USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Kostanın ermənipərəstliyi və Blinkenin Cənubi Qafqazda sülh məntiqi

ABŞ Dövlət katibinin konqresmenə cavabı nə oldu?


https://img.baki-baku.az/news/2024/05/photo_12625.jpg?v=MjAyNC0wNS0yNSAxMjo0NTo1OQ==

ABŞ-da bəzi konqresmenlərin aşkar ermənipərəst mövqe tut­maları, Azərbaycana qarşı qərəz­li fikirlər səsləndirmələri adi hal alıb. Artıq bu məsələdə baş verən­lərə bir o qədər təəccüblənmirik. Görünür, Birləşmiş Ştatlardakı erməni lobbi və diaspor təşkilat­larının dirijor çubuğu ilə hərəkətə gələnlərin kökü kəsilməyəcək. Elə konqresmen Cim Kosta da belələ­rindəndir. Ancaq adamın kökü kə­silmirsə, kələyini kəsək. Hərçənd, bu kəsimin müvəqqətiliyini də bi­lirik. 

Əslində, Kosta ənənəvi anti-Azərbay­can xətti yürüdən Bill Kesedi kimilərin sırasında təzəcə qərarlaşıb. Ola bilər, “marafona” yeni qoşulub. Qoşulan kimi də ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenlə söz güləşdirmək fikrinə düşüb. Yazımızda Kostanın dövlət kati­binə nə dediyini və hansı cavabı aldığını diqqətə çatdıracağıq. Hələlik isə konq­resmenin daha əvvəl nələri bildirdiklərin­dən söz açaq. 

Beləliklə, C.Kosta ABŞ dövlətini itti­ham edərək soruşub ki, nə üçün Vaşinq­ton “Ermənistanla bir çox razılaşmaları pozan zaman” Azərbaycan üzərindəki təsir rıçaqlarından istifadə etməyib? Yeri gəlmişkən, Kosta bu sualı Konqresin Nü­mayəndələr Palatasının xarici əlaqələr komitəsinin dinləmələrində səsləndirib. O dinləmələrdə ki, orada Blinken də iş­tirak edirdi. 

“Düşünmürəm ki, biz Azərbaycan Ermənistanla bir çox razılaşmaları po­zarkən, ona təsirimizdən istifadə etməmi­şik. Onlarla müdafiə müqaviləsini nəzərdə tuturam. Hesab edirəm ki, Azərbaycanın etdikləri qınaq obyektidir”, - deyə Kosta sərsəmləyib. Lakin konqresmenin cəfəng fikirləri yalnız bundan ibarət olmayıb. O, dünya ermənipərəstlərinin ənənəvi an­ti-Azərbaycan təbliğatındakı motivləri gündəmə gətirib. Məsələn deyib ki, Bakı Qarabağda etnik təmizləmə aparıb. Ən əsasi isə Kosta vəziyyəti dramatik tərzdə təqdim edib. Sən demə, Azərbaycanın Qarabağın köklü əhalisi olan ermənilərə qarşı etdikləri bütün mənəviyyat ideyala­rından kənara çıxırmış... 

Klassik bir deyim var ki, ABŞ-da birinci qanunlar yaranıb, sonra ona uyğun əxlaq formalaşıb. Bu deyim qanunların mental stereotiplər qarşısında güclü xarakterə malikliyinin göstəricisidir. Yəni, əxlaq fər­didir, qanunların yaratdığı durum isə icti­mai mahiyyət daşıyır. Deməli, Birləşmiş Ştatların seçkili hakimiyyətində təmsil olunan şəxslər də qanunların, o cüm­lədən beynəlxalq hüquq normalarının aliliyi prinsipinə söykənməlidirlər. Lakin indiki halda Kosta özünün ermənipərəst­liyə əsaslanmış siyasi əxlaqsızlığı ilə beynəlxalq hüquq normalarını, obrazlı desək, gilyotinə çəkməklə məşğuldur. Bu şəxsin “Qarabağın köklü əhalisi olan er­mənilər” ifadəsi isə sırf spekulyasiya yük­lü tərbiyəsizliyin bariz göstəricisidir. Yəni, bütün mənəviyyat normalarını aşan onun özüdür, ölkəmiz yox! 

Kosta nəzərə almır ki, Azərbaycan Qarabağ ermənilərini evlərindən qovma­yıb, ikincilər özləri belə bir qərarı qəbul ediblər. O qərarı ki, erməni avantürizminə perspektiv qazandırmaq mahiyyəti daşı­dığı aydındır. Bu “mahiyyətdə” ölkəmizin yurisdiksiyasını heçə saymaq cəhdlərinin mövcudluğunu da görmüşük. Yəni, Qa­rabağ erməniləri Azərbaycan vətəndaş­lığı ilə qəbullanmaq istəmədiklərindən, bölgədən uzaqlaşıblar. Gerçəklik budur. 

Konqresmen Kostanın aşkar ermə­nipərəst kurs götürdüyünü sübuta yetirən daha bir məqama diqqət yetirək. O deyib ki, Birləşmiş Ştatlar Qarabağdan didərgin düşmüş insanlara yardım üçün nəzərdə tutulan dəstəyi 15 milyon dollardan 65 milyon dollara yüksəldib. Sən demə, bu, az imiş. Niyə? Ona görə ki, Ermənistan hakimiyyəti əlavə 200 milyon dollar da tələb edibmiş. Ən əsası isə rəsmi İrəva­nın bu istəyinə görə Konqresin Erməni İşləri Komitəsi dövlət katibinə məktub göndəribmiş. Görünür, məktubun aqibə­ti məlum olmadığından, Kosta məsələ barədə Blinkendən açıq formada soruş­maq qərarına gəlib. 

