USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan nümayəndə heyəti Mərakeş Krallığında səfərdədir


https://img.baki-baku.az/news/2024/05/photo_12450.jpg

Mərakeş Krallığının Audiovizual Kommunikasiya üzrə Ali qurumunun rəhbəri xanım Lətifə Axarbaşın dəvəti ilə Azərbaycan nümayəndə heyətinin bu ölkəyə səfəri başlayıb. Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev və Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun daxil olduğu nümayəndə heyəti mayın 16-da L.Axarbaşla görüşüb.

Görüşdə Mərakeş tərəfi bu ölkənin Audiovizual Kommunikasiya üzrə Ali qurumunun rolu, missiyası və təşkilati xüsusiyyətlərinə dair ətraflı məlumat verib, iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın cari durumu və gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin Mərakeşdə və Azərbaycanda media sahəsində tənzimləmə məsələləri, qanunvericilik, birgə layihələr və s. kimi məsələlərə də toxunulub. Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İ.Səttarov L.Axarbaşı Azərbaycana səfərə dəvət edib.

Azərbaycan nümayəndə heyəti, həmçinin Mərakeş Audiovizual Kommunikasiya üzrə Ali qurumunun binası ilə tanış olub və qurumun departament rəhbərləri ilə qısa fikir mübadiləsi də aparıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Mərakeşin gənclər, mədəniyyət və kommunikasiya naziri Mohamed Bensaid və bu ölkənin rəsmi dövlət informasiya agentliyi olan “Maghreb Arab Presse”in (MAP) Baş direktoru Fuad Ariflə görüşləri nəzərdə tutulur.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Daxili siyasət