USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ermənistanın İslam irsini məhv etməsi pislənib


https://img.baki-baku.az/news/2024/05/photo_12275.jpg

Mayın 4-5-də Qambiyanın paytaxtı Banjulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə toplantısında Azərbaycanın bütün ərazilərində suverenliyini bərpa etməsi alqışlanıb. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, bu barədə İƏT 15-ci Zirvə toplantısının yekunlarına dair qəbul edilmiş yekun bəyannamədə deyilir.

Sənəddə Azərbaycanın ərazi bütövlüyünə, eləcə də bir-birinin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması əsasında Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesinə davamlı dəstək ifadə olunub və Ermənistanın bu istiqamətdə öhdəliklərini yerinə yetirməyə çağırış edilib. 

Həmçinin qeyd olunur ki, İƏT “Ermənistan Respublikasının Azərbaycan Respublikasına təcavüzü üzrə Təmas Qrupu”nun adını dəyişərək “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması üzrə Təmas Qrupu” adlandırıb. Ermənistan isə bir daha bölgədə İslam irsi nümunələrini məhv etməkdə qınanılıb. Eləcə də münaqişə dövründə indiki Ermənistan ərazilərindən qovulmuş azərbaycanlıların taleyindən narahatlıq ifadə olunub, onların layiqincə geri qaytarılmasına dəstək ifadə edilib.

İƏT-in Banjul toplantısında türkiyəli səfir Mehmet Paçacı İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qardaş ölkənin xarici siyasət idarəsi xatırladıb ki, “beynəlxalq ictimaiyyət anti–İslamla mübarizə məsələsində vahid mövqedən çıxış etməli və qətiyyətlə hərəkət etməlidir”.

İ.HƏSƏNQALA




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

İmran BƏDİRXANLI