USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bayramov–Borq təması: ATƏT və Cənubi Qafqazda sülhün tənzimlənməsi

Bakı–İrəvan sülh danışıqlarındakı prinsipial məqamlara baxış


https://img.baki-baku.az/news/2024/05/photo_12405.jpg

“Maltanın hazırda təşkilata sədrliyi ATƏT məkanında kifayət qədər mürəkkəb dövrə təsadüf edir”. Bu fikirlər Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova məxsusdur. Ölkəmizin baş diplomatı ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqla Bakıda keçirdiyi birgə mətbuat konfransında belə deyib. Ümumən, C.Bayramovla Y.Borqun görüşü əsnasında mediada yer alan fikirlər bir sıra mətləblərdən xəbər verir. Söhbətimiz bu barədədir.

Yada salaq ki, ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycandan bir gün əvvəl Ermənistanda səfərdə olmuşdu. Ermə­nistanın xarici işlər naziri Ararat Mirzoyan Y.Borqla görüş sonrası keçirdiyi mətbuat konfransında aşkar manipulyativ yol tut­muşdu. Onun dilə gətirdiyi fikirlərdə iki başlıca məqam var idi. Birincisi, 1991-ci ilin Alma-Ata Bəyannaməsini ehkamlaş­dırmaq xətti. İkincisi isə həmin bəyan­naməni ehkamlaşdırmaq üçün ATƏT-in boynuna məsuliyyət qoymaq. 

Maraqlıdır ki, cənab Borq Bakıda Alma – Ata Bəyannaməsindən söhbət belə açmadı və bu, pozitiv məqam kimi qiymətləndirilə bilər. ATƏT-in boynuna məsuliyyət qoyulmasına gəlincə, Mirzo­yan demişdi ki, geosiyasi proseslər kon­tekstində ATƏT ciddi çağırışlarla üzləşir və bu çağırışlar təşkilatın alətlərindən və bütün mexanizmlərindən səmərəli istifa­də etməklə, qurumun məsuliyyət zona­sında mövcud olan problemlərin həllini bütün iştirakçı dövlətlərdən tələb edir: “Cənubi Qafqaz da ciddi problemlərlə üz-üzədir və onlar öz növbəsində dövlət­lərin ərazi bütövlüyü və suverenliyi kimi əsas prinsipləri pozur. Bunlar birbaşa ATƏT-in mandatı ilə bağlı olan çağırışlar­dır və strukturun məqsədyönlü iştirakının vacibliyini vurğulayır”.

Hesab edirik ki, C.Bayramovun Y.Borqla birgə mətbuat konfransında səs­ləndirdiyi fikirlər həm də Ermənistanın baş diplomatının söylədiklərinə cavab mahiyyəti daşıdı. Azərbaycanın XİN başçısı bildirdi ki, bir sıra üzv dövlətlər arasında inam və qarşılıqlı əməkdaşlı­ğın olmaması, təməl prinsiplərə riayət edilməməsi halları var. Həmin prinsiplərə saymazyana yanaşan Ermənistandır. Azərbaycan isə onların gözlənilməsinin, ölkələrin suverenliyinə hörmətin tərəfda­rıdır. Uzun müddət ölkəmizin suveren­liyinə məhəl qoymayan da rəsmi İrəvan olub. 

Nəzərə alaq ki, C.Bayramovun səs­ləndirdikləri arqumentlər ATƏT sədrini Ermənistanla normallaşma prosesi barə­də məlumatlandırmaq mahiyyətinə söy­kənib. Lakin cənab Bayramov keçmişi bir kənara qoyur, postmüharibə reallıqlarını qabardır, Bakı və İrəvan arasında ikitərəf­li danışıqlar ənənəsinin formalaşmasına köklənir: “Bu istiqamətdə hesab edirik ki, iki ölkə arasında ikitərəfli danışıqla­rın olması müsbət formatdır. Son 6 ayda bu istiqamətdə xeyli iş görülüb. Apreldə iki ölkə arasında sərhədin bir hissəsində delimitasiya prosesinə start verilməsini, 4 kəndin qaytarılmasını müsbət inkişaf kimi qeyd edə bilərik”.

