USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Banqladeş təmsilçisi: Azərbaycan multikulturalizm cəhətdən olduqca inkişaf etmiş ölkədir


https://img.baki-baku.az/news/2024/05/photo_12225.jpg

Azərbaycan multikulturalizm cəhətdən olduqca inkişaf etmiş ölkədir. Mədəniyyətlərarası dialoq sülh, mədəniyyət və qarşılıqlı anlaşmanı bərqərar edir.

AZƏRTAC xəbər verir ki, bunu Banqladeşin keçmiş səfiri və İƏT-in Avropa İttifaqındakı keçmiş daimi müşahidəçisi İsmət Cahan VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilən “Müxtəlifliyin qorunması: Multikultural dünyada problemlərin həlli və qlobal əməkdaşlığın təşviqi” adlı sessiyada çıxışı zamanı deyib.

İnsanların sülh şəraitində yaşamasının önəmli olduğunu vurğulayan İ.Cahan diqqətə çatdırıb: “Təəssüf ki, dünyada siyasi və dini baxımdan ayrı-seçkilik var. Bu, cəmiyyətdə sülhün bərqərar olması baxımından problem yarada bilər. Dinlərarası dialoqlarda üst-üstə düşən məqamlar olsa da, fərqli fikirlər də mövcuddur. Dünyanın bəzi regionlarında "parçala və hökm sür" strategiyasından istifadə olunur. Bu, aqressiv idarəçilikdir və çox yanlışdır. Ümumiyyətlə, müxtəlif perspektivlərin olması qərarvermə prosesində vacib amillərdəndir. Fikrimcə, bu zaman, ilk növbədə, dinləmə və dialoqun qurulması əsas şərtdir. Bunun üçün də ortaq təməllər tapılmalıdır. Universal insan hüquqları və dəyərləri qiymətləndirilməlidir”.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Daxili siyasət