USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Geosiyasi letargiya

Bütün dünya erməniləri, ayılın!


https://img.baki-baku.az/news/2024/06/photo_12922.jpg

Tarixdə bu cür hallar çox olub. Gözləmədiyi qəfil hadisədən, üzləşdiyi şok durumdan, aldığı küt zərbədən keçirdiyi dərin stress insan orqanizmində letargiya adlandırılan yuxulama ilə nəticələnə bilir. Tibb elmi bu təzahürün anatomiyasını hələ sona qədər aça bilməyib. Necə ki, yuxunun insanın beynində keçmişin, yoxsa gələcəyin ini­kası, ismarıcı olduğu barədə qəti qərara gəlməkdə çətinlik çəkir. 

Amerika Erməni Milli Komitəsinin (ANCA) icraçı direktoru Aram Hamparian gülməli bir açıqlama yayıb. ABŞ vətəndaşı olan Hampa­rian bunları deyib: “Konqres Ağ Ev adminis-trasiyasının uğursuz olduğu yerlərdə fəaliyyəti gücləndirməlidir. O, Azərbaycanı məsuliyyətə cəlb etməli, yeni təcavüzün qarşısını alma­lı və “beynəlxalq himayə altında” “Artsax”ın yerli xalqının təhlükəsiz və davamlı şəkildə öz “ata-baba yurduna qayıtmasını təmin etməli­dir”. Bax belə!..

İndi biz Aramı hansı dildə və nə üsulla başa salaq ki, rəngli letargik yuxusunda gör­düklərini gerçəklik kimi qəbul edib xam xəyal­lara dalmasın. Onun ABŞ Konqresini borclu çıxarmağa çalışması ilə işimiz yoxdur. Bəlkə orada hansısa konqresmenin Arama, yaxud ANCA-nın erməni zəngininə qaytara bilmədiyi borcu əmələ gəlib? Bununla işimiz yox, çün­ki şəxsi məsələdir, öz aralarında həll etsinlər. Amma, o ki qaldı, “Artsax” ermənilərinin “bey­nəlxalq himayə altında ata-baba yurduna qay­tarılması” məsələsinə, burada Hamparian əy­ləci basmalıdır. Sadəcə bu səbəbdən ki, o, bu məsələni, hətta yuxusunda birdəfəlik unutmalı olacaq. Çünki daha “artsax” filan yoxdur, ona görə ki, oradan özləri çıxıb gediblər. Məgər adam da özünün ata-baba yurdunu “dobro­volnı” tərk edər? Hə, az qala unutmuşduq, axı burada söhbət ermənilərdən gedir. Əgər Amerikada doğulub-böyümüş, beyninin “boz hüceyrələri” şovinizmlə suvarılmış Aram dedi­yimizdən bir şey kəsdirə bilmirsə, onda daha anlaşıqlı dildə başa salmağa çalışaq: Əgər Er­mənistanda bircə nəfər də olsun azərbaycanlı yoxdursa, nəyə görə Azərbaycanda erməni olmalıdır? 

Aram Hamparian “kepkasını” qarşısına qo­yub bu sualın cavabını axtarmağında olsun, biz letargik yuxuya getmiş başqa bir hayın – Qaqik Ambarsumyanın İrəvanın mərkəzində “ifraz etdiyi” dərin fəlsəfi mülahizələri ilə oxu­cularımızı tanış edək. Bu erməni Ermənis­tan DİN binasının qarşısında keçirilən etiraz aksiyalarında iştiraka görə həbs edilib. Onun məhkəmə qarşısındakı bəlağətli çıxışına ən istedadlı hay vəkil, lektor belə qibtə edərdi. Si­tat: “Hörmətli məhkəmə! Mən “Vətən naminə Tavuş” hərəkatında iştirak etmişəm, iştirak edirəm və bundan sonra da iştirak edəcəyəm”. 

