USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Cırtdan”ın spikerinə hörmətsizlik

Uislin Ermənistan parlamentindəki çıxışına sözardı


https://img.baki-baku.az/news/2024/05/photo_12571.jpg

Lüksemburq Deputatlar Palatasının sədri Klod Uisl Ermənistana gəlib və ölkənin parlamentində çıxış imkanı qazanıb. O, nitqində hansı cəfəng fikirləri dilə gətirib, bu barədə söz açacağıq. Ancaq əvvəlcə bir maraqlı məqamın üzərində dayanaq. 

Deməli, K.Uils çıxış edərkən Erməni milli assambleyasının müxalifətdən olan deputatları tam tərkibdə iclas zalından çıxıblar. Çox güman ki, bu səhnəni görən lüksemburqlu qonağın gözü bərələ qa­lıb. Amma yayılmış məlumatlarda onun düşdüyü durum barədə heç nə olmadı­ğından, məsələnin üzərində dayanmı­rıq. Sadəcə deyək ki, Ermənistan parla­mentinin revanşist-şovinist kəsimi böyük hersoqluq kimi adlandırılan ölkənin ali şəxsinə çox böyük hörmətsizlik göstərib. Amma, ona elə bu da azdır. Sonda bilə­cəksiniz niyə?

İkincisi, haqqında söz açdığımız hör­mətsizlik həm də ümumən erməni siyasi düşərgəsi daxilindəki ziddiyyətlərin nə­ticəsidir. Diqqət yetirək, K.Uisl prinsip­cə erməni avantürizmi üçün aktual olan məsələlərdən danışıb. Müxalif siyasilər isə hətta bunu da eşitmək istəməyiblər. Çünki qonaq sədr kollektiv Qərbi təmsil edir. Deməli, sözügedən avantürizmin re­allaşma yollarına dair fikir ayrılıqları son dərəcə ciddidir. 

Üçüncüsü, K.Uisl ümumən mənasız məsələləri gündəmə gətirib. Yəni, bu adama qulaq asmağa ehtiyac yoxdur. Ehtiyacın olmadığını isə erməni müxalif siyasilər öz əməlləri ilə sübuta yetiriblər. Yaxşı olar ki, Lüksemburqun Deputatlar Palatasının sədri durumdan nəticə çıxar­sın və bir daha Ermənistan parlamentin­də çıxış fikrinə düşməsin. Çünki onun dəstək kimi nəzərdə tutduğu tezislər bir­mənalı qarşılanmır. 

***

İndi isə lüksemburqlu spikerin sər­səmləmələrinə diqqət yetirək. Əslində, cırtdan ölkənin təmsilçisi çıxışında yeni bir söz deməyib. O, rəhbəri olduğu quru­mun təxminən bir həftə əvvəl Ermənista­na dəstəklə bağlı qəbul etdiyi qətnamədə yer alanları təkrarlayıb. Əlbəttə ki, söhbət anti-Azərbaycan mahiyyət daşıyan, sırf ermənipərəstliyə söykənmiş qərəzli te­zislərin təkrarlanmasından gedir. 

Ümumən, Lüksemburq Deputatlar Palatasının çıxardığı qətnamənin üzə­rində dayanmaq iki cəhətdən zəruri idi. Birincisi, sənəddə beynəlxalq aləmin erməniləri müdafiə trayektoriyasındakı ayrı-ayrı tezislər yer almışdı. Yəni, hazır­da Avropanın və dünyanın hansı ölkəsi, hansı beynəlxalq təşkilatı Ermənistanı müdafiə xarakterli qətnamə çıxarsa, mət­ni Lüksemburq Deputatlar Palatasının­kından fərqlənməyəcək. 

İkinci məsələ bilavasitə Lüksem­burqun özü ilə bağlıdır. Məlumdur ki, bu sayaq sənədlər erməni lobbi və diaspor təşkilatlarının yastığının altından çıxır. Görünür, dünya erməniliyi artıq “cırtdan”­lardan istifadə mərhələsinə keçib. 

Əlqərəz, Lüksemburq Deputatlar Palatasının Ermənistanı dəstəkləmək, regionda sülh və sabitliyin bərqərar ol­ması naminə qəbul etdiyi qətnaməsində vurğulanıb ki, Azərbaycanın, guya, əsas­sız şəkildə həyata keçirdiyi hərbi əməliy­yat nəticəsində 100 mindən çox erməni Qarabağdan məcburi köçmək məcbu­riyyətində qalıb. K.Uisl Ermənistan par­lamentində bununla bağlı söz açarkən bir il əvvəl İrəvana deputat kimi gəldiyini diqqətə çatdırıb. Ardınca isə şivən rito­rikasına və sentimentallığa baş vuraraq deyib ki, 2023-cü ilin sentyabrında “Azər­baycanın əsassız hərbi əməliyyatları nə­ticəsində 100 mindən çox erməninin zor­la deportasiyası, Qarabağda baş vermiş faciəli hadisələrdən sonra” Ermənistana sədr kimi qayıtmalı olub. Sən demə, bu qatı ermənipərəstin vəzifəsi böyüyüb­müş. K.Uislin ötən il də İrəvana baş çək­diyini nəzərə alsaq, qətnamə oyununun kimin yastığının altından çıxdığını təsəv­vürə gətirmək elə də çətin deyil. 

