USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Xəzər sahillərindən Nil boyuna əməkdaşlıq körpüsü


https://img.baki-baku.az/news/2024/06/photo_12919.jpg

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 7-də Misir Ərəb Respublikasına rəsmi səfəri ilə ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açılıb. Bu səfərlə gələcəkdə yüksək səviyyədə olan əlaqələrin daha da inkişafının və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndiril­məsinin əsası qoyulub. İdman, elektrik və bərpaolunan enerji, informasi­ya-kommunikasiya texnologiyaları və digər istiqamətlərdə birgə fəaliyyətin dərinləşdirilməsi məqsədi daşıyan bir sıra sənədlərin imzalanması ilə Azərbaycan–Misir dostluğu daha da möhkəmlənib.

Qeyd edək ki, dövlətimizin başçısının Misir Ərəb Respublikasının Prezidenti ilə geniş tər­kibdə görüşündə Misirin COP27-yə, Azərbayca­nın isə COP29-a sədrlik etməsi vurğulanaraq iki ölkə arasında bu sahədə əməkdaşlıq və təcrü­bə mübadiləsinin aparılmasının zəruriliyi qeyd olunub. 

Xatırladaq ki, Misir 2 il əvvəl COP-a evsahib­liyi edib. Həmin tədbirdə iqlim dəyişikliyi sahə­sində bir çox əməkdaşlıq sahələri, məsələn, iqlimlə bağlı fəaliyyət üçün beynəlxalq ictima­iyyətdən maliyyənin necə səfərbər olunması ilə bağlı geniş müzakirə diqqət çəkib. Bununla bağlı Misirin beynəlxalq əməkdaşlıq naziri xa­nım Raniyə Əl Maşatın sözlərinə əsasən, ölkə­sinin COP-a evsahibliyi mühüm önəm daşıyıb: “Bu, əhəmiyyətli bir cəhətdir. Çünki bu, ekologi­yanı çirkləndirməyən ölkələrin nə qədər maliy­yəyə ehtiyac duyduqlarını, beynəlxalq əmək­daşlığın tələb olunduğunu nümayiş etdirmək imkanı yaradır ki, hamımız iqlimlə bağlı qlobal məqsədlərə cavab verə bilək. Misirdə bununla əlaqədar bir çox sahələrdə araşdırma aparı­lıb. Düşünürəm ki, bu, COP29 ilə davam edə­cək. İkincisi, araşdırmalarda ölkə platformaları diqqətdə saxlanılıb. Ölkə platformaları dedikdə isə burada dövlətin öhdəlikləri, iqlim fəaliyyəti ilə bağlı istədikləri vurğulanır və sonra ölkələ­rimiz üçün prioritet olan layihələrin həyata keçi­rilməsi ilə bağlı güzəştli maliyyənin alınmasına çalışılır. Beləliklə, beynəlxalq maliyyə qurumla­rı, çoxtərəfli inkişaf bankları ilə necə işləmək, məqsədlərə çata bilmək üçün birlikdə necə ça­lışmalı olduğumuz müəyyənləşdirilir”.

Prezidentlər İlham Əliyev və Əbdülfəttah əs-Sisinin geniş tərkibdə görüşlərində BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) vasitə­silə Dünya Şəhərsalma Forumuna Misirin bu il, respublikamızın isə 2026-cı ildə evsahibliyi edəcəyi nəzərə alınaraq, bu sahədə də təcrü­bə mübadiləsinin və birgə əməkdaşlığın önəmi vurğulanıb.

Bu məqamla bağlı qeyd edə bilərik ki, BMT-nin 2001-ci ildə qəbul olunan müvafiq qətnaməsinə əsasən, adıçəkilən forum iki ildən bir dünyanın şəhərsalma sahəsində ən nüfuzlu şəhərlərindən bi­rində keçirilir. Yəni söhbət urbanizasiya və şəhər inkişafının öyrənilməsi üçün ən böyük platformadan gedir.

