USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Möhtəşəm yüz gün


https://img.baki-baku.az/news/2024/05/photo_12622.jpg

İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı mənə öz dəstəyini göstərir. 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla dolu, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də oldu, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin 14 fevral 2024-cü il tarixli andiçmə mərasimindəki nitqindən

Bəli, “illər görməmişdik, bu illər kimi…” 1993-cü ilin yayında başlanan xi­lakarlıq missiyası, milli dövlətçili­yin qorunub saxlanılması cəhdlə­ri, ölkə daxilində sabitlik yaratmaq əzmi, beynəlxalq aləmdə gənc müstəqil dövlətimizə nüfuz qa­zandırmaq üçün atılan addımlar öz müsbət nəticələrini verdiyinə görə xalq 2003-cü ilin payızında da həmin siyasəti dəstəkləmiş və Heydər Əliyev strategiyasını da­vam etdirə biləcək şəxsə etimad göstərmişdi. Həmin siyasi eksper­tin indi az qala, 21 yaşı var. 

Ancaq Azərbaycan Prezidentinin, or­dumuzun və xalqımızın 2020-ci ilin pa­yızından sonra yaratdığı yeni reallıqlar, beynəlxalq aləmdə gedən ictimai-siyasi proseslərin sonu bilinməz axarı, ölkə­mizin regiondakı mövqeyi, dövlətimizin türk dünyasında, İslam aləmində forma­laşmış nüfuzu, COVID-19 pandemiyası dövründə həyata keçirdiyimiz tədbirlərin yaratdığı yeni reytinqimiz, xüsusən, döv­lət başçımızın əvvəlki andiçmələrdə vəd etdiyi bütün məram və məqsədlərin ger­çəkləşdirilməsi bizim yeni dövrə qədəm qoyduğumuzdan xəbər verirdi. Bəli, can­sız faktlar insan kimi danışır və deyirdi ki, yeni dövrün tələblərinə cavab verən daha qətiyyətli addımlar atılmalıdır. Həmin ad­dımların brincisi isə yeni prezident seç­kilərinin keçirilməsi idi. Dövlət bu addımı atdı və xalq iki onillik boyu uğurla yol yol­daşlığı etdiyi siyasi kursa və sınaqlardan alnıaçıq və üzüağ çıxmış liderinə növbəti dəfə səs verdi. 

Cənab Prezidentin bu ilin 14 fevralın­dakı andiçmə mərasimində dediyi kimi, onun 2003-cü ildə verdiyi bütün vədlər yerinə yetirilmişdir. Dövlət başçımız yenə də təvazökarlıq edərək xatırlatdı ki, əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azər­baycan xalqıdır, onun öz liderinə göstər­diyi inam, vahid amal ətrafında birləşmə bacarığıdır. Cənab Prezidentin fikrincə, biz, doğrudan da, bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi ol­madan və əsaslı şəkildə həll edirik.

Builki prezident seçkiləri ərəfəsində “ekspert”lərdən biri maraqlı arqumentlə çıxış etmişdi. Onun fikrincə, builki seç­kilərdən sonra reallaşdırılacaq elə bir tədbir yoxdur ki, son beş ildəki uğurla­rımızla müqayisə edilsin: “Onun ( İlham Əliyevin – İ.M.) əvvəlki illərdə verdiyi vədlərin hamısı yüksək səviyyədə yerinə yetirilmişdir. Xüsusən, ölkəmizin ərazi bütövlüyünün bərpasına, işğalçı dövlə­tin ordusunu darmadağın edərək lider­lərinin diz çökdürülməsinə nail olmuşuq. Şuşaya, Ağdama, Xankəndiyə, Xocalıya bayraq sancmışıq. Bunlardan böyük uğur təsəvvür etmək mümkün deyil. Ona görə də bizim 2024-cü il seçkilərindən son­ra nəzərəçarpacaq fəaliyyətimiz nədən ibarət olacaq?”