Bəli, Azərbaycan Ermənistanla bir­başa danışıqlar təşəbbüsünü irəli sürüb. İkinci uzunmüddətli müqavimətdən sonra bu formatı qəbul etmək məcburiyyətində qalıb. İndi dünyanın müxtəlif maraqlı qütb­ləri də Bakının irəli sürdüyü məntiqi müs­bət qiymətləndirirlər. Ən azı, sözdə pozi­tiv düşüncələrini dilə gətirirlər. Amma, bu, hələ o demək deyil ki, onlar Ermənistanı hazırkı danışıqlar platformasından uzaq tutmağa çalışmayacaqlar. Çünki erməni rəsmilərinin yanaşmaları onu göstərir ki, İrəvan istənilən an yoldan çıxmağa hazır vəziyyətdədir. Bu baxımdan Mirzoyanın ATƏT-in fəaliyyətdə olan sədri ilə birgə mətbuat konfransında söylədiklərinə də diqqət yetirmək zərurəti yaranır. Nazi­rin sözlərindən belə çıxmışdı ki, ATƏT keçmiş təcrübəsinə əsaslanaraq, eyni zamanda, öz təməl prinsiplərinin müda­fiəsi üçün Cənubi Qafqazdakı sülh pro­sesinə, necə deyərlər, qol çırmaya bilər. Görünür, məhz buna görə C.Bayramov, kifayət qədər, konkret, bir az da sərtliyi ilə seçilən fikir səsləndirir: “ATƏT daxilində olan Minsk qrupu 30 illik fəaliyyətində Azərbaycan–Ermənistan münaqişəsinin həllinə heç bir fayda verməmişdir. Hesab edirik ki, artıq mandatları tükənmiş, funk­sional qabiliyyətini itirmiş, arxaik xarakter daşıyan bu qurumların saxlanılmasına heç bir ehtiyac yoxdur. Eləcə də ATƏT-in məhdud büdcəsini nəzərə alaraq deyə bilərik ki, bunun üçün əlavə maliyyənin xərclənməsi da lüzum yoxdur. Belə olan təqdirdə bu təsisatlara istinadların edil­məsi vəziyyətin yaxşılaşdırmır, əksinə ona xələl yetirir”.

Göründüyü kimi, Azərbaycan dövləti köhnə havalarda olanlara qarşı müqa­vimət formalaşdırır. Əlbəttə, bu müq­vimət heç də ATƏT-i nəzərdən salmaq, onun funksiyasını heçə saymaq istəyi deyil. Ona görə də C.Bayramov bildirir ki, Azərbaycan–ATƏT əməkdaşlığının çox yaxşı potensialı var. Məsələn, işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi və digər bu kimi həllərdə kadr potensialı­nın gücləndirilməsi istiqamətində müsbət addımların atılması. Deməli, ATƏT 30 il ərzində həyata keçirmədiyi mütərəqqi missiyasını indi reallaşdırmalıdır. Beləlik­lə, Minsk qrupu adlı rüsvayçılığın ləkəsini üzərindən təmizləməlidir. Çünki həmin təsisatın fəaliyyəti, daha doğrusu, fəa­liyyətsizliyi bəşəri dəyərlərlə manipulya­siyadan, işğala bəraət qazandırmaqdan, ona leqallıq libası geyindirməkdən başqa bir şey deyildi. 

Əlbəttə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanma­sı ATƏT üçün prioritet ola bilər. Bu mə­nada cənab Borqun səsləndirdiyi fikirlərə həssas yanaşma ehtiyacı var. Eləcə də onun sülh gözləntisini yüksək dəyərlən­dirmək mümkündür. Ən başlıca məqam isə ATƏT sədrinin rəhbəri olduğu quru­mun yeni reallıqları qəbul etməsinə dair fikirləridir: “ATƏT hər iki ölkəyə qulaq asır. Biz yeni reallıqları qəbul etməliyik. Ümid edirik ki, tez zamanda tərəflər ara­sında hərətəfli və dayanıqlı sülh razılaş­ması əldə olunacaq”.

Qeyd edək ki, Ermənistan rəhbərliyi xeyli müddət Qarabağ erməniləri ilə bağ­lı məsələni Azərbaycanla sülh gündəli­yinə daxil etmək istiqamətində cəhdlər göstərmişdi. Əlbəttə, bu cəhdlər yekunda iflasa uğramışdı. Azərbaycan dövlətinin mövqeyi bu idi ki, əgər beynəlxalq birlik Qarabağ erməniləri məsələsini gündəmə gətirəcəksə, o zaman Bakı vaxtilə Ermə­nistandakı yaşayış yerlərindən, ata-baba yurdlarından zorla qovulmuş azərbay­canlılarla əlaqədar məsələni qabarda­caq. Görünür, elə buna görə də C.Bay­ramov ATƏT-in fəaliyyətdə olan sədrinə Qərbi Azərbaycan İcmasının məktubunu təqdim edib. Sədrin bu məktubu alarkən bildirdiklərinə diqqət yetirək: “Mən həm Azərbaycan, həm də Ermənistan hö­kumətlərinə öz dəstəyimi ifadə edirəm ki, onlar dayanıqlı və hərtərəfli sülh razılaş­masına nail olsun”.