Konqresin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsindəki dinləmələr­lə əlaqədar məlumatlarda Blinkenin Kostaya sözügedən məktub xüsusunda nələri dediyi məchuldur. Dövlət katibi konqresmenin cəfəngiyyatlarını ümumi tərzdə, xeyli dərəcədə konseptual nöq­teyi-nəzərdən yanaşaraq cavablandırıb. Deyib ki, baş verə biləcək ən yaxşı şey Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinə dair razılaşmadır. Döv­lət katibi bu razılaşmanın hər iki ölkəyə, bütövlükdə, regiona ən yaxşı təsirini göstərəcəyini bildirib. Kostanın əsl iste­riyası da Blinkenin diqqətə çatdırdığımız fikrindən sonra başlayıb. Konqresmen ali dövlət rəsmisi ilə mövqeyinin fərqli oldu­ğunu vurğulayıb: “Cənab dövlət katibi, düşünürəm ki, bizim bu məsələdə fərqli mövqelərimiz var. Mən Azərbaycana eti­bar etmirəm”.

İndi isə əvvəldə anons etdiyimiz kimi, A.Blinkenin Kostaya hansı cavabı ver­məsinə diqqət yetirək. Bu barədə söz açmazdan əvvəl deyək ki, dövlət kati­binin cavabındakı saymazyanalıq tonu onun Kostanın kimin sifarişlərini yerinə yetirməsindən xəbərdarlığının göstərici­sidir. Məlumdur ki, konqresmen ümumən Azərbaycana inanmamağın, ölkəmizi erməni avantürası üçün qurbana çevir­məyin tərəfdarıdır. Rəsmi Vaşinqton isə hazırda Cənubi Qafqaz siyasətində ra­sional davranır. ABŞ-da yaxşı bilirlər ki, regionda Azərbaycanın iradəsi mütləq şəkildə nəzərə alınmalıdır. Son dövrlər baş verən proseslər də bunun sübutudur. Yəni, heç bir halda ölkəmizə Ermənistan məsələsində nələrsə diktə edilə, hansı­sa ermənipərəst gündəm sırına bilməz. Rəsmi Bakı özündə bu kimi mənfi təma­yüllərə qarşı immuniteti çoxdan formalaş­dırıb və illər ərzində bu immunitet xeyli möhkəmlənib. Görünür, ermənipərəstliyə yenicə start vermiş Kostanın durumdan xəbəri yoxdur. Əslində, Blinkenin ona cavabındakı saymazyanalıq da ikincinin naşılığından qaynaqlanır. Dövlət katibi Birləşmiş Ştatların Azərbaycana inamını bircə cümlə ilə ifadə edib: “Bir zamanlar kiminsə dediyi kimi: güvən, amma yoxla”.

Sonda onu da deyək ki, Azərbaycan dünyada etimad qazanmış idarəçilik sisteminə malik dövlətdir. İndiki halda ölkəmizin yoxlanılmasına, özü də Kosta kimi saxta mahiyyətli ermənipərəstlərin sözlərinə görə təftişinə ehtiyac və zə­rurət əsla yoxdur. Heç şübhəsiz, cənab Blinkenə də bu həqiqət yaxşı bəllidir. An­caq o, sərsəm Kostanı başından eləmək üçün nə isə deməlidir və deyir də. Bizə isə ABŞ-a kostalarsız konqresmenlər ar­zulamaq qalır. Dedikləri və söylədikləri ilə Birləşmiş Ştatlara dünyada inam və etimad yaradacaq şəxsləri arzulamaq da həmçinin. Axı ölkənin hazırda belələrinin - mütərəqqi ruhlu, hadisə və proses­lərə real yanaşan, obyektiv münasibət göstərən tərəfsiz siyasət adamlarının az­lığından əziyyət çəkdiyi ortadadır. 

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

O`Braynın “sülh məntiqi”
  • Daxili siyasət
  • 10:04 14.06.2024
O`Braynın “sülh məntiqi”
İrəvanda ara qarışdı
  • Daxili siyasət
  • 09:42 13.06.2024
İrəvanda ara qarışdı
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
  • Daxili siyasət
  • 09:41 13.06.2024
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
Qurtuluşun dörd fəsli
  • Daxili siyasət
  • 09:37 13.06.2024
Qurtuluşun dörd fəsli
Makron despotizmi
  • Daxili siyasət
  • 09:35 13.06.2024
Makron despotizmi
Avantüristlərin “azadlıq nəğmələri”
  • Daxili siyasət
  • 09:30 13.06.2024
Avantüristlərin “azadlıq nəğmələri”
Fransanın məkri sərhəd tanımır
  • Daxili siyasət
  • 09:14 13.06.2024
Fransanın məkri sərhəd tanımır
Avropanın nizamı pozulur
  • Siyasi təhlil
  • 10:11 12.06.2024
Avropanın nizamı pozulur
Sülhün səmt küləyi
  • Daxili siyasət
  • 10:08 12.06.2024
Sülhün səmt küləyi

Əvəz RÜSTƏMOV