K.Uisl erməni müxaliflərin saymaz­yana yanaşdıqları çıxışında Beynəlxalq Ədalət Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli qərarından da söz açıb. O qərar­dan ki, Lüksemburq Deputatlar Palatası­nınn qətnaməsində də ona istinad var idi. Daha doğrusu, manipulyativ istinad. Qət­namədə bildirilmişdi ki, BƏM-in qərarına əsasən, beynəlxalq hüquq normalarına hörmətlə yanaşılmalı, eləcə də erməni hərbi əsirlər dərhal azadlığa buraxılmalı­dırlar. Belə nəticə hasil olmuşdu ki, lük­semburqlu parlamentarilərin beynəlxalq hüquqdan anlayışları yoxdur. Hər halda, Azərbaycan tərəfi erməni hərbi əsirləri Ermənistan ərazisində saxlamayıb. Belə olan halda hansı hüquq əsas götürülüb?

K.Uisl Ermənistan parlamentindəki çıxı­şında rəhbərlik etdiyi qurumun qətnaməsin­də yer alan daha bir tezisi qabardıb. Söhbət 1991-ci ilin Almaatı Bəyannaməsindən ge­dir. Sözügedən bəyannamə keçmiş SSRİ-nin müttəfiq respublikalarının bir-birinin ərazi bütövlüklərini tanımalarını əsas götürürdüsə, o zaman həmin sənədə uyğun olaraq erməni hərbçilər Azərbaycan ərazisində olmamalı idilər. Olublarsa, deməli ən azı sərhədi qa­nunsuz keçiblər. 

Lüksemburq Deputatlar Palatasının sədri çıxışında Ermənistan demokratiyasına dair nağıl da danışıb. Ola bilər, erməni müxaliflər həm də bu nağılı bildikləri üçün onun dedik­lərini dinləmək istəməyiblər. Necə də bilmə­sinlər? Axı bu şəxsin sədri olduğu qurumun bir həftə əvvəlki qətnaməsində də həmin nağıldan bəhs edilmişdi. Hər halda K.Uislin təfəkkürünün mücərrəd guşəsi qısa müddətdə təzə demokratiya mifi uyduracaq potensialda deyil. Çünki qətnamənin özü də köhnə hava­lara köklənmiş sənəd idi. Görünür, erməni demokratiyası “xəmiri” hələ çox su aparacaq. O cümlədən, İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulması da. Lükemburqlu deputatlar kimi, deputat­başı K.Uisl də Ermənistanı Roma Statutuna qoşulduğuna görə möhkəmcə tərifləyib və deyib ki, guya sənədin ratifikasiyası ölkənin demokratikliyinin göstəricisidir... 

Nəhayət, Lüksemburq Deputatlar Pala­tasının sədrinin Ermənistan parlamentindəki çıxışının son hissəsinə keçid alaq. Burada söhbət Avropa İttifaqı-Ermənistan siyasi mü­nasibətlərindən gedib. Mövcud məsələdə spikerin üzərində dayandığı başlıca məqam Aİ-nin Azərbaycan-Ermənistan şərti sərhə­dindəki mülki müşahidə missiyası ilə bağlı­dır. Sən demə, missiyanın səlahiyyət müddəti artırılmalı imiş. Hətta, müşahidəçilər Azər­baycanla Ermənistan arasında vasitəçiliyi reallaşdırmalı imişlər. Deyəsən, cənab Uisl İrəvanda olarkən yeməyini qarışdırıb, ya da hava ona ağır gəlib. Hər şey mümkündür. Nə bu adam, nə də onun ölkəsindəki həm­karları hələ də bilmirlər ki, Bakı və İrəvan arasında vasitəçilik dövrü arxada qalıb. Ən əsası isə belələri artıq saxta “ermənipərəstlik zəngulələri”nin hay avantürizminin davamı baxımından hansısa əhəmiyyət daşımadı­ğının fərqinə varmırlar. Yaxşı olar ki, onlar Avropadakı erməni lobbi və diasporlarından başqa cür “faydalanmaq” yolları tapsınlar. Əks-halda, kənardan çox gülünc görünürlər. 

Bəli, erməni müxaliflərin K.Uisl danı­şarkən iclas zalını tərk etmələri də lüksem­burqlu deputat üçün biabırçı durumdur. O boyda məsafə qət edib Ermənistana gələsən, ölkədə hörmətsizlik görəsən? Bu, ona lazım idi?!

R.ƏVƏZ




Redaktorun seçimi

O`Braynın “sülh məntiqi”
  • Daxili siyasət
  • 10:04 14.06.2024
O`Braynın “sülh məntiqi”
İrəvanda ara qarışdı
  • Daxili siyasət
  • 09:42 13.06.2024
İrəvanda ara qarışdı
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
  • Daxili siyasət
  • 09:41 13.06.2024
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
Qurtuluşun dörd fəsli
  • Daxili siyasət
  • 09:37 13.06.2024
Qurtuluşun dörd fəsli
Makron despotizmi
  • Daxili siyasət
  • 09:35 13.06.2024
Makron despotizmi
Avantüristlərin “azadlıq nəğmələri”
  • Daxili siyasət
  • 09:30 13.06.2024
Avantüristlərin “azadlıq nəğmələri”
Fransanın məkri sərhəd tanımır
  • Daxili siyasət
  • 09:14 13.06.2024
Fransanın məkri sərhəd tanımır
Avropanın nizamı pozulur
  • Siyasi təhlil
  • 10:11 12.06.2024
Avropanın nizamı pozulur
Sülhün səmt küləyi
  • Daxili siyasət
  • 10:08 12.06.2024
Sülhün səmt küləyi

Əvəz RÜSTƏMOV