USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Gürcüstanda “nifaq alması”na çevrilən qanun

Ölkə Qərbin hibrid müharibəsi ilə üz-üzə qalıb


https://img.baki-baku.az/news/2024/05/photo_12429.jpg

Qonşu Gürcüstanda ictimai-siyasi asayişə təhlükə yaradan hadisələr baş verir. “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul olunduqdan sonra parlamentin qarşısına toplaşan mitinq iştirakçıları etirazlarını qanunverici orqana soxulmağa çalışmaqla, polislə toqquşmağa getməklə və digər destruktiv hərəkət etməklə büruzə verməyə başladılar. Hö­kuməti qanun layihəsinə səs verməməyə çağıran Qərbin bəzi ölkə deputatla­rının, siyasətçilərinin də mitinqçilərə qoşulmaları Gürcüstanda qarşıdurmanı gücləndirir. Okeanın o tayından sanksiya hədələrinin səslənməsi küçənin təzyiqini daha da artırır, ancaq rəsmi Tbilisi milli maraqlarını qoruyacağını bildirir və konstruktiv dialoqun davam etdirilməsinin zəruriliyini vurğulayır.

Gürcüstan parlamenti “Xarici təsir­lərin şəffaflığı haqqında” qanun layihə­sini üçüncü oxunuşda qəbul etdi. Uzun müddətdir həmin layihəyə etiraz edən müxalifət partiyalarının tərəfdarları, qeyri-hökumət təşkilatlarının nümayən­dələri hökumətə müqavimətin dərəcəsi­ni yüksəltməyə çalışırlar. Rəsmi Tbilisi bildirir ki, qanun layihəsinin qəbulu milli maraqların təmin olunması baxımından zəruridir. Bu günlərdə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirmişdi ki, Gürcüstan əhalisinin 80 faizi qeyri-hö­kumət təşkilatlarının şəffaflığını, 60 faiz­dən çoxu isə “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini dəstəkləyir. “Gürcü arzusu”nun sədri İrakli Qari­başvili isə vurğulamışdı ki, onun üçün başqa ölkənin maraqlarına xidmət et­mək xəyanətdir: “Hansı ölkənin agenti olmağın fərqi yoxdur, istər Rusiya, istər Amerika, istər Afrika, istərsə də Asiya... Əgər hansısa təşkilat xarici dövlətin ma­raqlarına xidmət edirsə, heç bir məra­sim olmadan bağlanmalıdır”. Doğrudur, iqtidar partiyası bu bəyanatdan sonra açıqlama verdi ki, deyilənlər cənab Qa­ribaşvilinin şəxsi mövqeyidir.

Gürcüstan hakimiyyəti əlindən gələni edir ki, əhali və dünya ictimaiy­yəti qəbul olunmuş məlum qanunun demokratiyaya zidd olmadığını anlasın. Rəsmi Tbilisi qanun layihəsi ətrafında yaranmış vəziyyəti süni ajiotaj olaraq qiymətləndirir və Gürcüstanın bundan sonra da demokratiya yolu ilə gedəcə­yini açıqlayır. Ötən gün Tbilisidəki etiraz mitinqində avropalı deputatların iştirak etməsi və hətta nümayişçilər qarşısında “alovlu” nitq söyləməsi Gürcüstan hö­kumətinin dediklərini təsdiqləyir. Amma bu, bir tərəfdən Gürcüstanın demokratik prinsiplərə sadiq qaldığını isbatlasa da, kənar qüvvələrin bu şəraitdən süi-istifa­də etdiyini də göstərir. Avropalı siyasət­çilərin mitinqə dəstək nümayişinə müna­sibət bildirən Baş naziri İrakli Kobaxidze bunu qəbuledilməz hadisə adlandırıb: “Bu gün biz səhnədə xarici təsirin şəf­faflığını görürük. Xarici siyasətçilər bir­başa siyasi səhnəyə çıxır, lüstrasiyanın miqyasını təsəvvür edin. Təbii ki, kənar şəxslərin kollektiv “Milli Hərəkat”ın xey­rinə Gürcüstanın daxili siyasətinə mü­daxilə etməyə cəhd göstərməsi tama­milə qəbuledilməz hadisədir”. 