Beləliklə, belə bir şərəfli tədbirə ev­sahibliyi etmək hüququ uğrunda mü­barizəyə dünyanın qabaqcıl ölkələrinin 10-dan çox şəhərinin qoşilması və pre­zidentlər İlham Əliyev və Əbdülfəttah əs-Sisinin qarşıya qoyduqları məqsəd – WUF13-ə evsahibliyi etmək hüququ uğ­runda yarışda qalib gəlmək heç də asan məsələ deyil. Amma Azərbaycan və Misir dövlətləri bir daha sübut ediblər ki, onlar qarşısına qoyulan məqsədlərə, hətta ən iddialılarına belə nail ola bilərlər.

Azərbaycan və Misir prezidentlərinin görüşündə ölkələrimiz arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, hökumətlərarası ko­missiyanın növbəti iclasının Misirdə ke­çiriləcəyi bildirilib. Azərbaycanın biznes nümayəndə heyətinin Misirə səfər etdiyi və müxtəlif sahələrdə əməkdaşlıq im­kanlarının hazırda nəzərdən keçirildiyi vurğulanıb. Həmçinin Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin imkanlarının artırılma­sı, Misirin Türkiyənin Mersin limanı va­sitəsilə bu xətdən yararlanaraq Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Şimal–Cənub Nəqliyyat Dəhlizi və bu xüsusda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb. 

Prezidentlər İlham Əliyev və Əbdül­fəttah əs-Sisinin mətbuata bəyanatla­rında da Misir–Azərbaycan əlaqələrinin inkişafı istiqamətində geniş danışılıb. Dövlətimizin başçısının bəyanatında ikitərəfli münasibətlərin bir sıra məqam­larına toxunulub. Ölkələrarası ticarət dövriyyəsinin bir neçə dəfə artmasına baxmayaraq bunun qaneedici olmadığı, lakin imzalanmış sənədlərin, əldə edilmiş razılaşmalarin bu istiqamətdə dönüş ya­radacağına ümid bəsləndiyi diqqətə çat­dırılıb. Ümumiyyətlə, yaxın perspektivdə iki ölkə arasında energetika, bərpaolu­nan enerji növlərinin istehsalı, neft səna­yesi, əczaçılıq, alüminium sənayesi və digər sahələrində yüksək nəticələr əldə ediləcəyi bildirilib. 

Ötən illər ərzində Azərbaycan Misirlə neft emalı sahəsində əməkdaşlıq etməyə başlayaraq İsgəndəriyyə neft emalı za­vodu və Midor müəssisəsinin neft təc­hizatını gerçəkləşdirib, ölkəyə kimya və metallurgiya sənayesi məhsulları ixrac edib. Misir məhsullarının respublikamı­za idxalına gəldikdə, bu, əsasən özünü daha çox tibbi ləvazimatlarla təminatda büruzə verib. Çünki bu ölkənin əczaçılıq sənayesi yüksək səviyyədə inkişaf edib, həm də həmin məhsulların qiyməti Azər­baycan vətəndaşları üçün əlverişli olub. 

İki ölkə rəhbəri arasında keçirilən görüşlərdə yeni nəqliyyat dəhlizləri ilə əlaqədar fikir mübadiləsi də aparılıb. Həm Şərq–Qərb, həm Şimal–Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisin­dən keçdiyi, buna görə də respublika­mızda bütün logistika infrastrukturunun yaradıldığı və beləliklə, nəqliyyat-logisti­ka sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açıldığı diqqətə çatdırılıb. 

Onu da deyək ki, Misir Ərəb Respub­likası Azərbaycanın müstəqilliyini tanı­dığı 1991-ci il dekabrın 26-dan etibarən iki ölkə arasında siyasi, sosial-iqtisadi əlaqələr davamlı olaraq inkişaf edib, ya­radılan hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək ko­missiyanın səmərəli fəaliyyəti nəticəsin­də əlaqələrin möhkəmlənməsi istiqamə­tində mühüm addımlar atılıb, 60-dan çox sənəd imzalanıb.

Hazırda respublikamızda ticarət, sə­naye və xidmət sahələrində Misir inves­tisiyalı 10-dan çox şirkət fəaliyyət göstə­rir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndi­rilməsi üçün davamlı tədbirlər həyata ke­çirilir, SOCAR Misirin Dövlət Neft Şirkə­ti ilə əməkdaşlıq edir. Əlaqələri turizm sahəsində də diqqət çəkir. Son illər ər­zində Misirdən ölkəmizə gələn turistlərin sayının 50 faiz artması da bu fikrin bariz ifadəsidir. Bundan başqa iki ölkə arasın­da bir sıra mühüm sosial layihələrin ger­çəkləşdirilməsi də xalqlarımızı bir-birinı daha da yaxınlaşdırır. 