Soydaşımızın həmin arqumentini bayraq edənlər də tapılmışdı. Sadəlövh­cəsinə deyirdilər ki, bu seçkilərdən sonra nə işlə məşğul olacağıq, nəyə çatmağa çalışacağıq? Dövlət başçımız sanki o cür düşünənlərin olacağını bilirdi. Odur ki, seçkidən dərhal sonra, andiçmə mə­rasimində dedi ki, indi bizim qarşımızda daha böyük vəzifələr dayanır: “Növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngə­zurun bərpa edilməsidir. Deyə bilərəm ki, burada görülən işlər azad edilmiş torpaq­lara gələn hər bir qərəzsiz xarici qonağı valeh edir. Çünki bu dərəcədə dağıntı­lardan sonra bu sürətlə bərpa işlərinin aparılması, yəqin ki, tarixdə görünməmiş bir hadisədir. Onu da nəzərə almalıyıq ki, mənfur düşmən bizim ərazilərimizi mina­layıb və 300-dən çox insan artıq həyatını, ya da ki, öz sağlamlığını itirib. Əfsuslar olsun ki, biz hər həftə belə ağır xəbər­ləri eşidirik… Bütün bunlara baxmaya­raq, keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir. Bu günə qədər təxminən 5400 keç­miş köçkün artıq beş yaşayış məntəqə­sinə göndərilib, orada yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qə­dər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir”.

Yadımdadır, ulu öndər bir dəfə de­mişdi ki, müstəqilliyin qorunub saxla­nılması onu əldə etməkdən çətindir. Fikrimcə, həmin məntiqi işğaldan azad edilmiş torpaqlarımızın bərpasına, hə­min ərazilərə həyat gətirilməsinə, yeni şəhərlərin salınmasına, tamamilə da­ğıdılmış və ya yandırılmış infrastruktur layihələrinin icra edilməsinə, kənd və şəhərlərimizin sakinlərinin öz ata-baba yurdlarına qaytarılmasına tətbiq etsək, onda görərik ki, indiki dövrdə çatmalı olduğumuz məqsədlərin miqyası 2020-ci ildən əvvəlki məqsədlərdən heç də az deyil. Mən may ayının əvvəlində Füzuli və Şuşa şəhərlərində oldum və gördük­lərimə, sadəcə, mat qaldım. İlahi, bu re­gionda nə qədər tikinti-quruculuq işləri aparılır?

Etiraf etməliyik ki, Prezident İlham Əliyevin son 100 gündə həyata keçirdi­yi tədbirlər, reallaşdırdığı layihələr say­maqla qurtaran deyil. Onun uzaq xaricdə Azərbaycanın dostlarının çoxaldılması, yaxın qonşularımızla münasibətlərin nor­mallaşdırılması istiqamətində qazandığı uğurlar nəinki xalqımız, beynəlxalq aləm­dəki dostlarımız tərəfindən də alqışlanır. Ermənistanla sərhədlərin delimitasiya (müəyyənləşdirmə) və demarkasiya (sər­həd göstəricilərini tətbiq edilməsi) proses­lərinin aparılması, Qazaxın dörd kəndinin heç bir hərbi əməliyyat aparmadan və ya güc tətbiq etmədən Azərbaycana qaytarıl­ması, hələ də düşmən əlində qalan digər kəndlərimizin taleyinin həll edilməsi üçün danışıqların intensivləşdirilməsi son 100 günün uğurları sırasındadır. 

Ancaq mənə elə gəlir ki, son 100 gü­nün ən möhtəşəm uğurları sırasında cə­nub qonşumuz İran İslam Respublikası ilə münasibətlərin normal məcraya yönəl­dilməsi də var. Doğrudur, bəzi ekspertlər yazırlar ki, 44 günlük İkinci Qarabağ mü­haribəsi dövründə Ermənistana və Qa­rabağa yanacaq, silah-sursat göndərən Tehranın Azərbaycanla münasibətlərdə belə tezliklə kurs dəyişməsi beynəlxalq aləmdəki proseslərlə bağlıdır. Amma ya­nılırlar. Çünki beynəlxalq aləmdə gedən indiki proseslər 44 günlük müharibə döv­ründə də mövcud idi. Sadəcə, Prezident İlham Əliyevin sözünə və imzasına olan inam Tehranın haqq yoluna qayıtmasını təmin etmişdir. 