Amma rəsmi Tbilisinin qanunla bağlı arqumentləri Qərbdə gözlənilən reaksi­ya doğurmur. Əksinə, ABŞ və Avropa İttifaqı (Aİ) ard-arda Gürcüstanı hədələ­yirlər. Aİ-nin on iki ölkəsinin xarici işlər nazirləri Brüsseldə müraciət etmişdilər ki, qanunun qəbul ediləcəyi təqdirdə hansı cavab tədbirlərinin görüləcəyi­ni qeydə alsın. Bundan əlavə, Avropa Parlamenti tövsiyə olunan cavabları sadalayan sərt qətnamə qəbul etmişdi. Bunlara şəxsi sanksiyalar, Gürcüstan və Aİ üçün vizasız rejimə yenidən baxılma­sı, maliyyə yardımının dayandırılması və ölkənin ittifaqa qoşulması ilə bağlı danışıqlara başlamaqdan imtina daxil­dir. Dünən Aİ məlum qanun layihəsinin qəbulu ilə bağlı ümumi bəyanat qəbul etməyə çalışsa da, Macarıstanın və Slo­vakiyanın buna qarşı çıxdıqları bildirilir. 

Okeanın o tayından da ciddi təh­didlər səsləndirilir. Öncə Tbilisidə olan ABŞ Dövlət Departamentinin nümayən­dəsi Ceyms O'Brayen “naraharlıqlarını” açıqladı: “Əgər qanun Aİ standartları­na uyğun gəlmirsə və demokratiyanın pozulması və dinc nümayişçilərə qar­şı zorakılıq varsa, o zaman ABŞ-dən məhdudiyyətlər olacaq. Bunlara maliy­yə və yaxud səyahət məhdudiyyətləri, xüsusən də məsul şəxslər və onların ailələri üçün məhdudiyyətlər daxildir”. Bir qədər sonra isə Ağ Evin mətbuat ka­tibi Karin Jan-Pyer brifinqdə bildirdi ki, “Xarici təsirin şəffaflığı haqqında” Qanun qüvvəyə minərsə, ABŞ Gürcüstanla mü­nasibətlərə əsaslı şəkildə yenidən bax­mağa məcbur olacaq. Xanım Jan-Pyer yenidən qiymətləndirmənin nədən ibarət olacağını açıqlamadı, lakin on bir sena­torun qanunla bağlı imzaladıqları bəya­natda ABŞ-nin Gürcüstana qarşı yürüdə biləcəyi siyasətin ümumi konturları barə­də müəyyən məlumat almaq mümkün­dür. Amerikalı senatorların bəyanatında deyilir ki, həmin qanunun qəbulu Gür­cüstanın ABŞ ilə münasibətlərini əsaslı şəkildə dəyişəcək və onun Aİ-yə üzvlük cəhdinə zərər verəcək. ABŞ siyasətində dəyişikliklər sanksiyalar, viza qadağası və ABŞ-nin birbaşa yardımına yenidən baxılmasını əhatə edəcək. 

Qərbin niyyəti məlumdur. XQ-yə müsahibəsində Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze bildirmişdi ki, QHT Qərbin Gürcüstana təzyiq vasitəsidir və yeni qanun bu rıcaqı ortadan qaldırır. Ona görə ki, xaricdən maliyyələşməni şəf­faf edir və xarici təsirləri neytrallaşdırır. Qərb belə təsir vasitəsindən məhrum olmamaq üçün Gürcüstan hökumətinə təzyiq göstərir. Belə təzyiqlər də özünü Tbilisi küçələrində əks-etdirir. Avropalı siyasətçilərin də etirazçılara açıq-aşkar dəstək vermələri bu təzyiq vasitəsinin tərkib hissəsidir. Məsələn, Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsi­nin sədri Mixael Rot mayın 14-də keçir­diyi mətbuat konfransında səsləndirdiyi fikirlər Gürcüstanın daxili işlərinə qarşı şəkildə kobud müdaxiləsi kimi qiymət­ləndirilir. Mixael Rot iddia edib ki, Gür­cüstan hakimiyyəti yalnız əsas müttəfiqi olan pravoslav kilsəsinə arxalanaraq qanuna etiraz aksiyalarında iştirak edən gənclər olmadan parlaq gələcək qura bilməyəcək. Alman siyasətçi gürcülərə ağıl öyrətməyə də çalışıb. O təkəbbür­lə deyib ki, qanun qəbul olunarsa, guya beyin axını Gürcüstan üçün tam bir fə­lakət olacaq.

