USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov qətərli həmkarı ilə görüşüb


https://img.baki-baku.az/news/2024/04/photo_12189.jpg

Aprelin 30-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfəri çərçivəsində bu ölkənin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən  bildirilib ki, görüş zamanı tərəflər iki ölkə arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluqlarını ifadə edib, yüksək səviyyəli səfərlərin, davamlı siyasi dialoqun və aidiyyəti qurumlar arasında təmasların intensivləşdirilməsinin yeni tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi baxımından önəmli olduğunu vurğulayıb.

Tərəflər hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin və Hökumətlərarası İqtisadi Komissiyanın iclaslarının mütəmadi əsasda keçirilməsinin vacibliyini vurğulayıblar. Bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığı vurğulanıb. Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətinə diqqət çəkərək tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə daha da möhkəmlənəcəyinə əminlik ifadə ediblər.

Görüşdə gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.




Redaktorun seçimi

Bu kino ki var...
  • Daxili siyasət
  • 10:51 02.10.2024
Bu kino ki var...
Ermənistan xatirinə dəyərlərdən imtina?
  • Daxili siyasət
  • 10:30 02.10.2024
Ermənistan xatirinə dəyərlərdən imtina?
BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik

Daxili siyasət