USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

İtaliyalı professor: Azərbaycan cəmiyyəti mədəni irsi təşviq etməklə diqqət çəkir


https://img.baki-baku.az/news/2024/05/photo_12227.jpg

Azərbaycan zəngin mədəni irsə malik, tarixi abidələrlə zəngin, xalçaları ilə məşhur olan bir ölkədir. Azərbaycan cəmiyyəti mədəni irsi təşviq etməklə və dəyərlərə hörmət bəsləməklə diqqət çəkir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri İspaniya Senatının sabiq üzvü, Ramon Llull Universitetinin professoru Cordi Xusia Kosta Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilən "Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr" mövzusunda parlamentlərarası konfransda səsləndirib.

Azərbaycan-Ermənistan arasındakı münasibətlərlə bağlı ötən dövrə nəzər salan italiyalı qonaq deyib: “Hansısa tədbirdə iki ölkə arasında münasibətlərlə bağlı müzakirələrə moderatorluq edirdim. Anlayırdım ki, çox çətindir. Amma budur, Azərbaycan 2020-ci ildə Zəfər qazanaraq ərazi bütövlüyünü tam bərpa etdi. Bu, bizi də sevindirir. Düşünəndə ki, insanlar 30 il ərazində öz yurd-yuvalarından ayrı düşərək köçkün kimi yaşamışlar, təəssüf hissi keçirirsən. İndi həmin insanlar öz evlərinə qayıdırlar”.

Ötən il Azərbaycanın işğaldan azad edilmiş bəzi ərazilərində olduğunu diqqətə çatdıran Cordi Xusia Kosta deyib: “Bu torpaqlarda gördüklərimdən məmnun qaldım. Ümid edirəm ki, Şuşaya getmək qismət olacaq”.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Daxili siyasət