zamanı öldürülmüş şəxslər­dən 14 nəfərin meyiti üzərində təhqiredici əlamətlər, işgəncə izləri tapılıb. Əsaslan­dırmağa çalışır ki, guya mülki ermənilər Qarabağdan təhlükəsiz formada getmə­yiblər, zorakılıqdan qurtarmaq üçün qa­çıblar.

Məsələ ondadır ki, “Freedom Hou­se” bu iddiaları sübuta yetirəcək heç bir sənədli fakt təqdim etməyib. Nə ad, nə soyad, nə də foto/video görüntülər yoxdur. Əgər 14 nəfər Qarabağ sakini işgəncəyə məruz qalaraq öldürülübsə, onlardan heç olmasa bir nəfərin ad/so­yadını, şəklini, ən azı Qarabağ sakini olması barədə sənədlərini təqdim etmək olmazdımı? Təqdim edilməyibsə, deməli bu faktlar mövcud deyil. Hansı ki, bey­nəlxalq təşkilatların hesabatlarında ciddi­liyi artıran əsas meyar fakt və sübutlara istinad edilməsidir. 

“Freedom House” sübutların yoxlu­ğu üzərindən sükutla keçir. Məsuliyyəti özünün istinad etdiyi mənbələrin üzərinə yıxır. Təqdimat bölümündə qeyd edir ki, son hesabat bir sıra digər təşkilatla­rın rəyləri əsasında tərtib edilib. Həmin təşkilatların adları da çəkilir. Bəlli olur ki, “Freedom House” “Dağlıq Qarabağ­da niyə ermənilər yoxdur?” hesabatını hazırlayarkən, mənbə qismində “İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq”, “Demokratiyanın İnkişafı Fondu”, “Hel­sinki Vətəndaş Assambleyası” və bir sıra digər qurumların rəylərinə əsaslanıb. 

Əslində, bu açıqlamanın özü də qü­surludur. Beynəlxalq təşkilat hansısa digər təşkilatın nə deməsinə yox, əlində olan fakt və sənədlərə istinad etməlidir. “Freedom House” isə bu prinsipi pozub. Əlavə olaraq, bu qeydi ilə daha bir yanlı­şının üstünü açıb. 

Problem ondadır ki, “Freedom Hou­se” adıçəkilən təşkilatların ümimi hesa­batlarına deyil, onların Ermənistan üzrə filiallarının rəylərinə söykənib. Məsələn, hesabatın təqdimat bölümündə qeyd edi­lib ki, “faktların bir qismi “Helsinki Vətən­daş Assambleyası – Vanadzor”-dan alı­nıb”. Məlumat üçün bildirək ki, “Vanadzor qrupu” Beynəlxalq Helsinki Vətəndaş Assambleyasının” Ermənistan üzrə part­nyor təşkilatıdır. Eyni minvalla, digər bey­nəlxalq təşkilatların adları çəkilməklə, on­ların Ermənistan üzrə filiallarına istinad edilib.Təbii ki, onlar da erməni xislətinə sadiq qalaraq, öz ideologiyalarına uyğun rəylər veriblər. Təqdimat bölümündə o da vurğulanır ki, “Anuş Bağdasarian hesa­batın bir neçə bölməsinin redaktə edil­məsinə mühüm töhfələr verib” (şəkil-1). 

Beləliklə, aydın olur ki, “Freedom House” sonuncu hesabatını erməni şə­bəkəsinin təkcə sifarişi ilə deyil, həm də ermənilərin birbaşa iştirakı ilə hazırlayıb. Hesabat hazırlanarkən Azərbaycanı təm­sil edən heç bir quruma istinad edilməyib. Münaqişədə tərəf olmuş icmalardan bi­rinə gen-bol yer ayırmaq, digərini isə gör­məzdən gəlmək nə qədər ədalətlidir? Bu metodla hazırlanmış hesabat nə qədər obyektiv ola bilər? “Freedom House” 30 il müddətində qaçqın, köçkün həyatı ya­şamış, təkcə işğala deyil, həm də işgən­cələrə məruz qalmış Qarabağın Azər­baycan icması barədə nə vaxt hesabat hazırlayacaq? Ümumiyyətlə Azərbaycan icmasını nə vaxtsa diqqətə alıbmı? 

“Freedom House” Azərbaycana qar­şı həmişə qərəzli olub. Hətta Qarabağ torpaqları işğal altında olan vaxtlarda da Ermənistanın mövqeyindən çıxış edib. İşğalın bitməsindən sonra isə Azərbay­cana qarşı bəyanatlarını sərtləşdirib və intensivləşdirib. Təkcə 2024-cü ilin 1-ci yarısında Qarabağ üzrə iki hesabat yayıb və hər iki hesabatda faktları sax­talaşdırıb (https://xalqqazeti.az/az/siya­set/168760-freedom-house-yene-faktla­ri-saxtalasdirdi). 

Amma sonuncu hesabatı daha radi­kaldır, daha qərəzli və müəmmalıdır. Əv­vəlki hesabatlarında qərəzini gizlətməyə çalışırdısa, sonuncuda açıq davranıb, bir­mənalı şəkildə ermənipərəst mövqe sər­giləyib. Səbəbləri tam aydın olmasa da, ehtimallar üçün əsas yaradan məqam­lar vardır. Çox aydın şəkildə görünür ki, ABŞ–Azərbaycan münasibətlərində is­tiləşmə meyli yaranan kimi, “Freedom House” və onun qismində olan təşkilatlar hərəkətə keçirlər. Münasibətləri pozmaq üçün təxribatlar törədirlər. Başa vurduğu­mu həftə içində ABŞ rəsmilərinin Azər­baycana səfərlərini, telefon danışıqlarını nəzərdən keçirməklə, “Freedom House” təşkilatının həyəcanlamasının səbəblə­rinə izah tapmaq mümkündür.

Müşfiq ƏLƏSGƏRLİ




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

Daxili siyasət