USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

YAP: Fransanın Yeni Azərbaycan Partiyasına qarşı ittihamları absurddur


https://img.baki-baku.az/news/2024/05/photo_12554.jpg

“Fransanın Xarici rəqəmsal müdaxilələrdən müdafiə üzrə Dövlət xidmətinin (VİGİNUM) Yeni Kaledoniya hadisələri ilə əlaqədar Yeni Azərbaycan Partiyasını sosial şəbəkələrdə saxta məlumatlar yaymaqda və sistemli qaralama kampaniyası aparmaqda ittiham etməsi absurd və qərəzli yanaşmadır”.

Bu fikirləri YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli bildirib.

Azərbaycanın söz, fikir və ifadə azadlığının təmin edildiyi demokratik ölkə olduğunu vurğulayan N.Qələndərli deyib: “Ölkənin aparıcı siyasi qüvvəsi – lider partiyası olan Yeni Azərbaycan Partiyasının fəaliyyət prinsiplərindən biri siyasi plüralizmdir. Yəni partiya üzvləri ictimai-siyasi məsələlərlə əlaqədar öz fikirlərini kütləvi informasiya vasitələrində və sosial mediada sərbəst ifadə edə, ölkə daxilində və beynəlxalq müstəvidə cərəyan edən istənilən hadisə və proseslərə münasibət bildirə bilərlər”.

Şöbə müdiri diqqətə çatdırıb ki, bu gün sosial medianın müxtəlif seqmentlərinə, xüsusilə də “X” və “facebook” platformalarına nəzər saldıqda Fransanın ondan 17 min kilometr uzaqda yerləşən Yeni Kaledoniyada mütərəqqi dünyanın sivil dəyərlərinə zidd olaraq həyata keçirdiyi neokolonialist siyasətinin müxtəlif ölkələrdən olan insanların tənqidinə məruz qaldığını, ciddi etiraz və narazılıqlarla qarşılandığını görmək mümkündür.

N.Qələndərli bildirib ki, Azərbaycan vətəndaşlarının, o cümlədən 700 mindən artıq insanı öz sıralarında birləşdirən Yeni Azərbaycan Partiyasının üzvlərinin bu məsələ ilə əlaqədar fərdi münasibət bildirmələri də təbiidir: “Bu, Fransa rəsmilərinin də siyasi leksikonunu “bəzəyən” demokratik dəyərlərə, o cümlədən söz və fikir azadlığına tamamilə uyğundur və hər hansı bir sistemli qara piar kampaniyasının tərkib hissəsi kimi qiymətləndirilə bilməz”.

YAP-ın rəsmi sosial şəbəkə hesablarında məsələ ilə əlaqədar paylaşımlar edilməsi iddiasına münasibət bildirən şöbə müdiri qeyd edib: “Bu, aşkar dezinformasiyadır və həqiqətə əsla uyğun deyil. Yeni Azərbaycan Partiyasının rəsmi sosial media hesablarında, iddia edildiyi kimi, Yeni Kaledoniya hadisələri ilə əlaqədar “separat xarakterli xəbərlər” və ya hər hansı bir saxta məlumat paylaşılmayıb. Bu saxta iddianı – uydurma ittihamı tirajlayan bəzi KİV nümayəndələrini diqqətli olmağa, media və sosial şəbəkələrdə xəbər paylaşanda jurnalistikanın dəqiqlik prinsipini əsas götürməyə və dezinformasiya yaymamağa çağırırıq”.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Daxili siyasət