USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qərbin demokratiya anlayışı: ikili standartlar, ikili yanaşma- ARAŞDIRMA


https://img.baki-baku.az/news/2024/06/photo_12971.jpg

Yerləşdiyi coğrafiyada siyasi statusunu nəzərə almayan Ermənistan qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış etməkdə davam edir. İşğalçı dövlətin xarici siyasətində "sabun köpüyü" prinsipi də artıq səmərə vermir. Nəhayət bəzi dövlətlər gec də olsa başa düşüblər ki, Ermənistanın siyasi riyakarlığının heç bir məntiqi əsası yoxdur. Lakin buna baxmayaraq hələ də dünyanın güc mərkəzlərinin təsiri altında olan bəzi beynəlxalq təşkilatlar işğalçı dövlətin başını tumarlamaqda davam edirlər. Yürütdüyü geosiyasiətdə özünü yandıran Ermənistanda hazırda daxili siyasi böhran davam etməkdədir. Bütün regional və beynəlxalq layihələrdən təcrid olunmuş Ermənistan iqtisadi tənəzzül dövrünü yaşayır. Dövlətin var olması üçün vacib olan prinsiplərdən uzaq düşən Ermənistanda daxili çəkişmə kritik həddə çatıb. Ermənistanda bütün sahələrdə hökm sürən böhran daxildə ciddi gərginliyə səbəb olduğundan işğalçı ölkənin hər yerində etiraz aksiyaları davam edir. Mülki vətəndaşlardan tutmuş siyasi qüvvələrlərə qədər, parlamentdəki müxalifət fraksiyalar belə Paşinyan hökumətini fəaliyyətsizlikdə, həmçinin konstitusiyanı pozmaqda ittiham edir. Ermənistanın Baş naziri Nikol Paşinyanın istefa tələbi irəli sürüldükdən sonra isə vəziyyət daha da gərginləşib. "Vətən naminə Tavuş" hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanın başçılığı altında keçirilən mitinq və itaətsizlik aksiyalarında hər gün onlarla insan saxlanılır, polisin fiziki zorakılığına məruz qalır. Son günlər etiraz aksiyaları zamanı bəzi fəallara qarşı polisə müqavimət, yaxud zorakılığa çağırış ittihamı ilə cinayət işləri açılıb. Ermənistan polisi azyaşlı, qadın, yaşlı demədən bütün etirazçılara qarşı qeyri-proporsional güc tətbiq edir, bəzi hallarda isə xəsarət yetirir. Aksiyalarda müxalifət fəalları ilə yanaşı, adi vətəndaşlar, hüquq müdafiəçiləri və jurnalistlərə də polis tərəfindən zorakılıq edilir, bəziləri hətta saxlanılıb.
Məsələ orasındadır ki, ölkədə baş verənləri dünyaya demokratiya göstəriciləri kimi sırımağa çalışan Ermənistan hakimiyyəti etirazçılara qarşı zor tətbiq etməkdən belə vaz keçmir. Konkret olaraq hakimiyyət tərəfindən etiraz aksiyalarının iştirakçılarına qarşı zorakılıq törədilir, bu hadisələrin işıqlandırılması ilə məşğul olan jurnalistlərə isə təzyiq göstərilir. Daha acınacaqlı məqam ondan ibarətdir ki, "yuyulmamış çömçə" kimi ortalığa atılan, özünü demokratiya və insan hüquqlarının müdafiəçisi kimi təqdim edən beynəlxalq təşkilatlar nədənsə baş verənlərə biganə yanaşırlar. Xüsusən, Avropa təssisatları Ermənistanda insan hüquqlarının kobud şəkildə pozulmasına göz yumurlar. Ortada nə bir bəyənat, nə çağırış, nə də bir sanksiya yoxdur. Sanki, Avropanın "demokratik" institutları Ermənistanın qoruyucu mələyi timsalında çıxış edirlər. Beynəlxalq təşkilatlar hadisələrə o dərəcədə görməzdən yanaşırlar ki, hətta peşə fəaliyyətlərini yerinə yetirən jurnalistlərə qarşı törədilən zorakılığlara göz yumurlar. Aksiyanı dağıtmaq üçün polisin törətdiyi qanunsuz hərəkətlər heç kimi narahat etmir. Elə bu səbəbən də  xüsusi təyinatlı polis dəstəsi və post-patrul xidməti əməkdaşları vətəndaşların kütləvi həbsini həyata keçirirlər. Ümumilikdə  Ermənistanda müxalifət qüvvələrinin Paşinyan hakimiyyətinə qarşı etirazları polis zorakılığı, mediaya təzyiqlər və kütləvi həbslərlə müşahidə olunur. Birmənalı şəkildə qeyd edilməlidir ki, Ermənistan polisinin davranışları zorakılıq, aqressivlik və qəddarlığın nümunəsidir. Çox təəssüf ki, fəaliyyətləri dövründə ikili standartlardan çıxış edən "Human Rights Watch", "Amnesty İnternational", "Fredoom House" kimi özünü dünyanın əsas insan hüquqlarının müdafiəçisi elan edən təşkilatların, eləcə də beynəlxalq jurnalist təsisatlarının bunlara heç bir əsaslı reaksiya vermir. Ancaq, Cənubu Qafqazın digər respublikaları olan Azərbaycan və Gürcüstanda ən xırda pozuntular dərhal fakt kimi qeydə alınır, etiraz dolu bəyanatlar səsləndirilir. Məhz hadisələrə fərqli münasibət sözügedən təşkilatların ikili standartlardan çıxış etdiyini deməyə əsas verir. Bu isə Qərbin demokratiya anlayışının hansı səviyyədə olduğunun bariz nümunəsidir. 

Alim Hüseynli




Redaktorun seçimi

Ermənistan üçün “geosiyasi qazan”
  • Daxili siyasət
  • 11:44 24.07.2024
Ermənistan üçün “geosiyasi qazan”
İndi də üstümüzə Kennedi gəlir
  • Daxili siyasət
  • 11:36 24.07.2024
İndi də üstümüzə Kennedi gəlir
Bayden getdi, Harris gəldi
  • Dünya
  • 13:05 23.07.2024
Bayden getdi, Harris gəldi
Mina terroru erməni təcavüzünün davamıdır
  • Daxili siyasət
  • 12:31 23.07.2024
Mina terroru erməni təcavüzünün davamıdır
“Makroniada”nın növbəti seriyası
  • Siyasi təhlil
  • 10:43 20.07.2024
“Makroniada”nın növbəti seriyası

Daxili siyasət