USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İrəvanın sülhə yolu konstitusiya dəyişikliyindən keçir

Ermənistan üçün presedentlər: Yaponiya, Almaniya, İtaliya, Fransa...


https://img.baki-baku.az/news/2024/06/photo_12921.jpg

Dövlətin sosial sistemindən asılı olmayaraq, hər bir konstitusiyanın müəyyən funksiyaları vardır. Buraya hüquqi, sosial, daxili və xarici siyasət, sistem­yaradıcı, təsisedici, səlahiyyətverici və mühafizəedici funksiyalar daxildir. Bu yazıda bizi maraqlandıran xarici siyasət funksiyasıdır ki, o da təkcə si­yasi həyatı ehtiva etmir, eyni zamanda dövlətin xarici siyasət fəaliyyətinin də əsasını təşkil edir. Bu, konstitusiyaya xarici siyasət və müdafiə ilə bağlı xüsusi fəsillərin daxil edilməsi ilə ifadə olunur. Ermənilər də belə ediblər, əsas qanunlarında xarici siyasətlə bağlı müəyyən prioritetləri yazıblar. Lakin bunu bütün beynəlxalq normaları pozaraq həyata keçiriblər. Yəni Ermənistan konstitusiyasına Azərbaycana qarşı torpaq iddiası irəli sürən maddə daxil etmiş “unikal” ölkədir. İrəvan Azərbaycan ilə sülh imzalamaq istəyirsə, əsas qanuna dəyişiklik etməlidir və dünya tarixində belə addım atmış bir çox ölkə var.

Ölkə konstitusiyasının xarici siyasət funksiyası həm də ondan ibarətdir ki, o, dövlətdən kənarda da mühüm infor­masiya mənbəyi rolunu oynayır. Kons­titusiya ictimai-siyasi quruluş və dövlət quruluşu haqqında təsəvvür yaradır. Konstitusiyada sosial-iqtisadi və siya­si sistemin hansı parametrlərinin təs­bit edildiyi ilə tanış olan xarici dünya ölkənin mümkün inkişaf perspektivləri haqqında təsəvvür əldə edir. Ermənis­tanın əsas qanunu isə bu baxımdan pis mənada fərqlənir. Qonşu ölkənin konstitusiyasında birbaşa olmasa da, istinad etdiyi İstiqlaliyyət Bəyannamə­sində həm Azərbaycana, həm də Tür­kiyəyə ərazi iddiası irəli sürür. Bunu erməni konstitusiyasının 1-ci maddə­sində ümumilli dəyərlərin mənbəyi kimi istinad edilən Ermənistanın “İstiqlaliy­yət Bəyannaməsi” də təsdiqləyir. Buna görə də, Azərbaycan bildirir ki, İrəvan konstitusiyasına dəyişiklik etməsə, sülh imzalanması mümkün olmayacaq. 

Bəs Ermənistan niyə dəyişiklik et­məyə tələsmir? Ermənilər rahat və uzunmüddətli davamlı sülh şəraitin­də yaşamaq və inkişaf etmək istə­yirlərsə, boş qürurlarını rəfə qoyub reallığa uyğun addım atmağa can at­malıdırlar. Münaqişədən sonrakı dövr-də konstitusiyanın dəyişdirilməsi adi bir təcrübədir və Ermənistan normal­laşma prosesini səmimi şəkildə təşviq etmək istəyirsə, qonşularına qarşı ərazi iddialarını konstitusiyasından çıxarma­lıdır. Məgər yaponlar ermənilərdən az qürurludurlar? 1947-ci ildə Yaponiya “Postmüharibə Konstitusiyası” olaraq adlandırılan, müharibədən imtina və fundamental insan hüquqlarının tə­minatı da daxil olmaqla, əhəmiyyətli dəyişikliklər edilən yeni konstitusiya qəbul etdi. 9-cu maddə ölkənin əsas qanununun “özəyini təşkil edir”: “Yapon xalqı beynəlxalq mübahisələrin həllində bir vasitə kimi millətin suveren hüququ olan müharibədən, həmçinin təhdid etməkdən və silahlı qüvvə tətbiqindən həmişəlik imtina edir”. Bununla yapon­lar ölkədə demokratik və qeyri-militarist təməllərin bərqərar olmasını bir daha təsbit etmişdilər.

Eyni sözləri Almaniya barədə də demək olar. İkinci Dünya müharibəsin­də milyonlarla insanın ölməsinə, minlər­lə şəhərin viran qalmasına məhz nasist Almaniyasının siyasəti səbəb olmuşdu. Bu qədər fəlakətin səbəbkarı olan al­manlar özlərində güc və iradə taparaq reallığın gözünə dik baxmağı bacardı­lar və zəruri hüquqi islahatlara getdilər. 1949-ci il mayın 23-də təntənəli iclasda Parlament Şurasının sədri Konrad Ade­nauer Almaniyanın Əsas Qanununun qüvvəyə mindiyini elan etdi. Bu hadisə Almaniya Federativ Respublikasının yaranması günü hesab olunur. Əsas Qanunun mətni elə ertəsi gün Almaniya Ədliyyə Nazirliyinin Federal qəzetində dərc olundu. Sənədin əsli bu gün Alma­niya Bundestaqında saxlanılır. Almanlar yeni konstitusiya qəbul etməklə işğalçı keçmişlərinə birdəfəlik “yox” demişdilər. 

