USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qarsda Zəngəzur dəhlizinin əhəmiyyəti müzakirə olunub


https://img.baki-baku.az/news/2024/05/photo_12471.jpg

Türkiyənin Qafqaz Universiteti yanında Strateji Araşdırmalar Mərkəzi Qarsda “Cənubi Qafqazın geosiyasəti və Zəngəzur dəhlizi” mövzusunda müzakirələr təşkil edib.

AZƏRTAC xəbər verir ki, müzakirələrdə Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, Qafqaz Universitetinin rektoru professor Hüsnü Kapu, alimlər, ekspertlər, ali məktəb tələbələri iştirak ediblər.

Qafqaz Universitetinin rektoru Zəngəzur dəhlizinin strateji əhəmiyyətinə diqqət çəkib. Bu dəhlizin açılması Türkiyənin dost və qardaş ölkələrlə əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verəcək.

“Yeni dəhliz bütün türk dünyası üçün mühümdür. Bu marşrut nəqliyyat xərclərini azaldacaq, beynəlxalq və regional ticarət üçün güclü stimula çevriləcək, xalqlar arasında tarixi və mədəni əlaqələri möhkəmləndirəcək”, - deyə Türkiyənin şərqinin ən aparıcı ali məktəblərindən birinin rektoru şərh edib.

Azərbaycanın Qarsdakı diplomatik missiyasının rəhbəri Nuru Quliyev də tədbir iştirakçılarına Zəngəzur dəhlizinin rolundan söhbət açıb.

“Dəhlizin açılması ilə İstanbuldan yüklər qısa müddət ərzində Qarsa və İğdıra, daha sonra Azərbaycana tədarük ediləcək. Həm avtomobil, həm də dəmir yolu nəqliyyatı vasitəsilə fasiləsiz yük daşımaları üçün imkan yaranacaq”, - deyə azərbaycanlı diplomat bildirib.

O vurğulayıb ki, Zəngəzur dəhlizinin bir hissəsi Ermənistanın yerləşdiyi əzəli Qərbi Azərbaycan torpaqlarından keçir.

Qafqaz regionunda gedən proseslərə ayrı-ayrı dövlətlərin, o cümlədən Rusiya və İranın təsiri məsələləri üzrə fikir mübadiləsi də aparılıb.

Yeni nəqliyyat marşrutunun region üçün sosial-iqtisadi əhəmiyyəti müzakirə olunub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Daxili siyasət