Cənab Borqun yuxarıdakı sitatda yer almış fikirləri onu deməyə əsas verir ki, hazırda Azərbaycan-Ermənistan sülh tənzimləməsindəki detallar ATƏT-i bir o qədər maraqlandırmır. Əsas odur ki, sülh təmin olunsun. Yəni, tərəflər özləri hansı məsələdə razılığa gələcəklərsə, qurum həmin razılıq məntiqini məqbul sayacaq. Bu yanaşmanı pozitiv qiymətləndirmək mümkündür. Eləcə də Borqun Bakı–İrə­van sülh gündəliyi ilə bağlı səsləndirdi­yi digər məqamları. Həmin məqamları diqqətə çatdıracağıq. Ancaq əvvəlcə C.Bayramovun ATƏT sədrini danışıqlar prosesi ilə bağlı məlumatlandırarkən, daha hansı mətləblərə aydınlıq gətirdiyini vurğulayaq. 

Birincisi, ölkəmizin XİN rəhbəri sülh müqaviləsi ətrafında danışıqlar prosesi­nin fevral ayından etibarən intensiv xa­rakter aldığını vurğulayıb: “Buna qədər əvvəlki müddətdə sənədlərin və şərtlərin mübadiləsi baş verirdi, sadəcə, fiziki gö­rüşlər dayandırılmışdı. Amma Münxen, Berlin və Almatı görüşləri ilə proses da­vam etdirildi. Son görüş nəticəsində xeyli müzakirə aparıldı. Mən bununla bağlı detallara varmaq istəməsəm də, bu danı­şıqları müsbət qiymətləndirirəm”.

C.Bayramovun sülh müqaviləsi məsələsində vurğuladığı ən başlıca məqamlardan biri tərəflərin gözləntiləri­nin uyğun və realist olmasının vacibliyini dilə gətirməsidir: “Bu, olduqca mürəkkəb və lazımlı prosesdir. Sülh sazişi Azər­baycan tərəfi üçün ədalətli və beynəlxalq hüquqa əsaslanan, gələcəkdə hansısa şübhəli məqamları masa üzərinə gətir­mək məqamlarını istisna edən saziş ol­malıdır. Eləcə də, sözsüz ki, qarşı tərəfin də gözləntilərini nəzərə alır, qarşılıqlı həll yolları üçün çalışırıq. Almatı danışıqları növbəti bir addım olub. Bu, böyük ad­dımdır, ya kiçik, bunu yalnız prosesin sonunda biləcəyik. Amma deyim ki, bu, prosesin önəmli bir hissəsidir. Bunu biz mətbuata açıqlama zamanı da bildirmiş­dik ki, tərəflər danışıqların davam etdiril­məsi barədə razılıq əldə ediblər. Düşü­nürəm ki, yaxın gələcəkdə bunun şahidi olacağıq”.

Sonda bir daha ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycan–Ermənistan sülh prosesi ilə bağlı bildirdikləri üzərində dayanaq. O, danışıqların praqmatik, eyni zamanda, bərabərhüquqlu olmasının zə­ruriliyindən söz açıb. Praqmatikliyi anla­maq mümkündür, o, daha geniş və real anlam daşıyır. Bəs bərabərhüquqluluq nə deməkdir? Məsələ burasındadır ki, in­diyədək bu tezis müxtəlif vasitəçi tərəflə­rin spekulyativ yanaşmalarının məhsulu kimi meydana çıxıb. 

Digər tərəfdən, böyük və danılmaz reallıq var. Çünki otuz ilə yaxın müddət­də işğalçılıq siyasəti yürüdən, danışıqları dalana dirəməklə 44 günlük müharibənin başlanmasına, qan tökülməsinə rəvac verən Ermənistan heç vaxt Azərbaycan­la bərabər tərəf ola bilməz. Yəni, belə demək mümkünsə, onun bərabərtərəfli­liyində məhdudlaşma olmalıdır və möv­cud durumu beynəlxalq birlik, o cümlə­dən, ATƏT qəbul etməlidir. Ümid edək ki, cənab Borqun aşağıdakı fikirləri də haqqında söz açdığımız qəbuletmənin göstəricisidir. Çünki “Uzunmüddətli sülh üçün dialoq vacibdir. Dünən İrəvandakı görüşlərimdə də qeyd etdim ki, danışıqlar yaxşı niyyətlə aparılmalıdır ki, həll yolları tapılsın”, – deyən cənab Borq əlavə edib ki, sədri olduğu təşkilat praqmatik yanaş­maları dəstəkləyəcək. Ölkələr, yəni Azər­baycan və Ermənistan isə öz xalqlarının gələcəyi naminə işləməlidirlər. 

Ə.RÜSTƏMOV




Redaktorun seçimi

Anlamamaq azarı
  • Siyasi təhlil
  • 11:13 25.05.2024
Anlamamaq azarı
Erməni kilsəsinin “azar bazarı” bağlanır
  • Daxili siyasət
  • 11:30 24.05.2024
Erməni kilsəsinin “azar bazarı” bağlanır
Fransa əkdiyi haqsızlığı biçir
  • Daxili siyasət
  • 11:19 24.05.2024
Fransa əkdiyi haqsızlığı biçir

Əvəz RÜSTƏMOV