Bütün bunlar onu göstərir ki, hazırda Azərbaycan-Misir münasibətləri yeni inki­şaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin inkişa­fı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişlən­dirilməsi baxımından mühüm imkanlar yaradır. Azərbaycan Prezidenti İlham Əli­yevin Misirə indiki rəsmi səfəri də ölkələ­rimiz arasında əməkdaşlığın dərinləşdiril­məsini və bu istiqamətdə yeni uğurların əldə edilməsini şərtləndirir. 

Göründüyü kimi, Misir ilə Azərbay­canın sıx əlaqələri var, iki ölkə arasında perspektivli əməkdaşlıq sahələri möv­cuddur. Bura infrastruktur, neft-qaz, İKT və əczaçılıq sahələri daxildir. Misir qar­şıdakı dövrdə bu sektorlarda daha sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyir. Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyir: 

– Son illər ərzində Azərbaycan–Misir arasında həyata keçirilən rəsmi səfərlər bu ölkələrin qarşılıqlı münasibətlərinin daha da güclənməsinə töhfə verib. Eyni zamanda hər iki dövlətin fərqlı bey­nəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq platforması formalaşıb və iqtisadi sahədə kifayət qədər ciddi poten­sial yaranıb. 

Azərbaycan–Misir arasındakı ticarət dövriyyəsində cüzi dəyişikliklər müşahi­də olunsa da, bu ildən etibarən iqtisadi əlaqələr ciddi şəkildə dərinləşib. Belə ki, 2022-ci ildə 16,2 milyon dollar olan xa­rici ticarət dövriyyəsi ötən il 13,6 milyon dollara bərabər olub. Cari ilin ilk rübündə ölkələr arasındakı ticarət dövriyyəsində kəskin artım qeydə alınıb.

Yalnız 2024-cü ilin yanvar–mart ay­larında Azərbaycan ilə Misir arasındakı ticarət dövriyyəsi 14,9 milyon dollara yüksəlib. Bu, o deməkdir ki, ölkələr ara­sındakı bu ilki rüblük dövriyyə ötən ilki ümumi dövriyyədən daha çox olub. Belə bir şərait isə münasibətlərin inkişaf dina­mikasını göstərir.

Aydındır ki, tərəflər arasında ticarət dövriyyəsinin artırılması üçün daha bö­yük potensial var. Azərbaycan Prezidenti İlham Əliyevin Misirə səfəri zamanı təşkil edilən görüş və müzakirələr də perspek­tivdə bu imkanlardan daha çox faydalan­mağa şərait yaradır. Bu baxımdan, Azər­baycan Prezidentinin Misirə səfəri ölkələr arasında münasibətlərin inkişafında yeni mərhələ olacaq.

Vaqif BAYRAMOV




Redaktorun seçimi

O`Braynın “sülh məntiqi”
  • Daxili siyasət
  • 10:04 14.06.2024
O`Braynın “sülh məntiqi”
İrəvanda ara qarışdı
  • Daxili siyasət
  • 09:42 13.06.2024
İrəvanda ara qarışdı
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
  • Daxili siyasət
  • 09:41 13.06.2024
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
Qurtuluşun dörd fəsli
  • Daxili siyasət
  • 09:37 13.06.2024
Qurtuluşun dörd fəsli
Makron despotizmi
  • Daxili siyasət
  • 09:35 13.06.2024
Makron despotizmi
Avantüristlərin “azadlıq nəğmələri”
  • Daxili siyasət
  • 09:30 13.06.2024
Avantüristlərin “azadlıq nəğmələri”
Fransanın məkri sərhəd tanımır
  • Daxili siyasət
  • 09:14 13.06.2024
Fransanın məkri sərhəd tanımır
Avropanın nizamı pozulur
  • Siyasi təhlil
  • 10:11 12.06.2024
Avropanın nizamı pozulur
Sülhün səmt küləyi
  • Daxili siyasət
  • 10:08 12.06.2024
Sülhün səmt küləyi

Daxili siyasət