Bu yerdə nəfəsinizi dərin və Qaqikin “emal etdiyi” ədəbi “şedevr”ə diqqət kəsilin: “Ona görə iştirak edəcəyəm ki, başınızın üstündə asılmış Ermənistan Respublikasının gerbin­dəki Ararat dağını aypara ilə əvəz etməsinlər”. 

Erməni “mücahidin” vətənpərvərlik pafosu­nu layiqincə qiymətləndirmək lazımdır. Amma ardınca yuxuda sayıqlayırmış kimi danışan Ambarsumyana qısa xatlrlatmaya ehtiyac yaranır. Gerbinizə rəsmini yamaq etdiyiniz o dağın adı Ararat yox, Ağrıdır. Ararat isə si­zin xarici işlər nazirinizin adıdır. Yəni hər şey bu qədər sadədir. Əslində, Qaqik aypara ilə bağlı maraqlı ideya vermiş oldu. Ağrıdağı yal­nız Türkiyənin ərazisindədir, hilal isə ayda bir dəfə hamının başının üstündə parlayan Ayın “cavanlığıdır”. Sadəcə, gözlərinizi ovuşdurub ayda bir dəfə səmaya tamaşa etməyiniz gərə­kir. Onda çox şeyin yuxudakından tamamilə fərqli olduğunun fərqinə varacaqsınız. 

Bunların hamısı, tibbin dili ilə desək, letar­gik yuxunun əlamətləridir. Özü də belə yuxu­dan əziyyət çəkən hayların sayı bir deyil, beş deyil, minlərlə, yüz minlərlədir. Odur ki, üzü­müzü okeanın o tayındakı Amerika Erməni Milli Komitəsinin timsalında bütün dünya er­mənilərinə tutub “Ayılın! Rəngli letargik yuxu­lardan real həyata, Yer üzünə qayıdın!” deyirik. 

Yazımızı statistik haşiyə ilə bitirmək istər­dik: Ginnesin rekordlar kitabına düşmüş, rəsmi qeyd olunmuş ən uzun letargik yuxuya getmə hadisəsi 1954-cü ildə 34 yaşlı Nadejda Artyo­movna Lebedina ilə baş verib. Həyat yoldaşı ilə qalmaqaldan sonra qadın aldığı güclü stres­sdən 20 illik yuxuya gedib və bir də 1974-cüildə ayılıb. 

İndi biz durub adı ruscadan tərcümədə Ümid kimi səslənən qadının taleyi ilə letar­gik yuxudan əziyyət çəkən hayların mərəzini müqayisə etmək fikrindən uzağıq. Sadəcə, yazdıq ki, bundan da xəbərləri olsun... 

İ.HƏSƏNQALA




Redaktorun seçimi

O`Braynın “sülh məntiqi”
  • Daxili siyasət
  • 10:04 14.06.2024
O`Braynın “sülh məntiqi”
İrəvanda ara qarışdı
  • Daxili siyasət
  • 09:42 13.06.2024
İrəvanda ara qarışdı
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
  • Daxili siyasət
  • 09:41 13.06.2024
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
Qurtuluşun dörd fəsli
  • Daxili siyasət
  • 09:37 13.06.2024
Qurtuluşun dörd fəsli
Makron despotizmi
  • Daxili siyasət
  • 09:35 13.06.2024
Makron despotizmi
Avantüristlərin “azadlıq nəğmələri”
  • Daxili siyasət
  • 09:30 13.06.2024
Avantüristlərin “azadlıq nəğmələri”
Fransanın məkri sərhəd tanımır
  • Daxili siyasət
  • 09:14 13.06.2024
Fransanın məkri sərhəd tanımır
Avropanın nizamı pozulur
  • Siyasi təhlil
  • 10:11 12.06.2024
Avropanın nizamı pozulur
Sülhün səmt küləyi
  • Daxili siyasət
  • 10:08 12.06.2024
Sülhün səmt küləyi

İmran BƏDİRXANLI