USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

QHT sədri: ABŞ konqresmenləri erməni diasporunun təsiri ilə addım atıblar


https://img.baki-baku.az/news/2024/06/photo_12785.jpg

Məlum olduğu kimi, ABŞ Konqresinin 26 nəfərlik heyəti ABŞ Dövlət katibi Antoni Blinkenə və bu ölkənin Prezidentinin baş müşaviri John Podestaya məktubla müraciət edərək, COP29-un Azərbaycanda keçirilməsini əsassız adlandırıblar. Həmçinin tədbirin ölkəmizdə keçirilməməsini təklif ediblər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov söyləyib.

O xatırladıb ki, cari ilin əvvəlində Antoni Blinken Prezident İlham Əliyevə zəngində COP29-un Azərbaycanda keçirilməsini yüksək dəyərləndirmiş və əməkdaşlıqdan məmnunluq ifadə olunmuşdu. Həmçinin Prezident Cozef Bayden dövlətimizin başçısını Müstəqillik Günü münasibətilə təbrikində COP29 çərçivəsində Azərbaycana dəstək verməyə hazır olduğunu demişdi.

“Bu baxımdan məlum olur ki, 26 konqresmen ABŞ-da fəaliyyət göstərən erməni diasporu və Azərbaycanı sevməyən digər qüvvələrin təsiri altında bu addımı atıb.

Konqresmenlərin atdığı addımlar COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı heç nəyi dəyişmir, qərar artıq qəbul olunub. Çünki Azərbaycan COP28 tədbirində 100-dən çox dövlətin, hətta münaqişədən yeni çıxmış olsa da, Ermənistanın dəstəyini alaraq mötəbər tədbirin Azərbaycanda keçirilməsinə nail oldu. Bu da ölkəmizin beynəlxalq müstəvidə əldə etdiyi uğurların və nüfuzunun artmasının nəticəsidir”, - deyə QHT sədri vurğulayıb.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Daxili siyasət