USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Oxunmuş nağıllar” rəfi

ATƏT-in Minsk qrupunun sonluqsuz hekayəti ora atılıb


https://img.baki-baku.az/news/2024/05/photo_12408.jpg

Çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin sakinləri ilə görüşdə Qarabağ münaqişəsinin həllindəki fəaliyyətinə görə ATƏT-in Minsk qrupu ölkələrini sərt tənqid etdi. Bu zaman dövlətimizin başçısı Azərbaycanın maraqlarına cavab verən qərarlar qəbul etməyən ABŞ, Rusiya və Fransanın həmsədrliyi ilə Minsk qrupunun təxminən otuz illik vasitəçiliyindən narazılığını da dilə gətirdi: “28 il ərzində Minsk qrupunun fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdi”. 

Cənab Prezident keçmiş sovet li­derlərini və Qərb dövlətlərini mübahisəli ərazilərlə bağlı Ermənistana yalan vəd­lər verməkdə, bunun isə uzun sürən münaqişəyə və hər iki tərəfin əzab-izti­rablarına səbəb olmasında ittiham edib. “Necə ki sovet dövründə ermənipərəst Mixail Qorbaçov və ondan sonra haki­miyyətə gəlmiş Boris Yeltsin bu torpaqla­rı ermənilərə vəd etmişdilər, Fransa da, Amerika da həmçinin. Onlar məsələni həll etmək istəmirdilər”, – deyən İ.Əliyev indi artıq regional diplomatiyanın bö­yük oyunçuları – Fransa və Amerikanın Azərbaycanın mövqeyini nəzərə almalı olduqlarını bildirib.

Qeyd edək ki, Azərbaycan liderinin məlum bəyanatı ABŞ səfirinin Şuşaya səfərindən az sonra səslənib. “Hansı­sa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasəti­miz beynəlxalq hüquqa və ədalətə əsas­lanır”, – deyə Prezident İlham Əliyev bildirib.

ABŞ səfirliyi Prezident İlham Əliyevin sərt tənqidinə özünəməxsus formada, diplomatik tərzdə yumşaq reaksiya ve­rib. Dövlətimizin başçısının ünvanlı itti­hamlarını “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinə şərh edən ABŞ-nin Azərbaycandakı səfirliyində birbaşa cavabdan yayınaraq, sülh müqaviləsinin bağlanması üçün Azərbaycanla Ermə­nistan arasında diplomatik səylərin da­vam etdirilməsinin vacibliyini vurğulayıb­lar. ABŞ səfirliyində onu da qeyd ediblər ki, hər iki ölkə onların suverenliyini və ərazi bütövlüyünü tanıyan saziş yolun­da əhəmiyyətli uğurlar qazanıb: “Biz bu dinamikanı saxlamağa və əvvəlki danı­şıqların nəticələrinə əsaslanan sazişi bağlamağa çağırırıq. Biz hər iki ölkənin rəhbərliyini dəstəkləməkdə davam edirik və hər kəsin hüquqlarına hörmət edilən layiqli və davamlı sülhə nail olmaq üçün yardımımızı təklif edirik”. 

Yeri gəlmişkən, dünən Bakıda səfər­də olan ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın Xarici, Avropa işləri və ticarət naziri İan Borqu qəbul edərkən Azərbay­can Prezidenti İlham Əliyev bu təsisatın ömrünü başa vurduğunu onun nəzərinə çatdırdı: “Artıq Ermənistan–Azərbaycan münaqişəsi tarixdə qaldı və mövcud de­yil. Buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermə­nistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür”.

Rəsmi Bakının həm keçmişdə qalmış ATƏT-in Minsk qrupu, həm də Ağ evin Cənubi Qafqazda yürütməyə çalışdığı ikibaşlı siyasətinə kifayət qədər aydın və sərt mövqeyini ortaya qoyan İlham Əliyevə nə birinci, nə də ikinci instansiya arqumentli cavab verə bildi. Buna görə ümumi tezislərlə tərəflərə “dəstəyi da­vam etdirəcəkləri” və “bölgədə layiqli və davamlı sülhə nail olmaq üçün yardımla­rını kəsməyəcəkləri” kimi ümumi şərhlər açıqladılar. Axı, onların deməyə başqa sözləri də qalmayıb. Azərbaycanın üç il altı ay bundan əvvəl tarixin siyasət arxi­vinə göndərdiyi həmin Minsk qrupunun saxta sənədlərlə dolu dosyesinin yeri “özünü doğrultmayanlar” qrifli rəfidir. 

İ.HƏSƏNQALA




Redaktorun seçimi

Anlamamaq azarı
  • Siyasi təhlil
  • 11:13 25.05.2024
Anlamamaq azarı
Erməni kilsəsinin “azar bazarı” bağlanır
  • Daxili siyasət
  • 11:30 24.05.2024
Erməni kilsəsinin “azar bazarı” bağlanır
Fransa əkdiyi haqsızlığı biçir
  • Daxili siyasət
  • 11:19 24.05.2024
Fransa əkdiyi haqsızlığı biçir

İmran BƏDİRXANLI