USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rusiyalı politoloq: Azərbaycan özünü etibarlı tərəfdaş kimi göstərib


https://img.baki-baku.az/news/2024/04/photo_12077.jpg

Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılması Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin etibarlı olmasını sınaqdan uğurla çıxardı.

AZƏRTAC xəbər verir ki, bu sözləri news.ru saytına müsahibəsində Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti Aleksey Naumov deyib. O bildirib ki, sülhməramlıların Qarabağdan çıxarılması iki dövlət arasında xoş münasibətlər çərçivəsində həyata keçirilib. Sülhməramlıların çıxarılması Moskva ilə Bakı arasındakı əlaqələrin möhkəmliyinin göstəricisidir.

Politoloqun fikrincə, Azərbaycan Ermənistandan fərqli olaraq özünü etibarlı tərəfdaş kimi, Prezident İlham Əliyev isə özünü danışıqları apara bilən siyasətçi kimi göstərdi. Ölkələrimiz arasındakı müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə isə Ermənistanın güzəştli vəziyyətinə faktiki olaraq son qoydu. Bu, yalnız İrəvanın hərəkətlərindən deyil, eyni zamanda, Azərbaycanın ləyaqətli siyasət yürütməsindən irəli gəldi.

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasin isə qeyd edib ki, sülhməramlı hərbi kontingentin Azərbaycan ərazisindən çıxarılması qanunauyğun və məntiqlidir. Sülhməramlılar Qarabağ münaqişəsi həll olunduğu üçün geri qayıtdılar: “Onlar öz missiyasını ləyaqətlə yerinə yetirdilər”.




Redaktorun seçimi

Fransanın imperialist iddiaları həddini aşır
  • Daxili siyasət
  • 11:18 17.05.2024
Fransanın imperialist iddiaları həddini aşır
Dincliyi pozan kim oldu?
  • Siyasi təhlil
  • 09:30 17.05.2024
Dincliyi pozan kim oldu?
Məkanı səhv salmış “Keyhan”
  • Siyasi təhlil
  • 09:24 17.05.2024
Məkanı səhv salmış “Keyhan”
Sülhməramlılar xoş məramla yola salınır
  • Daxili siyasət
  • 09:15 16.05.2024
Sülhməramlılar xoş məramla yola salınır
Uğursuzların uğursuz revanşı
  • Siyasi təhlil
  • 09:13 16.05.2024
Uğursuzların uğursuz revanşı

Daxili siyasət