USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır


https://img.baki-baku.az/news/2024/04/photo_12161.jpg

Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin xahişi ilə Ermənistanda Azərbaycanla sərhədin delimitasiyası əleyhinə etirazları şərh edərkən bildirib.

D.Peskov deyib: “Biz bunu şərh etmək istəməzdik. Biz Bakı ilə İrəvan arasında təmasların davam etdirilməsinin tərəfdarıyıq, çünki onlar gərginliyin ümumi azaldılması və tezliklə sülh sazişinin imzalanmasına nail olmaq məqsədilə gündəlikdə duran bütün mübahisəli məsələlərin qəti şəkildə nizamlanması üçün zəruridir”.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

 

Moskva




Redaktorun seçimi

Qara fikirlərə işıq salan cavab
  • Daxili siyasət
  • 10:14 09.05.2024
Qara fikirlərə işıq salan cavab
Məğlub millətçilər İrəvanda sülhə qarşı
  • Daxili siyasət
  • 13:29 08.05.2024
Məğlub millətçilər İrəvanda sülhə qarşı
Fransa siyasi qızdırma ağuşunda
  • Daxili siyasət
  • 12:26 08.05.2024
Fransa siyasi qızdırma ağuşunda

Daxili siyasət