USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

XİN: Azərbaycan hər zaman olduğu kimi, beynəlxalq sülh və inkişafa öz töhfəsini verəcək


https://img.baki-baku.az/news/2024/06/photo_12888.jpg

Azərbaycan Respublikası 148 ölkənin səs çoxluğu ilə BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2025-2027-ci illər üzrə üzvlüyünə seçilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, ECOSOC üzvlüyünə seçkilər BMT Təhlükəsizlik Şurasından sonra ən rəqabətli seçkilər hesab olunur. Azərbaycan Respublikası indiyədək iki dəfə - 2003-2005-ci və 2017-2019-cu illərdə ECOSOC-un üzvü olub. Əlli dörd üzvü olan ECOSOC BMT-nin əsas orqanlarından biri olub, BMT-nin 14 ixtisaslaşmış təşkilatının, onların funksional komissiyalarının və 5 regional komissiyanın iqtisadi, sosial sahələrdə işini əlaqələndirir.

Qeyd olunub ki, BMT-nin İqtisadi və Sosial Şurası kimi mötəbər quruma Azərbaycanın belə yüksək səslə üzv seçilməsi ölkəmizin beynəlxalq nüfuzunun və sosial-iqtisadi sahədə son onillikdə əldə etdiyi nailiyyətlərə beynəlxalq ictimaiyyətin verdiyi yüksək qiymətin göstəricisidir.

Vurğulanıb ki, Azərbaycan Şuraya üzvlüyü dövründə hər zaman olduğu kimi, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq beynəlxalq sülh və inkişafa öz töhfəsini verəcək.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Daxili siyasət