USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ədliyyə naziri Türk Ədliyyə Təlim Şəbəkəsinə daxil olan ölkələrin nümayəndə heyəti ilə görüşüb


https://img.baki-baku.az/news/2024/06/photo_12836.jpg

Ədliyyə naziri Fərid Əhmədov “Türk Dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində ölkəmizdə səfərdə olan Türk Ədliyyə Təlim Şəbəkəsinə daxil olan ölkələrin nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, qonaqları salamlayan ədliyyə naziri onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Fərid Əhmədov ölkələr arasında hüquq tətbiqetmə sahəsində çoxtərəfli əməkdaşlığın daha da gücləndirilməsi üçün keçirilən konfransın rolunu yüksək qiymətləndirib.

Nazir, həmçinin ədliyyə sahəsində elmi istiqamətdə, eləcə də peşəkar kadrların hazırlanması üzrə əməkdaşlığın vacibliyini və bu sahədə ədliyyə akademiyalarının rolunun əhəmiyyətli olduğunu vurğulayıb. Fərid Əhmədov, ölkəmizdə Ədliyyə Akademiyasının fəaliyyətinin daha da inkişaf etdirilməsi istiqamətində işlər görüldüyünü, innovativ layihələrin icrasının nəzərdə tutulduğunu bildirib.

Görüşdə iştirak edən nümayəndə heyətinin üzvləri konfransın yüksək səviyyədə təşkil edildiyini və bu konfransın qardaş türk dövlətləri arasında təcrübə mübadiləsinin həyata keçirilməsi üçün vacib platforma olduğunu qeyd ediblər. Onlar hüquqi tətbiqetmə sahəsində çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin türk dövlətləri üçün gələcəkdə daha faydalı və səmərəli olacağını vurğulayıblar.

Görüşdən sonra nümayəndə heyəti nazirlikdə ədliyyə tarixinə həsr olunan muzeylə tanış olublar.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Daxili siyasət