USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb


https://img.baki-baku.az/news/2024/05/photo_12230.jpg

Mayın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan ASEAN Parlament Assambleyasının (AIPA) baş katibi Siti Rozaimeriyanti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Azərbaycan və AIPA arasında əməkdaşlıq perspektivləri, COP29-dan irəli gələn məsələlər, habelə postmünaqişə dövründə mövcud regional vəziyyət müzakirə olunub.

Azərbaycanın bir çox ASEAN ölkələri ilə mövcud əlaqələrinin öz növbəsində AIPA çərçivəsində əməkdaşlığa, habelə ölkəmizin AIPA-ya müşahidəçi üzv kimi qəbul edilməsinə töhfə verdiyini bildirən nazir Ceyhun Bayramov çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın parlamentlərarası əməkdaşlıq və dialoq formatlarına əhəmiyyət verdiyi, bu istiqamətdə AIPA ilə də təmasların davam etdirilməsində maraqlı olduğu diqqətə çatdırılıb.

Ölkəmizin COP29-a hazırlıq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran Ceyhun Bayramov, həmçinin Vətən müharibəsindən sonra bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesindən ətraflı bəhs edib.

Keçmiş münaqişədən sonra sülh təşəbbüsü ilə çıxış edən ilk tərəfin, habelə prosesin irəlilədilməsində ən çox səy göstərən tərəfin ölkəmiz olduğu diqqətə çatdırılıb.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə ilk dəfə səfərdə olan baş katib Siti Rozaimeriyanti bu kimi təşəbbüslərin əhəmiyyətindən bəhs edib, o cümlədən parlamentlərarası əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Daxili siyasət