Əlbəttə, alman siyasətçinin bu söz­ləri Gürcüstanda birmənalı qarşılanma­dı. “Xalqın Gücü” partiyasının liderlərin­dən biri, deputat Quram Maçaraşvilinin sözlərinə görə, Mixael Rotun bəyanatı gürcü xalqını və pravoslav kilsəsini təhqir edir, həmçinin xaricdə Gürcüsta­na qarşı döyüşən qüvvələrin olduğunu təsdiqləyir: “Biz real Avropanın nə ol­duğunu bilirik, lakin Gürcüstana qarşı mübarizə aparan xarici qüvvələr də var. Təəssüf ki, Rotun bu bəyanatı pravos­lav kilsəsini, gürcü xalqını təhqir edir, çünki o, əhalinin əksəriyyətinin pravos­lav olduğunu və pravoslav kilsəsinə üz tutduğunu çox gözəl bilir”. 

Göründüyü kimi, Qərb Gürcüstana qarşı hibrid müharibə aparır, küçədə, in­formasiya məkanında kampaniya apa­rır. Avropaya inteqrasiya yolunu tutan Gürcüstan hökuməti isə heç bir təzyiqə boyun əyməyəcəyini bildirir. Rəsmi Tbi­lisi ABŞ-ın sanksiyalardan da ehtiyat et­məyini açıqlayır. Baş nazir İrakli Kobaxi­dzenin sözlərinə görə, ABŞ-ın mümkün sanksiyaları tətbiq etməsi barədə söh­bətlər qeyri-ciddidir. Onun fikrincə, bu cür bəyanatlar ikitərəfli münasibətlərin yaxşılaşdırılmasından danışarkən əks effekt verir. Cənab Kobaxidze ABŞ Dövlət Departamentinin nümayəndəsi O`Brayenlə görüşündə vurğulayıb ki, Tbilisi ABŞ ilə “əməkdaşlığı dərinləşdir­mək” istəyir, lakin bu, “ikitərəfli səylər və qarşılıqlı ədalətli münasibət tələb edir”. Amma belə görünür ki, ABŞ-ı tam fərqli münasibətlər maraqlandırır. 

S.ELAY




Redaktorun seçimi

O`Braynın “sülh məntiqi”
  • Daxili siyasət
  • 10:04 14.06.2024
O`Braynın “sülh məntiqi”
İrəvanda ara qarışdı
  • Daxili siyasət
  • 09:42 13.06.2024
İrəvanda ara qarışdı
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
  • Daxili siyasət
  • 09:41 13.06.2024
Akop “Harop”un hayfını sinaqoqdan çıxır?
Qurtuluşun dörd fəsli
  • Daxili siyasət
  • 09:37 13.06.2024
Qurtuluşun dörd fəsli
Makron despotizmi
  • Daxili siyasət
  • 09:35 13.06.2024
Makron despotizmi
Avantüristlərin “azadlıq nəğmələri”
  • Daxili siyasət
  • 09:30 13.06.2024
Avantüristlərin “azadlıq nəğmələri”
Fransanın məkri sərhəd tanımır
  • Daxili siyasət
  • 09:14 13.06.2024
Fransanın məkri sərhəd tanımır
Avropanın nizamı pozulur
  • Siyasi təhlil
  • 10:11 12.06.2024
Avropanın nizamı pozulur
Sülhün səmt küləyi
  • Daxili siyasət
  • 10:08 12.06.2024
Sülhün səmt küləyi

Səbuhi MƏMMƏDOV