USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın Mingəçevirdə iclası keçirilib


https://img.baki-baku.az/news/2024/05/photo_12657.jpg

Məlum olduğu kimi, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə dövlətimizin başçısının 2020-ci il 15 aprel tarixli Sərəncamı ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Komissiya yaradılıb.

Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın Katibliyindən  bildiriblər ki, mayın 27-də Komissiyanın sədri Şahin Mustafayevin rəhbərliyi ilə müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət heyət Mingəçevir su anbarında cari vəziyyətlə yerində tanış olub, daha sonra Komissiyanın iclası keçirilib.

Qeyd edək ki, su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın fəaliyyəti çərçivəsində ölkədə əsas su anbarlarının iş rejimlərinə ciddi nəzarət olunmaqla, su ehtiyatlarından içməli su təchizatı, suvarma, energetika və digər məqsədlər baxımından planlı, koordinasiyalı və optimal istifadə istiqamətində mütəmadi zəruri tədbirlər həyata keçirilir.

Bu baxımdan diqqət yetirilən əsas istiqamətlərdən birini də Kür çayı üzərində yerləşən kaskad tipli Şəmkir-Yenikənd-Mingəçevir-Varvara su anbarları kompleksi təşkil edir.

Son vaxtlar Kür çayında su ehtiyatlarının artması ilə bağlı qeyd edilməlidir ki, illər üzrə çoxsulu və azsulu fazalar, habelə gursulu dövrlər nəzərə alınmaqla çoxillik tənzimləmə prinsipi çərçivəsində sözügedən su anbarlarında suyun həcmi gündəlik nəzarətdə saxlanılmaqla operativ qaydada və optimal səviyyədə tənzimlənir.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Daxili siyasət