USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Baş nazir Əli Əsədov Efiopiya Baş nazirinin müavini ilə görüşüb


https://img.baki-baku.az/news/2024/05/photo_12455.jpg

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 16-da Efiopiya Federativ Demokratik Respublikası Baş nazirinin müavini Temesgen Tirunehin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanın Afrika dövlətləri, o cümlədən Efiopiya ilə əlaqələrin inkişafına əhəmiyyət verdiyi bildirilib. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olunub.

İkitərəfli səviyyədə münasibətlərin möhkəmləndirilməsi üçün mövcud imkanlardan istifadə edilməsinin önəmi vurğulanaraq, xüsusilə dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyalar sahəsində əməkdaşlığın son vaxtlar yaxşı dinamika nümayiş etdirdiyi qeyd olunub.

Efiopiya Baş nazirinin müavininin səfəri çərçivəsində imzalanmış və “ASAN xidmət” konsepsiyası əsasında bu ölkədə dövlət xidmətlərini həyata keçirəcək mərkəzlərin yaradılmasını nəzərdə tutan Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycan-Efiopiya əlaqələrinin bir sıra istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Daxili siyasət