USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rusiya “Antey”in qüdrətini rəmzləşdirib

Lakin o, Poseydonun “məğlubedilməz” oğluna bənzəmir


https://img.baki-baku.az/news/2024/06/photo_12860.jpg

Antey qədim yunan mifologiyasına görə dəniz allahı Poseydonun nəhəng oğlu idi. Onun ayağı torpağa dəyəndə (yəni, dənizdən kənara çıxanda) qarşısında heç kəs dayana bilməzdi. Dəniz allahının oğlu olsa da, torpaqdan güc alırdı. Məlum olduğu kimi, onun adı son iki əsrdə təkcə bizə məlum olan coğrafiyada bir sıra yeniliklərdə əbədiləşdirilib.

Məsələn, 1883-cü ildə memar Fyodr Şextel Moskvada inşa etdiyi yay teatrına “Antey” adı vermişdi. Sovet aviakonstruktorları nəhəng yük təy­yarəsini onun adıyla ( An-22) istehsal etmiş, rus sualtı qayıqlarının bir neçə­sinə, bataqlıqda və qarlı ərazilərdə irə­liləyə bilən ağır sovet texnikalarından birinə, Rusiya Hərbi Dəniz donanma­sının Belarusdakı rabitə qurğusuna və eləcə də, Yekaterinburqdakı işgüzar dairələrin ofisinin yerləşdiyi möcüzəli göydələnə də Antey adı verilmişdir. Bu siyahını uzatmaq da olar. Ancaq fikri­mizcə, ən maraqlı məqam “Antey” adlı xidmət itinə heykəl qoyulmasıdır.

Bəs “Antey” adlı it hansı xidmətlə­rinə görə bu ehtirama layiq görülmüş­dür? Xatırladaq ki, 1983-cü ildə SSRİ məkanında itə qoyulmuş ilk ehtiram kimi qəbul edilən bu heykəltaraşlıq nü­munəsi Novosibirsk şəhərindəki İnsk dəmir yolu stansiyasının yaxınlığında – Dəmir yolu nəqliyyatında dövlət mü­hafizəsi bölməsinin yanında qoyulmuş­dur. Söhbət SSRİ Yollar Nazirliyi siste­mində 13 il xidmət etmiş ( təlimçi İvan Litvinovun rəhbərliyi ilə) “Antey”adlı xidmət itinin sədaqətindən gedir. Təq­dimatda qeyd edilir ki, “Antey”in kömə­yi ilə 100 cinayətkar ifşa edilərək saxla­nılmış, 68 cinayət işinin üstü açılmışdır.

“Antey”n başının büst kimi hazır­landığı xatirə abidəsinin pyedestalında yazılır: “Sosialist əmlakının qorunması uğrunda gedən mübarizədə insanların sədaqətli dostu olmuş “Antey”ə”.

Sən demə, bu Antey Poseydonun oğlu olmasa da, “Raket” adlı itin oğlu imiş. O kinoloqların iştirak etdiyi müxtə­lif idman yarışlarında və sərgilərdə 18 mükafat qazanıbmış. Bu sədaqətli dördayaqlının xatirəsinin əbədiləşdiril­məsinin təşəbbüskarı isə Qərbi Sibir Dəmir Yolunun rəisi İvan Trubnikov ol­muşdur. 

İttifaq MİRZƏBƏYLİ




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

İttifaq MİRZƏBƏYLİ