Xatırladaq ki, mayın 19-da Azərbay­can Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hid­roqovşağının istismara verilməsi və “Qız qalası” hidroqovşağının açılış mərasimi olmuş və orada çıxış edən İran lideri ol­duqca xoşməramlı fikirlər səsləndirmişdi: 

“Biz Qarabağın Azərbaycanın əra­zisi olduğunu səlis formada, tam açıq şəkildə bildirən ilk ölkələrdən biri olmu­şuq. Bu bölgədə, Qarabağda dirçəliş proqramı əsasında əməkdaşlığımızı hər zaman göstərməyə hazır olduğumuzu bir daha bildirmək istəyirəm. Kəlalə –Ağbənd bölgəsində 140 kilometr uzun­luğunda dəmir yolu və avtomobil yolu­nun üzərində tikilən körpülər də strateji layihələrdir. Bu layihəni biz çox sürətlə davam etdiririk. Buraya gələrkən mən oraya baş çəkdim. Orada altı istiqamət­də işlər çox intensiv şəkildə davam etdi­rilir. Mən əməkdaşlarıma və şəhərsalma nazirinə də təkidlə tapşırdım ki, biz bu layihəni vaxtından əvvəl - 36 aydan da tez bitirib istismara verməliyik. Çünki bu, iki ölkə arasındakı əlaqələrdə çox önəm­li bir dəhlizdir”.

Bundan başqa, fevral ayından sonra Azərbaycana səfər edən dövlət başçıla­rının sayı, Prezident İlham Əliyevin xarici səfərlərinin statistikası, COP29-a hazır­lıqla bağlı ölkəmizdə və xaricdə reallaş­dırılan tədbirlər sübut edir ki, yeni dövrdə dövlətimizin qarşısında duran vəzifələr qətiyyən əvvəlki illərdəkindən az deyil. 

Sonda xatırladaq ki, dövlət başçımız builki andiçmə mərasimindəki nitqinin sonunda demişdi: “Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbə­cərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xo­calıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla baş­layır. Əminəm ki, uğurla da davam edə­cək”. 

Mən isə həmin andiçmədən 100 gün keçəndən sonra əlavə edirəm: “Biz bu gün həm də Qazaxın Azərbaycana qaytarılmış kəndlərindəyik”. Əminəm ki, daha yüz gün keçəndən sonra bunlar­dan az əhəmiyyət kəsb etməyən növbəti uğurlarımızı qeyd edəcəyik. 

Növbəti dəfə qazandığınız möhtəşəm etimadın yüz günü mübarək, cənab Pre­zident. Siz bu xalqa son 20 ildə çox bö­yük töhfələr vermisiniz. Amma mən bilən, ən böyük töhfəniz “Dəmir yumruq”dur. Yumruğumuz həmişə təsirli olsun, İnşal­lah!

İ.QAÇAYEV




Redaktorun seçimi

O`Braynın “sülh məntiqi”
  • Daxili siyasət
  • 10:04 14.06.2024
O`Braynın “sülh məntiqi”
İrəvanda ara qarışdı
  • Daxili siyasət
  • 09:42 13.06.2024
İrəvanda ara qarışdı
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
  • Daxili siyasət
  • 09:41 13.06.2024
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
Qurtuluşun dörd fəsli
  • Daxili siyasət
  • 09:37 13.06.2024
Qurtuluşun dörd fəsli
Makron despotizmi
  • Daxili siyasət
  • 09:35 13.06.2024
Makron despotizmi
Avantüristlərin “azadlıq nəğmələri”
  • Daxili siyasət
  • 09:30 13.06.2024
Avantüristlərin “azadlıq nəğmələri”
Fransanın məkri sərhəd tanımır
  • Daxili siyasət
  • 09:14 13.06.2024
Fransanın məkri sərhəd tanımır
Avropanın nizamı pozulur
  • Siyasi təhlil
  • 10:11 12.06.2024
Avropanın nizamı pozulur
Sülhün səmt küləyi
  • Daxili siyasət
  • 10:08 12.06.2024
Sülhün səmt küləyi

Daxili siyasət