İkinci Dünya müharibəsindən və faşizmin süqutundan sonra İtaliya da 1948-ci ildə yeni konstitusiya qəbul et­mişdi. Bu, Benito Mussolininin totalitar rejimindən demokratik və respublikaçı idarəetmə formasına əhəmiyyətli ke­çidini təsdiqləmişdi. Eyni yolu Cənubi Koreya da getmişdi. Belə ki, 1953-cüildə Koreya müharibəsi başa çatdıqdan sonra Seul 1963-cü ildə yeni konstitu­siya qəbul etmişdi. İkinci Dünya mü­haribəsindən sonra Fransada da yeni konstitusiya qəbul olunmuşdu. Aparte­idin sona çatmasından sonra Cənubi Afrika 1994-cü ildə müvəqqəti konstitu­siya, ardınca 1996-cı ildə yekun konsti­tusiya qəbul etmişdi. Bu, irqi cəhətdən təcrid olunmuş cəmiyyətdən demokratik və multikultural bir millətə əhəmiyyətli transformasiyanı təsdiqləmişdi.

Daha bir presedent 1998-ci il no­yabrın 19-da Böyük Britaniyada baş vermişdi. Ölkə parlamenti Şimali İrlan­diya aktını qəbul etmişdi. Həmin qanu­na əsasən 1920-ci il İrlandiya hökuməti haqqında və 1973-cü il Şimali İrlandiya Konstitisiyası haqqında qanunlar ləğv olunmuşdu və Britaniya ilə İrlandiya Respublikası arasında 1998-ci il aprelin 10-da əldə edilmiş Belfast razılaşma­sına əsasən yeni qaydaları müəyyən etmişdi. Şimali İrlandiyanın Konstitusi­yasının 2 və 3 maddələri çıxarılmışdı. İrlandiya Respublikasının Konstitusiya­sından Şimali İrlandiyaya ərazi iddiala­rını nəzərdə tutan maddələrin çıxarıl­ması təsbit olunmişdu. 

İndi Azərbaycan Ermənistan Kons­titusiyasından ona və Türkiyəyə qar­şı ərazi iddialarını aradan qaldırmağı tələb edir. Bakı davamlı sülhə gedən yolun boş bəyanatlardan deyil, bu sül­hə olan təhdidlərin aradan qaldırılma­sından keçdiyini bildirir. Ermənistan da yuxarıda sadalanan ölkələrin getdikləri yola çıxmalıdır, eyni addımları atmalıdır. Azərbaycan ərazilərində daşı-daş üstə qoymayan ermənilər keçmişə boylan­maq vərdişindən əl çəkməli və gələcəyə istiqamətlənmiş əməllərə üz tutmalıdır­lar. Bu əməl də qonşularına xoş münasi­bətin olduğunu de-yure təsdiqləməmək­dən ibarət olmalıdır. Əgər Ermənistan! həqiqətən də sülh imzalamaqda səmi­midirsə, münasibətləri birdəfəlik olaraq normallaşdırmaq istəyirsə, buna mane olan bütün maneələri aradan qaldır­malıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz gələcək nəsillərə Cənubi Qafqazda sülhü, sabitliyi miras qoymaq istəyirik. Əgər Ermənistan da bunu istə­yirsə, üzərinə düşən öhdəlikləri yerinə yetirməli, o cümlədən də konstitusiya­sında dəyişiklik etməlidir. 

S.ELAY




Redaktorun seçimi

O`Braynın “sülh məntiqi”
  • Daxili siyasət
  • 10:04 14.06.2024
O`Braynın “sülh məntiqi”
İrəvanda ara qarışdı
  • Daxili siyasət
  • 09:42 13.06.2024
İrəvanda ara qarışdı
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
  • Daxili siyasət
  • 09:41 13.06.2024
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
Qurtuluşun dörd fəsli
  • Daxili siyasət
  • 09:37 13.06.2024
Qurtuluşun dörd fəsli
Makron despotizmi
  • Daxili siyasət
  • 09:35 13.06.2024
Makron despotizmi
Avantüristlərin “azadlıq nəğmələri”
  • Daxili siyasət
  • 09:30 13.06.2024
Avantüristlərin “azadlıq nəğmələri”
Fransanın məkri sərhəd tanımır
  • Daxili siyasət
  • 09:14 13.06.2024
Fransanın məkri sərhəd tanımır
Avropanın nizamı pozulur
  • Siyasi təhlil
  • 10:11 12.06.2024
Avropanın nizamı pozulur
Sülhün səmt küləyi
  • Daxili siyasət
  • 10:08 12.06.2024
Sülhün səmt küləyi

Səbuhi MƏMMƏDOV