USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Əhliman Əmiraslanov: Azərbaycan da Türkiyə kimi Şimali Kiprin maraqlarının müdafiəsi üçün səy göstərməyə hazırdır


https://img.baki-baku.az/news/2024/05/photo_12401.jpg

Azərbaycan da Türkiyə kimi Şimali Kipr Türk Respublikasının (ŞKTR) beynəlxalq arenada maraqlarının müdafiəsi üçün hər cür səy göstərməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov mayın 14-də Şimali Kiprin BRT televiziya kanalının birbaşa efirində bildirib.

Deputat qeyd edib ki, Azərbaycanda bütün dövrlərdə ŞKTR-də gedən prosesləri çox diqqətlə izləyiblər. Lakin respublikanın müstəqillik dövründə üzləşdiyi təhdidlər, xüsusən də Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı kiprli türklərin dəstəklənməsi istiqamətində qətiyyətli addımlar atmağa imkan verməyib.

“Vətən müharibəsi regionda vəziyyəti kökündən dəyişdi, çoxillik erməni işğalına son qoydu. Bununla da Azərbaycanın ŞKTR ilə dialoq aparmaq üçün daha çox imkanları yarandı”, - deyə parlamentari şərh edib.

Onun sözlərinə görə, Milli Məclisin ŞKTR ilə parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun formalaşdırılmasına dair qərarı bu məqsədlərə xidmət edir. “Dostluq qrupunun yaradılması dialoq meydanının formalaşdırılması istiqamətində atılan siyasi addımdır. Ölkələrimizin rəsmi strukturları arasında əlaqələrin qurulması üçün ilk addım atılıb”, - deyə parlamentlərarası qrupun başçısı bildirib.

Milli Məclisin deputatı Azərbaycan ilə ŞKTR arasında əlaqələrin bütün istiqamətlər üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib.

“Güclü və inkişaf etmiş Azərbaycan, həm də güclü ŞKTR deməkdir”, - deyə Əhliman Əmiraslanov vurğulayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Lefkoşa




Redaktorun seçimi

Orkestrdə “yad not”
  • Daxili siyasət
  • 12:40 07.09.2024
Orkestrdə “yad not”
Söz demək haqqını itirənlərin heyrəti
  • Daxili siyasət
  • 10:05 06.09.2024
Söz demək haqqını itirənlərin heyrəti

Daxili siyasət